Vətəndaşlar bu avtobuslardan şikayətçidir Yenilənəcək VİDEO
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Paytaxt sakinləri 114B nömrəli marşrut avtobusunun vəziyyətindən narazılıq edirlər.
Milli.Az xəbər verir ki, sərnişinlərin sözlərinə görə, bu marşrut xəttində hərəkət edən avtobuslar tez-tez nasaz olur, salonlar baxımsız vəziyyətdədir, kondisioner sistemi isə ya işləmir, ya da ümumiyyətlə yoxdur.
Məsələ ilə bağlı AYNA-ya sorğu göndərdik.
Sorğumuza cavab olaraq bildirildi ki, 114A və 114B nömrəli müntəzəm marşrutun daşıyıcısına sərnişindaşıma normalarına riayət edilməsi və avtobus parkının yenilənməsi ilə bağlı tapşırıqlar verilib:
"Hazırda Bakı şəhərinin inzibati ərazisində nöqsanlar aşkar edilən bütün müntəzəm marşrutlarda avtobusların yenilənməsi, eyni zamanda müsabiqəyə çıxarılaraq balansında tələblərə cavab verən nəqliyyat vasitələri olan daşıyıcıya həvalə edilməsi istiqamətində müvafiq işlər həyata keçirilir. Görülən işlər çərçivəsində 114A və 114B nömrəli müntəzəm marşrutlar da müsabiqəyə çıxarılaraq avtobusların yeniləri ilə əvəz edilməsi təmin ediləcək".
Aysel Əkbər
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 25 Sentyabr 2025 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















