Icma.az
close
up
RU
Vətən müharibəsində və antiterror əməliyyatında iştirak edən kapitan VİDEO AZƏRTAC

Vətən müharibəsində və antiterror əməliyyatında iştirak edən kapitan VİDEO AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Qax, 19 noyabr, AZƏRTAC

Ötən il sentyabrın 20-də Azərbaycan əsgəri dünya hərb tarixinə adını qızıl hərflərlə yazaraq, cəmi 24 saata yaxın davam edən hərbi əməliyyatlardan sonra dövlət suverenliyimizi təmin etdi. Bu şanlı Qələbənin əldə edilməsi üçün neçə-neçə igid oğlanlarımız şəhid və qazi oldu.

AZƏRTAC-ın əməkdaşı xəbər verir ki, belə qazilərdən biri də Qax rayonunun Zəyəm kənd sakini, ehtiyatda olan kapitan Ramil Sıraclıdır. Onunla Qax rayonundakı Şəhidlər xiyabanının qarşısında görüşürük. Deyir ki, bu müqəddəs məkanda uyuyan igidlərə vəfa borcumuz var. Onlar arasında Ramilin həm tələbə dostları, həm də döyüş yoldaşları uyuyur.

Ramil Sıraclı peşəkar hərbçi olub. 2016-cı ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib, leytenant rütbəsi alaraq ordu sıralarına qatılıb. Qəbri başında dayandığı Asəf Ağayev onun hərbi məktəbdən tələbə yoldaşı olub. Deyir ki, Asəfdən təkcə vətənpərvərliyi deyil, həm də düşmənə qarşı döyüşməyi öyrənib. Ramil Vətən müharibəsinin ilk günündən bölük komandiri kimi döyüşlərə qatılıb. Komandanlığın verdiyi tapşırıqlardan biri də növbəti yüksəkliyi 12 hərbçi yoldaşı ilə almaq və oranı qorumaq idi. Ayağından yaralanmasına baxmayaraq, Ramilin bölüyü verilən tapşırığı uğurla icra edir.

“Bizim qrup əsasən kənd Horadiz istiqamətində fəaliyyət göstərirdi. Hakim yüksəklikləri azad etmək tapşırılmışdı. Həmin yüksəklikləri azad etməli və kənd Horadizi nəzarət altında saxlamalı idik. Oktyabrın 4-ü tapşırığın icrasına başladıq. Düşmən çox güclü istehkamlar, maneələr qurmuşdu. Biz bu istehkam və maneələri dəf edərək irəlilədik”, - deyən Ramil bildirir ki, bu döyüşdə beş əsgər, bir zabit şəhid olub.

Şanlı Qələbəmizdən sonra Ramil komando birliyində xidmət edib. Digər hərbçi döyüş yoldaşları kimi, o da separatçıların Qarabağ ərazisində təxribatlarının şahidi olur, silah-sursat hazırlığı gördüklərini izləyirdi və bu təxribatlara gec-tez son qoyulacağı günü səbirlə gözləyirdi. O gün sentyabrın 19-da başlandı. Ehtiyatda olan kapitan həmin günün qürurunu, sevincini necə yaşadıqlarını sözlə ifadə etməkdə çətinlik çəkir.

Məzarı başında dayandığı şəhid Fərid Mirzəyevlə 2023-cü ilin antiterror əməliyyatında birgə iştirak etdiklərini bildirən Qarabağ qazisi deyir ki, əvvəlcə Xocalı istiqamətində hərəkətə keçiblər: “Qarşımızda Dağdağan dağı vardı. Hədəf həmən dağı, eləcə də yüksəkliyi ələ keçirmək idi. Fərid qardaşımız da həmin döyüşlərdə şəhid oldu. Allah şəhidlərə rəhmət eləsin! Həmin döyüşdə yaxşı nəticələrimiz oldu, tapşırıq vaxtından əvvəl yerinə yetirildi. Separatçılarda qalan torpaqlarımıza da antiterror əməliyyatından sonra nəzarət tam bərpa olundu”.

Antiterror əməliyyatı zamanı bədəninin üç yerindən güllə yarası alaraq ağır yaralanan Ramil uzun müddət müayinə və müalicələr alıb. Ordudan ayrılmaq istəməsə də, həkimlərin rəyi ilə bu yaxınlarda ehtiyata buraxılıb. Ramil Sıraclı Cəbrayılın, Füzulinin, Xocavəndin azad olunmasına görə, həmçinin “Cəsur döyüşçü”, “3-cü dərəcəli qüsursuz xidmətə” görə, “Döyüşdə fərqlənməyə görə” və Ordunun 100 illiyi medalları ilə təltif olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2024 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri