Icma.az
close
up
RU
“Vətəndaş A”nın söyüş qalmaqalı: “Gücləri çatmayanda…” KONKRET

“Vətəndaş A”nın söyüş qalmaqalı: “Gücləri çatmayanda…” KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son illər yerli seriallara ağız büzmək dəb halını alıb. Hətta keyfiyyətli iş ortaya qoyulsa da, cəmiyyət, xüsusən yaşlı nəsil ekran işini tənqid etməyə bir səbəb tapır. Son günlər müzakirə mövzusuna çevrilən “Vətəndaş A” serialı da bunun bir nümunəsidir. (Eyni nümunəni vaxtilə “Əqrəb mövsümü” serialında da görmüşdük.)

KONKRET.az xəbər verir ki, bəziləri serialda istifadə edilən jarqonları, vulqar ifadələri sərt şəkildə qınayır, hətta bunu biabırçılıq adlandıranlar da çoxdur.

Seriallarda bu tip ifadələrin işlədilməsini dünya təcrübəsində tez-tez görürük, bəs niyə bu yerli seriallarımızda olanda qınanılır?

Müsahibimiz, tanınmış aktyor Azər Aydəmir Yenisabah.az-a mövzunu bu cür şərh edib:

“Yüz faiz bu, tənqid xətrinə tənqid edilən hallardır. Yaşlı nəslin nümayəndələri müstəqil Azərbaycan formalaşanda onlara kimlərinsə verdiyi öz ictimai xadimlik pozisiyasını yenidən təsdiq etmək üçün bir fikir söyləməlidirlər. Çox təəssüflər olsun ki, bu fikirlər müasir və çox peşəkarcasına, regional səviyyədə istehsal olunan seriallarımızın başında çatlayır. Söhbət möhtəşəm “Vətəndaş A” , “Əqrəb mövsümü” və bu kimi digər seriallardan gedir. Mənə elə gəlir ki, tənqid ediləsi kifayət qədər kanal kontenti var. Onlardan biri də bu günlərdə gündəmdədir. Həmin şəxslərin gücü və avtoritet səviyyəsi həmin kanalları tənqid etməyə çatmayanda bu cür serialları hədəfə alırlar. Yekunda isə demək istəyirəm ki, mentalitet nədirsə, onları öldürəcək”.

Aktyor onu da qeyd edib ki, sözügedən tənqidlər həmin seriallara qətiyyən zərər vermir:

“Ola bilər ki, serialda hər hansı qeyri-etik ifadələrdən istifadə olunsun. Bu da həyatımızın reallığıdır. Həmin seriallar ideoloji olaraq Azərbaycan cəmiyyətini müalicə etmək üçün çəkilib yayımlanır. Əlbəttə, müalicə olunmaq istəməyən insanlar cəmiyyətimizi müalicə etmək istəyən yeni nəslə müqavimət göstərməyə çalışır. O da alınmayacaq. Çünki bizim məramımız, istəyimiz safdır və cəmiyyəti yaxşı formada aydınlatmağa xidmət edir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 Noyabr 2024 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see276

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see259

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see147

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see144

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see136

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see135

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri