Vətən müharibəsində şəhid olmuş atamın arzusunu yerinə yetirdim Avropa çempionu
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
"Çempion olmaqla Vətən müharibəsində şəhid olmuş atamın arzusunu yerinə yetirdim".
Moderator.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycanın kiçik yeniyetmə taekvondoçusu Dərya Hüseyinova (24 kq) Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa birinciliyində qızıl medal qazanması ilə bağlı danışarkən deyib.
O, turnirində birinci yeri tutduğu üçün çox sevindiyini bildirib:
"Bu, mənim iştirak etdiyim ilk beynəlxalq yarış idi. Daha böyük turnirlərdə uğurlar qazanmaq arzusundayam. Ölkəmizi dünya çempionatında və olimpiadalarda layiqincə təmsil etmək istəyirəm".
Taekvondoçu ailə üzvlərinin idmana gəlişində ona dəstək verdiyini söyləyib:
"Anam mənə hər yarışımda, indi də dəstək olur, azarkeşlik edir".
Qeyd edək ki, Dərya Hüseyinova 44 günlük Vətən müharibəsində Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş Elbrus Hüseyinovun qızıdır.
Baxış sayı:121
Bu xəbər 12 Noyabr 2024 16:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















