Icma.az
close
up
RU
Vətən sevgisi uğrunda şəhidlik zirvəsinə ucalan igid Sərxan Mustafayev

Vətən sevgisi uğrunda şəhidlik zirvəsinə ucalan igid Sərxan Mustafayev

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qazax, 2 oktyabr, Ruslan Novruzoğlu. AZƏRTAC.

Torpaqlarımızın işğaldan azad olması uğrunda canından keçən igidlərimizdən biri də Sərxan Mustafayevdir. O, 1994-cü ildə Qazax rayonun Ermənistanla sərhəddə yerləşən Aslanbəyli kəndində doğulub. Elə düşmənlə qonşuluqda yaşayan Sərxan uşaqlıqdan güllə səsləri ilə böyüyüb. Vətən sevgisi onun üçün hər şeydən öndə gəlirdi.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 44 günlük Vətən müharibəsi şəhidi Sərxan Mustafayev uşaqlıqdan vətənpərvərliyi ilə seçilib. O, düşmən tapdağı altındakı torpaqlarımızın azad olunacağı günü gözləyirdi. Tale elə gətirdi bu yolda haqq savaşına qatılmaq onun da qismətində oldu. Sərxan Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində döyüşlərdə fəal iştirak edib.

“Həmişə danışardı ki, böyüyəndə Birinci Qarabağ müharibəsinin şəhidləri olan əmisinin, dayısının, eyni zamanda, digər şəhidlərimizin qisasını alacaq. O, əmisinin də, dayısının da qisasını aldı. Eləcə də bütün şəhidlərimizin qisasını aldı, Vətən uğrunda canını verdi. Torpaqlarımız işğaldan azad edildi. Şəhid anası kimi qürurluyam. Şəhidlərimizin qanı yerdə qalmadı”, - deyə Sərxanın anası Fəridə Mustafayeva bildirir.

Bacısı Söylü Mustafayeva da qardaşı haqqında fəxrlə danışır. Deyir qardaşı ilə sirdaş, dost olublar: “Qardaşım qürurlu, qeyrətli gənc idi, çətinliklərdən qorxmurdu. Öndə getməyi sevərdi. Həmişə deyirdi ki, müharibədə öndə olacağam. Əsgər yoldaşları onun barədə fəxrlə danışırlar. O, mənim bu həyatda ən çox darıxdığım insandır. Həmişə deyərdi ki, “Vətən uğrunda şəhid olacağam. O, ən yüksək zirvədi, v”ətən hər şeydən öndə dayanır”. Elə vətən uğurunda da canından keçdi.”

Sərxan 2020-ci il oktyabr 31-də Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidin nəşi Qazaxın Aslanbəyli kənd qəbiristanlığında torpağa tapşırılıb. Onun Vətənə əmanət qalan bir qız və bir oğul övladı dövlətin qayğısı ilə əhatə olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:19
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Oktyabr 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənsum İbrahimov: Cabir İmanovun hər sözü, hər kəlməsi daxildən gəlirdi, təmənnasız idi

30 Sentyabr 2025 13:31see260

Müharibə riski ciddi olaraq qalır

30 Sentyabr 2025 13:01see248

İtaliya prezidentinin səfəri yeni əməkdaşlıq perspektivlər üçün zəmin yaradacaq

01 Oktyabr 2025 18:21see240

“Cabir İmanovla bir məktəbdə oxumuşuq”

30 Sentyabr 2025 13:37see233

Hər gün onun ruhu ilə məsləhətləşirəm Polşanın yeni lideri

30 Sentyabr 2025 15:06see189

250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? 11 şübhəli var

30 Sentyabr 2025 13:49see156

Hansı meyvələr diabet və ürək xəstəliyi riskini azaltmağa kömək edir?

01 Oktyabr 2025 08:25see154

Ən yaxşı futbolçuların istirahəti yoxdur Klopp narazıdır

30 Sentyabr 2025 13:20see152

Xocalı və Ağdərədə bir qrup sakin üçün kiçik bizneslər yaradılıb FOTO

30 Sentyabr 2025 15:08see143

“Paşinyan Zəngəzur dəhlizi layihələrini seçkilərə qədər tamamlamğa çalışacaq” Elçin Mirzəbəyli

30 Sentyabr 2025 13:29see140

Tramp Rusiyanı yenə kağız pələng adlandırdı

01 Oktyabr 2025 01:12see132

Qəhvə iç və daha uzun yaşa...

30 Sentyabr 2025 22:16see127

Türkiyə Ukrayna münaqişəsi ilə bağlı daha çox məsuliyyəti öz üzərinə götürməyə hazırdır

30 Sentyabr 2025 22:13see126

Qrizmannın 200 cü qolu “Qarabağ”ın daha bir rəqibinin darmadağınına səbəb olub VİDEO

01 Oktyabr 2025 01:58see125

UEFA ÇL: “Qalatasaray qalib gəlib, Kayrat” 5 qol buraxıb

01 Oktyabr 2025 01:04see125

Nazir sammitdə təhsildən danışdı

30 Sentyabr 2025 16:20see124

UFC çempionu Maqomed Ankalayev ağır çəkiyə nə vaxt keçəyəyini deyib

02 Oktyabr 2025 04:18see124

Konqonun keçmiş prezidenti edam olunacaq Vətənə xəyanət ittihamı ilə

01 Oktyabr 2025 01:08see124

Vətən müharibəsinin beşinci günü Azərbaycan Ordusu düşmənə zərbələr endirir

01 Oktyabr 2025 08:31see124

“SOCAR Tower” dünyada “İlin ən yaxşı ofis binası” seçilib

02 Oktyabr 2025 04:35see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri