Icma.az
close
up
RU
Vətən sevgisindən doğan qəhrəmanlıq FOTO

Vətən sevgisindən doğan qəhrəmanlıq FOTO

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mirağa Qasımov doğma yurdunu, xalqını öz canından artıq sevirdi. Odur ki, 44 günlük haqq savaşımız başlanan gündən Vətən torpaqlarının azadlığı naminə yağıya qarşı son damla qanına qədər döyüşüb, yaddaşlara əbədi olaraq yazılmış igidlik və mərdlik göstərib. Məhz buna görə də bu gün cismən aramızda olmasa da, bütün Azərbaycan onunla fəxr edir, böyüməkdə olan gənc nəsil Vətən sevgisini onun kimi ölümsüzlüyə qovuşan cəsur oğullardan öyrənir.

1995-ci ildə Cəlilabadın Moranlı kəndində anadan olan Mirağa Hafiz oğlu Qasımov yetkinlik yaşına çatanda birinci arzusu yağı tapdağında olan Vətən torpaqların azad görmək olub. Erməni dığaların Qarabağımızda törətdiyi qanlı əməllərlə heç cür barışa bilmirdi. Hər an qanında, ruhunda dövr edən Vətən sevgisi Mirağanı döyüşə çağırıb və elə doğma Azərbaycana əsl oğul olmağı bunda görüb. Əsgərliyə yola düşəndə də düşməndən Vətənin qisasını alacağına and içib. Həmçinin deyib ki, ordumuz tezliklə erməni işğalçılarına qalib gələcək, məndə sizin yanınıza zəfər sevinci, alnıaçıq, başıuca qayıdaram.. Mirağa Qasımov 2013-2014-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olub . Hərb sənətinə olan maraq, ən əsası qəlbində cağlayan Vətən sevgisi, erməni dığalarına nifrət hissi onu 2015-ci ildə Dövlət Sərhəd Xidmətinə gətirib. Çevik Hərəkət Qüvvələrinin Çevik Hərəkət Dəstəsində xidmətə başlayan Mirağa yüksək fiziki hazırlığı, intizamı və çalışqanlığı sayəsində qısa müddətdə peşəkar hərbi qulluqçu kimi formalaşıb. Xüsusi döyüş tapşırıqların icrasında, müxtəlif taktiki təlimlərdə yüksək nəticələr göstərərək rəislərinin və yoldaşlarının etimadını qazanıb, igidliyi, mərdliyi, dürüstlüyü nümunə olub.
Nəhayət, 2020-ci ildə Vətən müharibəsi başlayanda Mirağa istəyinə çatıb, erməni qəsbkarlarına qan qusdurmaq üçün əlinə silah alıb müharibə meydanına girib. 30 il əsarətdə qalan bizə məxsus kəndləri, rayonları azad etməkdə rəşadətlə vuruşub. Silahına tuş gələn dığaların sayı bilinməyib. Beləcə zəbt edilmiş yeni yaşayış məskənlərdə Azərbaycanın üç rəngli qələbə bayrağı dalğalananda igid döyüşçü Mirağa daha da ruhlanıb, atıldığı hər savaşda qəlbi qələbə eşqi ilə cuşa qəlib və Vətən olan sevgisini layiqincə sübut edib. Fizuli, Cəbrayıl istiqamətlərində gedən qanlı döyüşlərdə düşmənin başına od ələyib. Daha sonra Zəngilan şəhərinin və ətraf ərazilərin azadlığı naminə dığalara sarsıdıcı zərbələr vuran bölmələrin tərkibində xüsusi olaraq fərqlənib. Oddan-alovdan keçən, son qarşı Vətən torpaqların azad olunacağı günədək vuruşa hazır olan kiçik qizir Mirağa Qasımov
21 oktyabr 2020-ci il tarixdə Zəngilanda düşmən qüvvələrinin darmadağın edildiyi yerdə ağır yaralanıb. Bakı şəhərinə təxliyə olunaraq ölkəmizin ən qabaqcıl tibb müəssisələrində müalicə alsa da, noyabrın 12-də gözlərini yumaraq əbədiyyət dünyasına qovuşub.
Vətənə, millətə əvəzsiz xidməti ilə ürəklərə köçən kiçik gizir Mirağa Hafiz oğlu Qasımov ölümündən sonra ”Qarabağ” ordeni, ”Vətən uğrunda”, ”İgidliyə görə” və digər medallara layiq görülüb.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Noyabr 2026 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see308

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see308

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see289

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see269

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see263

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see260

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see247

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see233

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see226

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see223

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see222

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see220

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see218

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see215

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see214

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see201

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see199

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see196

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see192

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri