Icma.az
close
up
RU
Vətən müharibəsində və antiterror əməliyyatında iştirak edən kapitan AZƏRTAC

Vətən müharibəsində və antiterror əməliyyatında iştirak edən kapitan AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Qax, 19 noyabr, AZƏRTAC

Ötən il sentyabrın 20-də Azərbaycan əsgəri dünya hərb tarixinə adını qızıl hərflərlə yazaraq, cəmi 24 saata yaxın davam edən hərbi əməliyyatlardan sonra dövlət suverenliyimizi təmin etdi. Bu şanlı Qələbənin əldə edilməsi üçün neçə-neçə igid oğlanlarımız şəhid və qazi oldu.

AZƏRTAC-ın əməkdaşı xəbər verir ki, belə qazilərdən biri də Qax rayonunun Zəyəm kənd sakini, ehtiyatda olan kapitan Ramil Sıraclıdır. Onunla Qax rayonundakı Şəhidlər xiyabanının qarşısında görüşürük. Deyir ki, bu müqəddəs məkanda uyuyan igidlərə vəfa borcumuz var. Onlar arasında Ramilin həm tələbə dostları, həm də döyüş yoldaşları uyuyur.

Ramil Sıraclı peşəkar hərbçi olub. 2016-cı ildə Heydər Əliyev adına Ali Hərbi Mərkəti bitirib, leytenant rütbəsi alaraq ordu sıralarına qatılıb. Qəbri başında dayandığı Asəf Ağayev onun hərbi məktəbdən tələbə yoldaşı olub. Deyir ki, Asəfdən təkcə vətənpərvərliyi deyil, həm də düşmənə qarşı döyüşməyi öyrənib. Ramil Vətən müharibəsinin ilk günündən bölük komandiri kimi döyüşlərə qatılıb. Komandanlığın verdiyi tapşırıqlardan biri də növbəti yüksəkliyi 12 hərbçi yoldaşı ilə almaq və oranı qorumaq idi. Ayağından yaralanmasına baxmayaraq, Ramilin bölüyü verilən tapşırığı uğurla icra edir.

“Bizim qrup əsasən kənd Horadiz istiqamətində fəaliyyət göstərirdi. Hakim yüksəklikləri azad etmək tapşırılmışdı. Həmin yüksəklikləri azad etməli və kənd Horadizi nəzarət altında saxlamalı idik. Oktyabrın 4-ü tapşırığın icrasına başladıq. Düşmən çox güclü istehkamlar, maneələr qurmuşdu. Biz bu istehkam və maneələri dəf edərək irəlilədik”, - deyən Ramil bildirir ki, bu döyüşdə beş əsgər, bir zabit şəhid olub.

Şanlı Qələbəmizdən sonra Ramil komando birliyində xidmət edib. Digər hərbçi döyüş yoldaşları kimi, o da separatçıların Qarabağ ərazisində təxribatlarının şahidi olur, silah-sursat hazırlığı gördüklərini izləyirdi və bu təxribatlara gec-tez son qoyulacağı günü səbirlə gözləyirdi. O gün sentyabrın 19-da başlandı. Ehtiyatda olan kapitan həmin günün qürurunu, sevincini necə yaşadıqlarını sözlə ifadə etməkdə çətinlik çəkir.

Məzarı başında dayandığı şəhid Fərid Mirzəyevlə 2023-cü ilin antiterror əməliyyatında birgə iştirak etdiklərini bildirən Qarabağ qazisi deyir ki, əvvəlcə Xocalı istiqamətində hərəkətə keçiblər: “Qarşımızda Dağdağan dağı vardı. Hədəf həmən dağı, eləcə də yüksəkliyi ələ keçirmək idi. Fərid qardaşımız da həmin döyüşlərdə şəhid oldu. Allah şəhidlərə rəhmət eləsin! Həmin döyüşdə yaxşı nəticələrimiz oldu, tapşırıq vaxtından əvvəl yerinə yetirildi. Separatçılarda qalan torpaqlarımıza da antiterror əməliyyatından sonra nəzarət tam bərpa olundu”.

Antiterror əməliyyatı zamanı bədəninin üç yerindən güllə yarası alaraq ağır yaralanan Ramil uzun müddət müayinə və müalicələr alıb. Ordudan ayrılmaq istəməsə də, həkimlərin rəyi ilə bu yaxınlarda ehtiyata buraxılıb. Ramil Sıraclı Cəbrayılın, Füzulinin, Xocavəndin azad olunmasına görə, həmçinin “Cəsur döyüşçü”, “3-cü dərəcəli qüsursuz xidmətə” görə, “Döyüşdə fərqlənməyə görə” və Ordunun 100 illiyi medalları ilə təltif olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:270
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2024 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see307

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see305

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see305

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see300

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see281

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see281

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see281

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see266

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see262

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see258

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see253

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see252

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see252

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see246

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see244

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see234

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see230

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see222

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri