Icma.az
close
up
RU
Vətəndaşın rifahı naminə...

Vətəndaşın rifahı naminə...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Minimum əməkhaqqı məbləğinə hər il baxılacaq

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 13 fevral tarixli 354-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərman imzalayıb. Dövlət başçısı, eyni zamanda, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunla Məcəllədə sosial müdafiənin səmərəli aləti sayılan minimum əməkhaqqının məbləğinə baxılmasının dövriliyini təmin edən dəyişikliyi təsdiqləyib.

Yeni qanunvericilik aktları ilə Əmək Məcəlləsinə minimum əməkhaqqının məbləğinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təkliflləri əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılmasını nəzərdə tutan cümlə əlavə edilib. Bu dəyişiklik əmək sahəsində milli qanunvericiliyin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsində daha bir addım olmaqla, Azərbaycanda işçilərin minimum yaşayış səviyyəsini təmin edən minimum əməkhaqqı məbləğində ardıcıl artım dinamikasının qarşıdakı dövrdə davam etdirilməsini nəzərdə tutur.

Milli inkişaf strategiyasından irəli gələn hədəflər

Dəyişikliklərə əsasən, minimum əməkhaqqı məbləğinə ildə ən azı 1 dəfə baxılacaq. Bu o deməkdir ki, dəyişiklik təsdiq olunduqdan sonra minimum əmək haqqı artımında dövrülük təmin olunacaq. Bu artımların artıq qanunla tənzimlənməsi anlamına da gələcək.

Minimum əməkhaqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi təklifləri əsasında baxılması beynəlxalq sosial normativlərdən irəli gələn amildir. Beynəlxalq Əmək Təşkilatının tövsiyələrinə əsasən, işçilərin minimum yaşayış səviyyəsini təmin edən və dünyada sosial siyasət alətlərindən biri olan minimum əməkhaqqının tənzimlənməsi hökumıətin sosial siyasətində daim əsas prioritet olmalıdır. Eləcə də, Dünya Bankı Qrupunun yeni qiymətləndirmə metodologiyası olan “Business Ready” sənədinə əsasən, “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun Fəaliyyət Planı”nda müvafiq dövlət qurumuna hər il minimum əməkhaqqının artırılması ilə bağlı təklifləri hazırlayaraq adiyyətı üzrə təqdim etmək tapşırılıb.

Eyni zamanda, ölkəmizin milli inkişaf doktrinası olan “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” sənədində əməkhaqlarının artırılması, işləyənlərin layiqli həyat səviyyəsinin təmin edilməsi məqsədilə minimum əməkhaqqının məbləğinin yüksəldilərək xalis minimum əməkhaqqı ölçüsünün xalis orta aylıq əməkhaqqının nisbətinin məqbul səviyyəsinə çatdırılması nəzərdə tutulub.

Hansı şəxslərin minimum əməkhaqqı artacaq?

Minimum əməkhaqqı artımı sayəsində ölkə üzrə təxminən 800 min vətəndaşın əmək haqqının artımı təmin olunur. Belə ki, dövlət büdcəsindən maliyyələşən bəzi sahələrdə əməyin ödənilməsi Vahid Tarif Cədvəli (VTC) əsasında aparılır. Vahid Tarif Cədvəlində maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilib.  Hazırda ən aşağı maaş 400, ən yüksək isə 1150 manatdır. Bu, o deməkdir ki, minimum əməkhaqqının artırılması bütün dərəcələr üzrə artımlara səbəb olacaq. Bu zaman əməkhaqqının minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır. Xüsusilə də, sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman, kənd təsərrüfatı, ekologiya, ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat, rabitə, meliorasiya, su təsərrüfatı və s. sahələr üzrə maaşların artımları təmin olunur. Artımlar həm də özəl sektoru da əhatə edir. Çünki minimum əməkhaqqı artımları mülkiyyət növündən asılı olmayaraq bütün sektorlarda çalışan və aşağı maaş alan işçiləri əhatə edir. Bu baxımdan, özəl sektorda 400 minə yaxın şəxsin də maaşı artmış olur.

Qeyd edək ki, minimum əməkhaqqı “Yaşayış minimumu haqqında” Qanuna uyğun olaraq ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz.

Minimum əməkhaqqının nə qədər artırılmasına gəlincə, bu rəqəm ölkədə inflyasiya ilə bağlı gözləntilər, sosial müdafiə sektorunda yığım imkanları və digər amillər nəzərə alınaraq müəyyənləşəcək. Artım əhalinin gəlirlərinə müsbət təsir etməklə, həm də əmək bazarına mühüm fayda verəcək, işçi qüvvəsinin rəqabət qabiliyyətinin, məhsuldarlığının, əməyin leqallaşdırılmasını təmin edəcək. Bu baxımdan, minimum əməkhaqqının növbəti artımından sonra yaşayış minimumu arasında rəqəm də təxminən 30-40 faiz yüksəlmiş olacaq. Eləcə də minimum əməkhaqqı artımı, ölkəmizdə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbət göstəricisinin də yüksəlməsinə imkan verəcək.

Qeyd edək ki, həmin nisbət 2018-ci ildəki 26,5 faizdən 2019-cu ildəki 33,3 faizə, 2020-ci ildəki 38 faizə yüksəlib. 2022-ci ildə 40 faiz, 2025-ci ildə isə 42 faiz səviyyəsinə yüksəlib. Ümumiyyətlə, minimum əməkhaqqı son 6 ildə 5 dəfə artırlaraq 130 manatdan 400 manata qaldırılıb. Növbəti artımlar isə yaşayış və sosial normativlər üzrə nisbətin qabaqcıl beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində mühüm irəliləyiş olacaq.

Beləliklə, “Əmək Məcəlləsinə” minimum əməkhaqqı ilə bağlı təklif edilən dəyişikliklərin qəbul olunması ölkəmizdə sosial müdafiənin effektiv aləti sayılan minimum əmək haqqının müəyyənləşməsinin dövriliyini təmin edəcək, insanların sosial rifahının artırılmasına səbəb olacaq.

E.CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 Fevral 2026 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see466

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see349

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see267

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see259

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see248

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see229

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see221

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see217

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see209

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see199

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see198

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see197

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see197

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see193

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see192

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see186

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see172

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see168

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see166

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri