Icma.az
close
up
RU
Menu

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

Rüstəmə dedim ki, sən şair deyilsən…

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

Bölgənin rifahı naminə...

Bölgənin rifahı naminə...

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Cənubi Qafqazda formalaşacaq yeni münasibətlər sistemi nələr vəd edir?

Qlobal dünyada bir sıra geostrateji regionlar var ki, onlar hər zaman diqqət mərkəzindədir. Bu geostrateji regionlar dövlətlərin siyasi, iqtisadi və hərbi maraqlarının kəsişdiyi, uzlaşdığı, qlobal ticari imkanların paylaşıldığı əsas məkanlar kimi çıxış edir. Bu regionlar qlobal güc balansının formalaşmasında, enerji resurslarının bölüşdürülməsində və nəqliyyat-kommunikasiya xətlərinin idarə olunmasında mühüm rol oynayır. Bu amil xüsusilə XXI əsrdə ön plana çıxıb - qloballaşma şəraitində adıçəkilən bölgələr beynəlxalq siyasətdə təsir imkanlarını genişləndirmək perspektivi qazanıb. Məsələn, Yaxın və Orta Şərq, Avropa, Asiya-Sakit okean hövzəsi, Mərkəzi Asiya və digər mühüm məkanlar həm təbii ehtiyatların zənginliyi, həm də mühüm nəqliyyat dəhlizlərinin üzərində yerləşməsi ilə qlobal iqtisadi-siyasi, eyni zamanda, ticari üstünlükləri ilə strateji əhəmiyyətlərini ortaya qoyurlar.

Qlobal strateji imkanlara malik regionların sırasında...

Cənubi Qafqaz da adıçəkilən siyahıda ən üstün yerlərdən birini tutur. Avropa ilə Asiya arasında yerləşən bu məkan mühüm təbii geosiyasi körpü rolunu oynayır. Regionun enerji resurslarının dünya bazarlarına çıxarılması, beynəlxalq nəqliyyat marşrutlarının inkişafı və təhlükəsizlik məsələləri baxımından xüsusi əhəmiyyətə malikdir. Son 30 illik tarixdə bu potensialdan tam şəkildə istifadə edilməyib - Ermənistanın təcavüzkar siyasət yürütməsi, Azərbaycan torpaqlarını işğal etməsi Cənubi Qafqazın iqtisadi ötürücülük imkanlarını müəyyən mənada məhdudlaşdırıb. Bəzən regionu “konfliktoloji məkan”, bəzən “dondurulmuş müharibə vəziyyətində olan bölgə” kimi xarakterizə edən aparıcı iqtisadi güc mərkəzləri  Şərq-Qərb tranzit istiqamətində bu bölgənin potensialından istifadə etməkdən çəkinib.

Bütün bu maneələrə baxmayaraq, Azərbaycan Cənubi Qafqazın strateji imkanlarının açılmasında, təbliğində və praktik fəaliyyətində açar rolunu oynayıb. Bölgənin həyatında əsaslı dəyişikliyə səbəb olan “Əsrin müqaviləsi” Cənubi Qafqazın enerji mübadilə mərkəzi kimi şöhrət qazanmasında ilkin qığılcım oldu: Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz xətti, Bakı-Tbilisi-Qars dəmiryolu xətti Cənubi Qafqazın iqtisadi-ticari potensialının ön plana çıxmasına şərait yaratdı. Diqqət yetirsək, XXI əsrin ilk 20 ilində Cənubi Qafqazın konfrantativ mahiyyətdən işgüzar, investisiya münbitliyinə malik, qlobal ticarətin mühüm stansiyalarından birinə çevrilməsi Azərbaycanın səyi, zəhməti, eləcə də Gürcüstan və Türkiyənin birgə əməkdaşlığının nəticəsi kimi meydana çıxıb. Ermənistanın qeyri-konstruktiv mövqeyi daha çox maneə xarakteri daşıyıb - işğal siyasətinin davam etdirilməsi, beynəlxalq hüququn ayaqlar altına alınması, regional təhlükəsizliyə təhdidlərin aradan qaldırılmasını özündə əks etdirən qətnamələrin yerinə yetirilməməsi ümumən Cənubi Qafqazın siyasi-iqtisadi mənzərəsinə mənfi təsir göstərib.

Yeni münasibətlər sistemi...

2020-ci  və 2023-cü illərdə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etməsi Cənubi Qafqazın da siyasi-iqtisadi xəritəsinə yeniliklər əlavə etdi, inkişaf üçün yeni bir mərhələ formalaşdırdı. Artıq regionda yeni təhlükəsizlik arxitekturası qurulub - Bakı Cənubi Qafqazın da dünyanın digər strateji regionları kimi özünün potensialını tam açması üçün şərait yaradıb. Sülh prosesinin uğurla inkişaf etdirilməsi, Vaşinqton razılaşmaları, bölgədə yeni münasibətlər sisteminin qurulması Cənubi Qafqaz üçün yeni üfüqlər müəyyənləşdirir. Artıq əməkdaşlığın müstəvisi və dairəsi də genişlənir: sadə bir misal - Azərbaycanın təşəbbüsü ilə ərsəyə gələn Zəngəzur dəhlizi (TRIPP) regionu daha yüksək iqtisadi-ticari səviyyəyə yüksəldir. Bakının apardığı uğurlu siyasi xətt Cənubi Qafqazı yalnız Uzaq Şərq ilə Avropanın birləşdirici nöqtəsinə çevirmir- həm də, Mərkəzi Asiya ilə Qlobal Cənubu, Türk dünyasını, yeni nizamda yeni inkişaf xətti müəyyənləşdirmiş, iqtisadi güc mərkəzinə çevrilməyi hədəfləmiş dövlətləri Cənubi Qafqazda görüşdürür, uzlaşdırır, ticari tərəfdaşa çevirir.

Azərbaycanın qətiyyəti, səyi və əldə olunan nəticələr... 

Təbii ki, bütün bunlar nəticə etibarı ilə Cənubi Qafqaz regionu dövlətlərinə sürətli inkişaf tempi yaradacaq. Azərbaycan Prezidentinin apardığı siyasət Cənubi Qafqaz üçün yeni bir gələcək yaradır:

- Siyasi sabitlik və diplomatik balans - münaqişəsiz qonşuluq modeli;

- İqtisadi inteqrasiya - vahid ticarət və logistika məkanının formalaşması;

- Humanitar əməkdaşlıq - xalqlar arasında etimad və qarşılıqlı anlayış mühiti.

Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri zamanı bu fakt bir daha ön plana çıxdı. Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata bəyanatında Prezident İlham Əliyevin səylərini yüksək qiymətləndirərək “Biz bu prosesdə Sizin şəxsi səylərinizi və iştirakınızı xüsusi dəyərləndiririk”, deyə bildirdi. Bu, Bakının bölgənin rifahı naminə apardığı siyasətin ifadəsi kimi öz təsdiqini tapdı.

Gürcüstan regional əməkdaşlığın inkişafına töhfə verməyə hazırdır

Yeni situasiyada Cənubi Qafqazın vahid ticari-iqtisadi mərkəz kimi çıxış etməsi labüddür. Azərbaycan və Gürcüstanın bu istiqamətdə mövqeyi aydındır - bu strateji əməkdaşlıq mühiti regionun təhlükəsizliyinin, sülhün və sabitliyin daha yüksək səviyyədə təminatının qarantı kimi çıxış edir. Azərbaycanın Ermənistana yük daşınmasına qoyduğu bloku qaldırması, neft məhsullarının ixracı və bu ixracın hələ ki, Gürcüstan üzərindən reallaşması həm rəsmi Bakının, həm də rəsmi Tbilisinin birgə əməkdaşlığın inkişafındakı marağını ortaya qoyur. Prezident İlham Əliyev Gürcüstanda mətbuata bəyanatında sülh prosesindən danışarkən bildirdi ki, bu prosesi gücləndirmək üçün, sadəcə olaraq, imzalanmış sənədlər yetərli deyil: “Biz hər an, hər addım atıldıqda gərək bu sülhü gücləndirək və bunun ən yaxşı istiqaməti də ticarətdir. Bu gün Azərbaycanla Ermənistan arasında ticarət Gürcüstan vasitəsilə həyata keçirilir”.

Bu fikir bir daha Azərbaycan ilə Gürcüstanın Cənubi Qafqazın inkişafı naminə əməkdaşlığının bariz mənzərəsini canlandırır. Orta Dəhlizin genişləndirilməsi, ortaq layihələrin gerçəkləşdirilməsi, qlobal ticarətin əsas stansiyalarından birinə çevrilmə imkanlarından hərtərəfli istifadə olunması hər 3 dövlətin maraqlarının reallaşması deməkdir.

Regional etimad mühiti güclənməlidir...

Təbii ki, yenə də birinci şərt kimi bölgənin təhlükəsizliyi, regional təhdidlərin tam şəkildə aradan qaldırılması, qarşılıqlı etimadın gücləndirilməsi önə çıxır. Avrasiyanın mərkəzindən yaxın-uzaq coğrafiyaya “boylandığımız” zaman şahidi olduğumuz konfrantasiyalar, qarşıdurmalar, münaqişələr tək siyasi nəticələr yaratmır - paralel olaraq iqtisadi geriləməni, ticari təhdidi də özündə əks etdirir. Bu isə bütövlükdə yaşama, rifaha və işıqlı gələcəyə təhdiddir. Prezident İlham Əliyevin Gürcüstanda bildirdiyi kimi, “Bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və Cənubi Qafqazda yerləşən ölkələr bu imkanları əldən verməməlidir. Çünki bu gün sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur və bunun nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir. Cənubi Qafqazda da vaxtilə buna oxşar mənzərə mövcud idi. Amma bu gün Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik, əməkdaşlıq məkanına çevrilir”.

Regional təhlükəsizliyin mövcud yeni konfiqurasiya üzərindən davamlı şəkil alması üçün isə mütləq şəkildə sülhün imzalanması gerçəkləşməlidir. Ermənistanın əbədi sülhə imza atması Cənubi Qafqazın 30 il pərdə arxasında qalmış, tam açılmamış potensialını üzə çıxaracaq. Azərbaycanın uzun illər ərzində, böyük zəhmət bahasına və ən kiçik detallara qədər zərgər dəqiqliyi ilə işlədiyi xarici siyasət kursu demək olar ki, bütün aşılası mərhələləri, çətinlikləri geridə qoyub:

- Ermənistan əbədi sülhə imza atacağı təqdirdə Mərkəzi Asiya və Şərq kontingenti ilə rahat ticari əlaqələr qura biləcək;

- Türkiyə üzərindən Avropa ilə əlaqələrini möhkəmləndirəcək;

- Bakının ən yaxın strateji tərəfdaşlarından olan Körfəz ölkələri ilə münasibətlərini yeni bir müstəviyə qaldıracaq;

- Qlobal Cənub istiqamətində ticari-iqtisadi imkanlarını genişləndirəcək.

Beləliklə, Azərbaycanın yaratdığı şərait Ermənistan üçün yeni inkişaf strategiyası vəd edir. Yeni mərhələdə İrəvanın əsas hədəfi məhz sülh olmalıdır.

Ermənistan üçün Bakı-Tbilisi nümunəsi...

Ermənistanın regional siyasətdə mahiyyət etibarı ilə yeni mərhələyə keçidi Cənubi Qafqazda sabitlik və əməkdaşlıq mənasında onun özü üçün də mühüm fürsət yaradır - qarşıdurma və təhdid ritorikası uzunmüddətli inkişaf üçün səmərəli yol deyil. Əksinə, qarşılıqlı etimad, açıq dialoq və iqtisadi əməkdaşlıq region ölkələri arasında münasibətlərin sağlam əsaslar üzərində qurulmasına xidmət edir. Bu baxımdan Ermənistan digər iki Cənubi Qafqaz dövləti arasında formalaşan praqmatik və işgüzar münasibət modelindən nəticə çıxarmalı, öz xarici siyasət kursunu daha konstruktiv istiqamətdə yenidən formalaşdırmalıdır. Prezident İlham Əliyev Tbilisidə mətbuata bəyanatında Azərbaycan ilə Gürcüstanın ikitərəfli münasibətlərini misal çəkərək bildirdi ki, “bizim ikitərəfli gündəliyimiz çox genişdir və bu gündəlik getdikcə genişlənir. Yeni layihələr, yeni fikirlər ortaya atılır və birgə səylərlə biz bunları həll edirik. Bunun əsas şərti və amili, əlbəttə ki, bizim ikitərəfli münasibətlərimizdir. Bizim münasibətlər deyə bilərəm ki, bütün qonşular üçün nümunə ola bilər. Çünki onlar qarşılıqlı hörmət, qarşılıqlı inam, ortaq mənfəət, qarşılıqlı maraqlar, dostluq və qardaşlıq üzərində qurulubdur”.

Beləliklə, regional layihələrdə iştirak, nəqliyyat-kommunikasiya xətlərinin açılması və iqtisadi inteqrasiyanın dərinləşdirilməsi Ermənistan üçün həm siyasi, həm də iqtisadi dividendlər vəd edir. Bunun üçün isə ilk növbədə etimad mühitinin yaradılması, revanşist yanaşmalardan imtina və beynəlxalq hüquq prinsiplərinə hörmət əsas şərt kimi çıxış edir. Səmimi və təhdiddən uzaq münasibətlər sistemi bütövlükdə Cənubi Qafqazın gələcək rifahının təmin olunmasına xidmət edəcək.

Pərviz SADAYOĞLU

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Aprel 2026 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see282

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see275

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see259

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see256

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see255

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see249

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see245

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see245

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see238

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see236

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see235

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see235

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see215

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see214

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see212

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see202

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see197

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see194

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see192

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri