Vətən müharibəsində qazandığımız Zəfər bütün Türk dünyasının Zəfəridir Aygün Əliyeva
Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
XXI əsrdə Azərbaycan ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında əməkdaşlıq misilsiz dərəcədə güclənib, xalqlarımızın tarixi bağlılığı siyasi, humanitar və ictimai münasibətlərin ən yüksək səviyyəyə çatmasına şərait yaradıb. Vətən müharibəsində qazandığımız şanlı Zəfər təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının Zəfəridir. Bu Qələbə birliyimizin, sarsılmaz həmrəyliyimizin və ortaq gələcəyə olan inamımızın təntənəsidir.
Demokrat.az xəbər verir ki, bu sözləri Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT-lərinin həmrəylik forumunda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva deyib.
O qeyd edib ki, yaxın zamanda reallığa çevriləcək Zəngəzur dəhlizi türk dövlətlərini birləşdirən mühüm strateji yol, iqtisadiyyat və kommunikasiya baxımından böyük imkanlar açan tarixi bir körpü olacaq. Bu layihə regionumuzun gələcəyini formalaşdıracaq və Türk dünyasının qlobal güc kimi mövqeyini daha da möhkəmləndirəcək.
“Son illərdə QHT-lərimiz arasında əməkdaşlığı gücləndirmək məqsədilə mühüm addımlar atılıb, qarşılıqlı fəaliyyətə dair əməkdaşlıq memorandumları imzalanıb. Bakıda keçirilən COP29 çərçivəsində agentliyimiz türk dövlətlərinin QHT-ləri ilə birgə Yaşıl Zonada iqlim təşəbbüslərinə həsr olunmuş bir sıra tədbirlər həyata keçirib. Bu, həm ekoloji sahədə ortaq fəaliyyətimizin, həm də QHT-lərimizin qlobal gündəmə inteqrasiyasının bariz nümunəsidir.
Bu gün isə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumu çərçivəsində səkkiz ölkədən 500-ə yaxın nümayəndəni Bakıda qəbul etməkdən böyük məmnunluq duyuruq. Forum boyunca aparılan geniş fikir mübadiləsi gələcək əməkdaşlıq üçün yeni istiqamətlər açacaq, ortaq layihələrimizin daha sistemli şəkildə icrasına xidmət edəcək”, - deyə A.Əliyeva vurğulayıb.
O, sonda bütün iştirakçıları 2026-cı ilin may ayında Bakıda keçiriləcək Şəhərsalma Forumuna dəvət edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:“Bu zəfər sadəcə Azərbaycanın deyil, bütün türk islam dünyasının zəfəridir”
30 Oktyabr 2025 11:58
Qarabağ zəfəri bütün Türk dünyasının zəfəridir Nazir
08 Noyabr 2024 18:06
Vətən müharibəsində qazandığımız Zəfər tariximizə qızıl hərflərlə yazılıb
06 Oktyabr 2025 16:25
Vətən müharibəsində qazandığımız Zəfər tariximizə yazılmış şanlı salnamədir
27 Sentyabr 2025 18:54
Baxış sayı:94
Bu xəbər 24 Noyabr 2025 11:58 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları