Vüqar Əliyevin ölkədən çıxışı məhdudlaşdırıldı
Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Bolluq” İstehlak Kooperativinin dövlətə yarım milyondan çox vergi borcu var.
Valyuta.az-ın məlumatına görə, sözügedən kooperativin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 515 910.53 AZN vergi borcu yaranıb.
Sözügedən borca görə “Bolluq” İstehlak Kooperativinin baş direktoru Vüqar Əliyev Bayraməli oğlunun ölkədən çıxışına məhdudiyyət qoyulub.
Dövlət Vergi Xidməti tərəfindən “Bolluq” İstehlak Kooperativində səyyar vergi yoxlaması keçirilib. Sözügedən şirkət külli miqdarda vergidən yayındığına görə məsuliyyətə cəlbetmə qərarının nəticəsində “Bolluq” İ.K barəsində 1133863.85 manat əlavə vergi, 566931.94 manat maliyyə sanksiyası hesablanıb.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 01 Aprel 2025 22:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















