Icma.az
close
up
RU
Prokurorluq vətəndaşın müraciəti ilə bağlı açıqlama

Prokurorluq vətəndaşın müraciəti ilə bağlı açıqlama

Icma.az bildirir, Azvision saytına əsaslanaraq.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, bəzi sosial media səhifələrdə Azərbaycan Respublikasının Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Babayev İlkin Əbülfəz oğlunun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi və digər şəxslərin məsuliyyətdən kənarda qalması barədə məlumatlar yayılıb.
Bununla bağlı bildirilir ki, çoxsaylı şəxslərin müraciəti əsasında Baş İdarədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılmış, Babayev İlkin Əbülfəz oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs halında Muradov Eldar Murad oğlu, Həsənzadə Mobil İsmiəli oğlu, Məmmədov Allahqulu Qudrət oğlu və Ağazadə Asəf Elşad oğlu ilə birgə işə düzəltmə, torpaq sənədlərinin hazırlanması, təhsil sənədlərinin tanıdılması və digər adlarla 32 şəxsdən müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 700 min manatdan artıq məbləğdə, o cümlədən Şəmşirov Nahid Rəşid oğlu ilə cinayət əlaqəsinə girməklə 7 şəxsdən 240 min manatdan artıq pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən əməlləri ilə bağlı İlkin Babayev və digər şəxslərə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və digər maddələri ilə ittiham elan edilmiş və 27 may 2023-cü il tarixdə cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırda məhkəmə baxışı davam etdirilir.
Eyni zamanda Nahid Şəmşirov Cinayət Məcəlləsinin 178.3.2, 310-cu və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilmiş və Binəqədi Rayon Məhkəməsinin müvafiq qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.
Əlavə olaraq qeyd edilir ki, Baş İdarədə Babayev İlkin Əbülfəz oğlu barəsində əvvəllər Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və digər maddələri 3 cinayət işinin ibtidai istintaqı aparılmış və hər 3 iş aidiyyəti üzrə məhkəmələrə göndərilməklə, onlardan 2-si üzrə ittiham hökmü çıxarılmış, 1-i üzrə isə bəraətverici əsaslar olmadan icraata xitam verilib.
Habelə, İlkin Babayevin Bakı istintaq təcridxanasında saxlanıldığı müddət ərzində Cinayət Məcəlləsinin 317-2.1-ci (istintaq təcridxanasında saxlanılan şəxs tərəfindən qadağan edilmiş əşyaların gəzdirilməsi, saxlanılması və istifadəsi) maddəsilə cinayət məsuliyyətinə cəlb edilmiş və həmin iş baxılması üçün aidiyyəti üzrə Sabunçu rayon məhkəməsinə göndərilib.
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://azvision.az
archiveBu xəbər 09 Yanvar 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri