Icma.az
close
up
RU
Vətən yolunda şəhid olmuş Vətən sevdalısı

Vətən yolunda şəhid olmuş Vətən sevdalısı

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Lənkəran rayonunun İstisu qəsəbəsində dünyaya göz açmış Zaur Kamil oğlu Ağalı çox qısa bir ömür yaşadı. Bu işıqlı dünyaya gəlməyi- getməyi cəmi 24 il çəkdi. Fəqət, Vətən, yurd sevgisi Zaura elə bir mənəvi ucalıq gətirdi ki, şərəfli ömür yolu Azərbaycan durduqca öz milləti üçün əbədi olacaqdır. Bu Vətən sevdalısı İkinci Qarabağ savaşında torpaq uğrunda canından keçməklə tarixin səhifəsinə öz adını ləyaqətlə yazdı. Belə də olmalı idi. Çünki anadan qəlbi işıqlı doğulmuş Zaur həyatının mənasını Vətəninin müqəddəsliyinə tapınmaqla yaşamaqda görürdü.
Zaur Ağalı 2014-cü ildə orta məktəbi bitirib Vətənə gərək olmaq, adamlara fayda vermək amalı ilə müstəqil həyata qədəm qoyur. Qəlbi sevdalı gənci yaşına uyuşmayan daxili böyüklüyü, mənəvi saflığı, qurub-yaratmaq həvəsi el obaya dərindən sevdirir. 2015-ci ildə Vətəni üçün yaşamağı bacaran layiqli bir övlad kimi ordu sıralarına gedir. Doğma Azərbaycanın qarşısında əsgəri borcunu vicdanla, ləyaqətlə yerinə yetirir, hər an Qarabağı işğal altında saxlayan murdar niyyətli erməni faşistlərinə qarşı amansız olmağa and içir. Ən əsası nümunəvi xidmət Zaurun Vətəninə, torpağına necə bağlı olduğunu tam sübut edir. Bununla həm də ailəsinə, Lənkəran elinə baş ucalığı gətirir.
Əsgərliyi başa vuran Zaur zəhmətdən yapışır. Hər işi, əməli ailəsinə, ətrafına, yurduna, millətinə sonsuz sevgidən yaranır. Qurub-yaratmaqla xoş güzəran keçirir, gözəl əxlaqı, insanpərvərliyi dillərdən düşmür. Bütün bunlarla bərabər erməni dığalarının xəyanətkar hərəkətləri Zauru həmişə düşündürür, elə işğal altında qalan Vətən torpaqlarının azadlığı naminə 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin tərkibinə yazılır. Və ön xətdə yerləşən hərbi hissədə düşməndən qisas almağa hazırlaşır...
Vətən müharibəsi başlananda Zaur Ağalı qeyrətli oğlanlar sırasında düşmənlə ölüm-dirim savaşına birinci atılır. Cəbrayılın, Füzulinin, Zəngilanın azadlığı uğrunda müharibə meydanlarında böyük şücaət göstərir. Döyüş yoldaşları ilə birlikdə yağıya vurduğu sarsıdıcı zərbələr hesabına hər üç rayonda Azərbaycanın üç rəngli qələbə bayrağı dalğalanır. Beləcə də, neçə-neçə döyüşdən zəfərlə çıxan igid əsgər oktyabrın 22-də şəhidlik zirvəsinə ucalır...
Bəli, Zaurun şəhidliyi Vətənə sevgidən, torpağa, yurduna olan sonsuz məhəbbətdən yarandı. Buna görə də onun adı qəhrəmanlıq simvoluna dönərək Lənkəranlıların dilindən düşmür.
Dövlət tərəfindən igid əsgər ölümündən sonra “Vətən uğrunda”, Cəbrayılın və Qubadlının azad olunmasına görə medallarla təltif olundu.
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:195
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 İyun 2026 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri