Icma.az
close
up
RU
Vətən müharibəsinin xronikası: 20 oktyabr

Vətən müharibəsinin xronikası: 20 oktyabr

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 20 oktyabr, AZƏRTAC

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

AZƏRTAC hər günü bir qəhrəmanlıq dastanı olan 44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edir.

20 oktyabr - müharibənin 24-cü günü

• Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad olunub. Prezident İlham Əliyev bununla bağlı xalqa müraciət edib.

• İşğaldan azad olunmuş Zəngilan şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb.

• Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli, Cəbrayıl, Xocavənd, Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması ilə bağlı rəsmi instaqram səhifəsində paylaşım edib.

• Cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 4 ədəd BM-21 “Qrad” YARS qurğusu, 1 ədəd D-30 haubitsa topu və 5 ədəd avtomobil texnikası məhv edilib. Ordumuzun artilleriya zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə sahəsində düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan olub. Alayın 1-ci motoatıcı taborunun şəxsi heyəti və döyüş texnikası tamamilə sıradan çıxarılıb, 2-ci motoatıcı alayın bir bölməsi döyüş mövqelərini tərk edərək geri çəkilib. Füzuli rayonu istiqamətində əks-hücuma keçən düşmən bölmələrindən birinin 30 nəfər şəxsi heyəti Azərbaycan Ordusunun atəşi nəticəsində darmadağın edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

• Müdafiə Nazirliyi Azərbaycan Ordusunun artilleriya bölmələrinin Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinə zərbələr endirməsi ilə bağlı videogörüntülər təqdim edib.

• Gəncə istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

• Müdafiə Nazirliyi məlumat verib ki, cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı-Zəngilan istiqamətlərində itirdiyi mövqeləri bərpa etməyə cəhd edən düşmənə qarşı uğurlu əməliyyatlar aparılıb. Ümumilikdə düşmənin xeyli sayda canlı qüvvəsi, döyüş və avtomobil texnikası, artilleriya və zenit-raket qurğuları, silah və döyüş sursatları, əməliyyat-taktiki və ballistik raket qurğuları, yaylım atəşli, radioelektron mübarizə və tank əleyhinə vasitələri, o cümlədən S-300 tipli zenit-raket kompleksləri məhv edilib. Xeyli sayda silah-sursat, tank və artilleriya qurğuları ələ keçirilib.

• Ermənistan silahlı qüvvələrinə məxsus növbəti PUA Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən Goranboy rayonunun Tapqaraqoyunlu kəndi üzərində vurulub.

• Qubadlı istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun artilleriya atəşləri nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələrinin məhv edilməsinin videogörüntüsü yayımlanıb.

• Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 20-si saat 12:00-dək 61 mülki şəxs həlak olub, 291 nəfər xəsarət alıb, 1941 ev, 90 çoxmənzilli yaşayış binası və 382 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

• Düşmənin növbəti xain hücumu nəticəsində Tərtər rayonunda 2 nəfər mülki şəxs həlak olub, 1 nəfər yaralanıb.

• Dövlət Sərhəd Xidmətinə üzərində “İLHAMLA İRƏLİ!” və “XUDAFƏRİN BİZİMDİR!” sözləri yazılan BTR-70M tipli zirehli nəqliyyat vasitəsi hədiyyə edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:351
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Oktyabr 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see682

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see338

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see329

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see326

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see299

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see289

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see286

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see283

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see260

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see260

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see254

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see250

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see244

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see241

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see223

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see218

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see206

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see200

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri