Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Vətən sevgisindən yoğrulmuş istiqlal şairi:Sabir Rüstəmxanlı 80

Vətən sevgisindən yoğrulmuş istiqlal şairi:Sabir Rüstəmxanlı 80

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

O gün məktəbimizdə sanki toy - bayram idi...

Nə az, nə çox - düz yarım əsr öncə, özəlliyi ilə gözümə - könlümə köçən duyğusal bir xatirə yaddaş aynamda bərq vurur və xəyalən Hamarkənd kənd orta məktəbində oxuduğum illərə boylanıram. Doqquzuncu sinifdə oxuyurduq. Dərin rəğbətim, ehtiramım olan unudulmaz ədəbiyyat müəllimimiz, bu günə qədər hər bir sözünü, hər bir dərsini yadımda saxladığım böyük pedaqoq Səfxan Əliyev (axirəti abad, ruhu şad olsun) dərs vaxtı bildirdi ki, kəndimizin yetirməsi olan gənc şair Sabir Rüstəmxanlı ilə məktəbimizdə görüş olacaq.

Mənə isə sinif nümayəndəsi olaraq şairlə görüşdə şeir deməyi tapşıranada sevincimin həddi-hüdudu yox idi... (Sonralar biləcəkdim ki, S. Rüstəmxanlı o dövrdə Azərbaycan Yazıçılar İttifaqı və Respublika Mədəniyyət Nazirliyinin orqanı olan "Ədəbiyyat və incəsənət" qəzetində şöbə müdiri olaraq çalışırmış)

...Səhəri gün məktəbimizdə bir qələbəlik yaşanırdı. Şabir müəllimlə möhtəşəm bir görüş oldu. Tədbirdə şairin “Yardımlı yollarında” şeirini böyük şövqlə əzbər söylədim. Mənim üçün ən maraqlısı və heyrətedici məqam həm də o idi ki, ilk dəfəydi şair görürdüm. O görüşdən necə təsirlənmişdimsə, filoloq olmağı qət etdim və şeirə marağım (özüm də yazırdım) daha da artdı... 

Elə ilk gündən bir-birimizə isinişdiyimiz sinif yoldaşım Əlövsət Əliyev qardaşı Sabir Rüstəmxanlının müəllifi olduğu bir kitabını (yanılmıramsa “Sevgim, sevincim”) çantasınada gəzdirirdi. Tənəffüs vaxtı fürsətdən istifadə edib maraqla oxuyurdum. Yadımdan heç vaxt çıxmaz, o kitabı ilk dəfə əlimə alıb oxuyanda, vərəqləri o qədər ehmalca, həssaslıqla çevirirdim ki, birdən nəsə ola bilər... Demək istəyirəm ki, o vaxta qədər Sabir Rüstəmxanlının üzünü görməsəm də, artıq imzası ilə tanış idim. Qeyd edim ki, Sabir Rüstəmxanlının tələbəlik illərində yazdığı “Yardımlı yollarında” şeirinin üzünü Əlövsət köçürüb mənə vermişdi. 

Xalq şairi, Respublikanın Müstəqillik Aktının müəlliflərindən biri, Vətəndaş Həmrəyliyi Partiyasının qurucusu və sədri Sabir Rüstəmxanlı gənclik çağında qələmə aldığı “Yardımlı yollarında” adlı şerin son bəndində bir arzu olaraq yazır:

Min illik palıdlardan bir ömür borc alaydım,
Keçilməz dərələrə özüm körpü olaydım,
Buz sulu, saf aynalı bulaq olub qalaydım
Yardımlı yollarında.

İllər keçdi və Sabir Rüstəmxanlı fikir daşıyıcısı, SÖZ ADAMI olaraq keçilməz dərələrə körpü, buz sulu, saf aynalı bulaq olaraq təkcə Yardımlı yollarında deyil, Quzeyli-Güneyli Azərbaycanın, böyük Türk dünyasının körpüsünə döndü.

Öz təbirincə desəm:

"Rüstəmxanlı şəlaləsi" yenə gur və ilhamlıdır..."

Mənsə bu gur və ilhamlı şəlalədən vəcdə gəlib sözə üz tutdum:

Ulutürkün həvaləsi,
Əsrlərin yaddaş səsi,
Bir şairin “əfsanəsi”
Rüstəmxanlı şəlaləsi.

Sanki göydən siyrilərək...
Sözlə süslü, şövqlü ürək,
Sabir bəyin ilhamı tək
Rüstəmxanlı şəlaləsi.

Yardımlının sədasıdır,
Ərənlərin sevdasıdır...
Sabir bəyin təb-səsidir
Rüstəmxanlı şəlaləsi.

Ədəbiyyatımızda türkçülük, azərbaycançılıq və istiqlalçılıq məfkurəsinin unudulmaz davamçılarından biri, milli-demokratik hərəkatımızın yorulmaz mücahidi olan Xalq şairi Xəlil Rza Ulutürk vaxtilə Sabir Rüstəmxanlının yaradıcılığını və şəxsiyyətini belə dəyərləndirir: “Sabir Rüstəmxanlı poeziyası öz oxucusunu yalnız yeni duyğular, yeni arzular, yeni fikirlər ilə deyil, həm də ən başlıcası qeyrətlə silahlandırır.

Bu şeirləri oxuyandan sonra klassik Azərbaycan dünyası ilə fəxr edirsən, bu ülviyyətə, bütövlüyə qarşı tuşlanmış nə varsa, hamısını yıxmaq, dağıtmaq uğrunda çarpışmalara yerikləyirsən. Haqqa arxalanan mübarizədir bu şeirlərin məramı! Bəli, hər cür mübarizə yox, məhz haqqa, məntiqə, mənəvi ləyaqətə arxalanan böyük döyüşlərə çağırır bizi bu üsyankar, bu qanadlı, bu qeyrətli poeziya və bizə dönə-dönə xatırladır ki, öz doğma xalqından, böyük və əzəmətli tarixindən uzaq düşənlər, qafilər, yurdsevərliyi nəfsinə, bir üskük şöhrətinə, sərvətinə qurban verənlər nə qədər miskin, nə qədər zavallıdırlar.

Və əksinə, millətə, bəşəriyyətə xidmət yolu seçənlər, bu uğurda başdan keçənlər, ulu amal yolçuları necə bəxtəvərdirlər!

Son qənaətim: Rüstəmxanlının böyük milli şairimiz olmaq imkanı var. Çox güman ki, o, bu imkanı əlindən verməyəcək”.

Böyük vətənpərvər şairimiz Xəlil Rza qənaətində yanılmadı və Sabir Rüstəmxanlı özünü milli azadlıq şairi kimi təsdiq etdi.

Haşiyə olaraq, bir məsələni minnətdarlıqla qeyd etmək istərdim. İllər öncə Yazıçılar Birliyinə üzvlük üçün tələb olunan zəmanətlərdən birini hörmətli Sabir Rüstəmxanlı mənə təqdim etmişdi. Həmin zəmanət, eyni zamanda, “Söz dərgahına mərac” adlı kitabıma yazılmış ön sözdür. Təbii ki, yaradıcılığıma təsir edən ən önəmli ədiblərdən biri olan Sabir Rüstəmxanlının ədəbi irsinin mənim üçün özünəməxsus bir yeri vardır.

AYB-nin fəxri üzvü, Almaniyada yaşayan tanınmış yazar və qəzetçi Orxan Aras haqlı olaraq yazır: “...O çətinliklər, o qaçhaqaçlar, o əməklər boşa getmədi. İki il sonra ikimizin də röyaları gerçək oldu və onun Türk və Altayların gülü, çiçəyi qoxan şeirləri ilə Azərbaycanın igid övladlarının cəsarəti birləşdi və Azərbaycan müstəqilliyini qanıyla qazandı. O istiqlalın isbatı bəyannamənin altında da Sabirin qələminin izi vardı.

Parisdə 1789-cu il fransız çevrilişi üçün bir güllə atanın belə, bir yerlərdə ismi və ya heykəli vardır. Amma qələmiylə, şeiriylə, cəsarətiylə Azərbaycanın müstəqilliyinə imza atan Sabir Rüstəmxanlının Azərbaycanda bir heykəli yoxdur. Amma onun heykəli Asiyanın ən uzaq və soyuq guşəsindən Avropanın ən soyuq bölgəsinə qədər bütün türklərin ürəyində vardır.”

Yol gedənindir, deyib müdriklər... 

Sözün işığında ustad yoluna rəğmən yazıram:

"Tanımaq istəsən" - şair xitabı,
"Xəbər gözləyirəm" - əsrlər tabı,
"Qan yaddaşı"na yol -"Ömür kitabı"...
Şair, söz ünvanlı yoluna alqış!

"Salam, ana dilim", "Sevgim, sevincim"!
"Atamın ruhu"dur özüm, söz incim.
"Ol"dan üzü bəri hikmətim, gücüm...
Şair, şeir deyən dilinə alqış!

"Bütövlük həsrəti" - "Xətai yurdu",
"Gəncə qapısı"nın ruhu da yoldu.
"Dərdə əyilmə"yən yolları yordu...
Şair, qələm tutan əlinə alqış!

"Göy tanrı" ruhunda "Əbədi sevda",
"Zaman məndən keçir"- gələn hurr səda...
"Bu sənin xalqındır", işıq var soyda,
Şair, ər-ərənli elinə alqış!

Şair, söz ünvanlı yoluna alqış!
Şair, şeir deyən dilinə alqış!
Şair, qələm tutan əlinə alqış!
Sabir Rüstəmxanlı, elinə alqış!

Ziyalı məslək-məramı Vətən sevgisindən yoğrulmuş istiqlal şairi, xalqın mənəvi aləminin tərcümanı məqamında olan Ustad, dünyaya təşrif buyurduğunuz gün, ömür təqviminizin 80 illiyi qutlu olsun!

Tapdıq ƏLİBƏYLİ

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 May 2026 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see322

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see319

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see300

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see295

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see277

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see271

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see271

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see265

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see253

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see250

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see243

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see234

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see228

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see222

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see222

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see212

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see203

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see200

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see200

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri