Vətəndaşın ölkədən çıxışı ilə bağlı prosedur dəyişə bilər
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı Cinayət-Prosessual Məcəlləyə dəyişiklik edilməsi təklif edilir.
Milli.Az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə olunan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.
Miqrasiya Məcəlləsinə əsasən, vətəndaşın ölkədən getmək hüququ Cinayət-Prosessual Məcəlləyə uyğun olaraq tutulduqda və ya barəsində hər hansı qətimkan tədbiri seçildikdə azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək müvəqqəti məhdudlaşdırıla bilər.
Ombudsmanın məruzəsində yuxarıdakı maddənin tələblərinin Cinayət-Prosessual Məcəllədə dəqiq prosessual mexanizmlərlə təsbit olunması və qeyd olunan sahədə funksional problemlərin aradan qaldırılması, bununla da həm şəxslərin sərbəst hərəkət hüququnun əsassız məhdudiyyətlərdən qorunması, həm də hüquq-mühafizə orqanlarının fəaliyyətində ziddiyyətli təcrübələrin qarşısının alınması məqsədilə Cinayət-Prosessual Məcəlləyə zəruri əlavə və dəyişikliklərin edilməsi təklif edilir./Trend.Az
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 27 Fevral 2026 10:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















