Icma.az
close
up
RU
“Vətəndaş A”nın dronu vurulub? Açıqlama

“Vətəndaş A”nın dronu vurulub? Açıqlama

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

“Vətəndaş A” serialının rejissoru Elvin Rüstəmzadə çəkiliş zamanı heyətin dronunun Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən vurulduğunu deyib. O, bu barədə kulis.az-a müsahibəsində danışıb. Rejissorun sözlərinə görə, dronun havaya qaldırılması üçün icazə alınmayıb, bu səbəbdən də çəkilişdən bixəbər olan DSX dronu vurub. O, bunun DSX əməkdaşları ilə zəng zamanı dəqiqləşdirdiyini açıqlayıb.

Hurriyyet.az xəbər verir ki, məsələyə serialın prodüseri Sevinc Əliyeva da münasibət bildirib. Ancaq o, rejissorun müsahibədə dediklərinin həqiqətə uyğun olmadığını bildirib:

“İctimai Televiziya və mən SFN Prodakşnın rəhbəri (“Vətəndaş A” serialının baş prodüseri – red.) bildirmək istəyirik ki, Lahıc çəkilişləri zamanı heç bir dron Dövlət Sərhəd Xidməti tərəfindən vurulmayıb, dron radarın sönülü olması səbəbi ilə qayaya çırpılıb. DSX əməkdaşları ilə heç bir telefon danışığı belə olmayıb. Yayılan məlumat həqiqəti əks etdirmir”, – o qeyd edib.

Bundan əlavə, S. Əliyeva dron operatoru Orxan İslamovun da açıqlamasını yayıb.

“TikTok-da olan danışıq çox məntiqsizdir. Orada dronu kimsə vurmayıb, mənim səhvimə görə qayaya dəyib. Dronun 3 linzası var: normal, orta, “zoom”. Orada linza çəkəndə kamera yaxını göstərir, amma dron uzaqda olur.

Ona görə də, məsafə hesabını götürmək çətin olur. Həmin o avtobus səhnəsini çəkəndə “zoom linza” ilə çəkirdim. Həmişə dronun radarları sönülü olur. Yaddan çıxıb riskli yerlərdə yandırdım, 72 km/saatla getdim, çırpıldım qayaya. Məsələ budur”, – açıqlamada bildirilib.(Qafqazinfo)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 04 Dekabr 2024 21:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see364

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see287

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı FOTO

19 Avqust 2026 09:57see224

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see207

17 il sonra ekranlara qayıdır Rekord qonorar alacaq

19 Avqust 2026 06:20see206

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see188

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see184

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see180

Suriyada qaz boru kəmərində partlayış Təchizat dayandırıldı

19 Avqust 2026 06:56see171

Əhmədbəyli Füzuli Şuşa avtomobil yolu İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib

19 Avqust 2026 20:43see170

Təmayül istəməyən şagirdin taleyi necə olacaq? Valideyn narazılığı VİDEO

19 Avqust 2026 22:28see161

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see160

Dövlətlə əmlak mübadiləsi mümkün olacaq DETALLAR

19 Avqust 2026 07:02see160

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see160

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see154

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see154

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see153

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see150

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see147

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri