Icma.az
close
up
RU
Vətən sevgisi naminə şəhidlik zirvəsinə ucalan igid Sərxan Mustafayev VİDEO

Vətən sevgisi naminə şəhidlik zirvəsinə ucalan igid Sərxan Mustafayev VİDEO

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qazax, 2 oktyabr, Ruslan Novruzoğlu, AZƏRTAC

Torpaqlarımızın işğaldan azad olması uğrunda canından keçən igidlərimizdən biri də Sərxan Mustafayevdir. O, 1994-cü ildə Qazax rayonun Ermənistanla sərhəddə yerləşən Aslanbəyli kəndində doğulub. Elə düşmənlə qonşuluqda yaşayan Sərxan uşaqlıqdan güllə səsləri ilə böyüyüb. Vətən sevgisi onun üçün hər şeydən öndə gəlirdi.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 44 günlük Vətən müharibəsi şəhidi Sərxan Mustafayev uşaqlıqdan vətənpərvərliyi ilə seçilib. O, düşmən tapdağı altındakı torpaqlarımızın azad olunacağı günü gözləyirdi. Tale elə gətirdi bu yolda haqq savaşına qatılmaq onun da qismətində oldu. Sərxan Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində döyüşlərdə fəal iştirak edib.

“Həmişə danışardı ki, böyüyəndə Birinci Qarabağ müharibəsinin şəhidləri olan əmisinin, dayısının, eyni zamanda, digər şəhidlərimizin qisasını alacaq. O, əmisinin də, dayısının da qisasını aldı. Eləcə də bütün şəhidlərimizin qisasını aldı, Vətən uğrunda canını verdi. Torpaqlarımız işğaldan azad edildi. Şəhid anası kimi qürurluyam. Şəhidlərimizin qanı yerdə qalmadı”, - deyə Sərxanın anası Fəridə Mustafayeva bildirir.

Bacısı Söylü Mustafayeva da qardaşı haqqında fəxrlə danışır. Deyir qardaşı ilə sirdaş, dost olublar: “Qardaşım qürurlu, qeyrətli gənc idi, çətinliklərdən qorxmurdu. Öndə getməyi sevərdi. Həmişə deyirdi ki, müharibədə öndə olacağam. Əsgər yoldaşları onun barədə fəxrlə danışırlar. O, mənim bu həyatda ən çox darıxdığım insandır. Həmişə deyərdi ki, “Vətən uğrunda şəhid olacağam. O, ən yüksək zirvədi, vətən hər şeydən öndə dayanır”. Elə vətən uğurunda da canından keçdi.”

Sərxan 2020-ci il oktyabr 31-də Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidin nəşi Qazaxın Aslanbəyli kənd qəbiristanlığında torpağa tapşırılıb. Onun Vətənə əmanət qalan bir qız və bir oğul övladı dövlətin qayğısı ilə əhatə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Oktyabr 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri