Icma.az
close
up
RU
“Vətən və Zəfər nəğmələri” adlı kitab çap olunub

“Vətən və Zəfər nəğmələri” adlı kitab çap olunub

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Azərbaycan Respublikası müharibə, əmək və silahlı qüvvələr veteranları təşkilatı” İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üçün elan etdiyi  I-ci qrant müsabiqəsində “Veteranlar ideoloji təhlükəsizliyin keşiyində” adlı layihə ilə  qalib olmuşdur. 01 iyun 2025-ci il tarixindən etibarən layihəyə start verilmişdir.

Layihənin əsas məqsədi İkinci Qarabağ müharibəsində qazanılan tarixi qələbənin yeniyetmələr arasında təbliği və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şücaət göstərmiş döyüşçülərin gənc nəslə tanıdılmasıdır.

Bu günlərdə yekunlaşan layihədə vətəndaş cəmiyyətinin nümayəndələri olaraq, bizim də üzərimizə böyük yük düşür. Layihə həyata keçirildiyi dövrdə ilk dəfə hərbi marşlardan ibarət “Vətən və Zəfər nəğmələri” adlı kitab çap olundu. Bu kitaba I və II Qarabağ savaşları zaman ifa edilən və eyni zamanda digər dövrləri əhatə edən hərbi marşlar salınmışdır.

Kitabın müəllifi filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov bildirib ki, kitabda “Kitabi Dədə Qorqud”dan üzü bəri milli poetik mətnlərdən istifadə edilib.  Cümhuriyyət dövrü və ondan sonrakı dövrdə Azərbaycan və türk şairlərinin milli nəğmələri, marşları, zəfər duyğuları dərc edilir. O, qeyd edib ki, kitabdan orta və ali məktəblərdə, eləcə də hərbi məktəblərdə milli və vətənpərvərlik tərbiyəsinin formalaşmasında istifadə etmək mümkündür.

İlk dəfə hərbi marşlardan ibarət olaraq çap edilən “Vətən və Zəfər nəğmələri”  kitabı üzərində iş iyul ayının əvvəllərində yekunlaşdı. Bu kitaba I və II Qarabağ savaşları zaman ifa edilən və eyni zamanda digər dövrləri əhatə edən hərbi marşlar salınmışdır.

Kitabın müəllifi   filologiya elmləri doktoru, professor Bədirxan Əhmədovdu. Kitabda “Kitabi Dədə Qorqud”dan üzü bəri milli poetik mətnlərdən istifadə edilib.  Cümhuriyyət dövrü və ondan sonrakı dövrdə Azərbaycan və türk şairlərinin milli nəğmələri, marşları, zəfər duyğuları dərc edilir. Eyni zamanda kitabdan orta və ali məktəblərdə, eləcə də hərbi məktəblərdə milli və vətənpərvərlik tərbiyəsinin formalaşmasında istifadə etmək mümkündür.

Qeyd edək ki, Qarabağın işğalından sonra Azərbaycan şairlərinin, demək olar, hamısı bu mövzuda əsərlər yazmışlar. Bu şeirlərdə Türkiyə-Azərbaycan ictimai, siyasi, hərbi birliyi ilə yanaşı, mənəvi birliyindən doğan böyük bir ümid və gələcəyə yönəlik mesajlar vardır. Həm Türkiyə, həm Azərbaycan şeirində Qarabağ mövzusunda birlik və bərabərlik mesajları verilir. Araşdırmalar göstərir ki, ictimaisiyasi, hərbi birlik olan zaman ədəbiyyat, poeziya da bu birliyi tərənnüm edir və yaşadır. XX yüzilin əvvəllərindən başlayan bu birlik mesajları bütün türklərin birləşməsi üçün bir örkək xarakteri daşıyır. Bütün bunlar türklüyün gələcək həyat yolunda Turan ideyasının və Turançılığın poetik dərketməsinin ilk mərhələsidir. Düşünürük ki, hələ bundan sonra da Türkiyə və Azərbaycan ordusunun zəfərinə yeni şeirlər yazılacaq. Bu şeirlərdə yüz il əvvəldə Nuru Paşaya poetik öygülər olduğu kimi, bugünün müharibə qəhrəmanlarına da yeni öygülər yazılacaq.

Prof. Bədirxan Əhmədli, 

“Azərbaycan Respublikası müharibə,

əmək və silahlı qüvvələr veteranları təşkilatı”

İctimai Birliyinin layihə rəhbəri                                       

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:221
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Oktyabr 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see324

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see321

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see314

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see282

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see277

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see269

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see264

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see260

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see258

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see251

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see232

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see231

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see230

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see228

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see225

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see220

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see217

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see213

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri