Icma.az
close
up
RU
Vətəndaşlar media nümayəndələrinə ən çox hansı problemlərlə bağlı müraciət edir? Jurnalistlər danışır

Vətəndaşlar media nümayəndələrinə ən çox hansı problemlərlə bağlı müraciət edir? Jurnalistlər danışır

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Vətəndaşlar gündəlik həyatda qarşılaşdıqları problemlərlə bağlı ya sosial şəbəkələrdə yazır, ya da aidiyyəti üzrə müraciət edirlər.
Bəzi hallarda isə müraciətləri nəticəsiz qalan vətəndaşlar çarəni kütləvi informasiya vasitələrinə üz tuturlar. Bir çox hallarda problemlər mətbuata ayaq açdıqdan sonra daha tez həllini tapır. 

Ölkə.Az vətəndaş müraciətləri ilə bağlı jurnalistlər arasında sorğu keçirib.

Həmkarlarımızdan onlara ən çox hansı mövzularda şikayətlər daxil olduğunu soruşmuşuq.

Baku.ws saytının əməkdaşı Orxan Hüseynov deyib ki, şikayətlər əsasən, kommunal xidmətlərlə bağlı olur:

“Vətəndaşın hansısa problemi vaxtında və sui-istifadə olmadan qabartması, bunu ictimailəşdirməsi onların konstutision hüququdur. Eyni zamanda hər bir mətbuat nümayəndəsinin də bu işdə vətəndaşa yardımçı olması onun peşə borcudur. Gündəlik olaraq ən çox şikayətlər kommunal xidmətlər, tıxaclar, məktəblərdə rüşvət və digər hadisələrlə bağlı olur. Vətəndaşlar ən çox elektrik enerjisinin kəsintisi və suların verilməsinin dayandırılması ilə bağlı yaranan problemlərlə  bağlı müraciətlər edirlər ki, bu da bir çox hallarda qurumların müdaxiləsi ilə müsbət həllini tapır. 
Vətəndaşları narazı salan öz işini vicdanla yetirmək istəməyən məmurlar olur ki, onlar da problemin ictimailəşməsi ilə hərəkətə keçmək məcburiyyətində qalırlar. Təbii ki, təmsil olunduğu qurumdan asılı olmayaraq öz işini vicdanla yetirən vəzifə sahibləri də kifayət qədərdir”, - deyə o əlavə edib.

Musavat.com saytının əməkdaşı Xalidə Gəray deyir ki, sosial müavinət və təqaüdlərlə bağlı problemləri daha çox işıqlandırır:

“Şəxsən bir jurnalist kimi mənə daxil olan vətəndaş müraciətlərinin əksəriyyəti sosial məsələlərlə bağlı olur. İnsanlar daha çox sosial müdafiə, əlillik dərəcələrinin təyin və ya yenidən qiymətləndirilməsi, sosial müavinətlərin bərpası, təqaüdlərlə bağlı yaranan problemlərin həlli kimi məsələlərdə kömək istəyirlər. Xüsusilə də, əlillik pensiyasının yenidən bərpa olunması kimi müraciətlər üstünlük təşkil edir.

Təbii ki, bu zaman Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət ünvanlayırıq və çox sevindirici haldır ki, bu müraciətlərə çevik və operativ yanaşma sərgilənir. 
Əksər dövlət qurumları mətbuatda adlarının şikayət və narazılıq kontekstində tez-tez hallanmaması, fəaliyyətsizlik və ya məsuliyyətsizlik imicinin formalaşmaması üçün məsələlərə daha diqqətlə yanaşmağa başlayıblar.

Media orqanlarında səsləndirilən tənqidlər, xüsusilə də vətəndaş narazılıqlarının işıqlandırılması bir çox hallarda problemlərin operativ şəkildə həllinə təkan verir”.

Milli.Az saytının baş redaktoru Asif Mehman həm özəl, həm də dövlət sektoru ilə bağlı şikayətlərin olduğunu söyləyib:

“Şikayətləri qruplaşdırmaq, açığı, bir az çətindir, amma ümumiləşdirmə aparsaq, belə demək olar: Dövlət qurumları arasında şikayətlər daha çox nəqliyyat, təhsil və səhiyyə ilə bağlı olur.

Digər böyük say isə özəl sektorda fəaliyyət göstərən şirkətlərlə bağlıdır. Şikayətlərin məzmunu isə daha çox yol verilən qanunsuzluqlarla bağlıdır”.

Axar.az saytının əməkdaşı Turanə Məmmədli isə bildirir ki, onlara daha çox şikayət olunan mövzulardan biri də, yol nişanları ilə bağlıdır:

“Sürücülər müraciət edərək, fəaliyyətində müəyyən maneələr olan yol nişanları ucbatından cərimələndiklərini bildirirlər. Bir neçə dəfə məsələni işıqlandırdıqdan sonra problem öz həllini tapıb.

Avtobuslarda interval problemi də az qala sosial şəbəkələrdə hər gün yazılır. Təəssüflər olsun ki, bununla bağlı da heç bir şikayət həllini tapmır.
Valideynlər tərəfindən bizə ünvanlanan ən böyük şikayətlərdən biri də odur ki, məktəblərdə dərs keçilmədiyini deyirlər. Valideynlər repetitorlara görə dərs sisteminin pozulmasından, uşaqların dərsə girməməsindən gileylənirlər. Həmçinin məktəblərdə nəzarət mexanizminin olmadığını bildirirlər.
Digər bir məsələ də ətraf mühitin baxımsızlığı ilə bağlıdır. Bir neçə dəfə yerli sakinlər yaxınlıqda yerləşən parklardakı natəmizlikdən, baxımsızlıqdan şikayətləniblər. Sorğumuza cavab verməyə söz tapa bilməyən icra hakimiyyətləri topu bir-birlərinə atdıqdan sonra bizi meriyaya yönləndirirlər. BŞİH isə çox vaxt sorğulara cavab vermir, ən yaxşı halda “baxılacaq” deyib yola verirlər”, - deyə jurnalist əlavə edib.

“1news.az”ın redaktoru Qafar Ağayev də deyir ki, müraciətlər əsasən, yollar, kommunal xidmətlər, təhsil, operativ nəqliyyat və səhiyyə və s. sahələrlə bağlı olur:

“Bizə vətəndaşlar tərəfindən müxtəlif dövlət qurumlarından daxil olan şikayətlər ünvanlanır.
Daxil olan müraciətlərə əvvəlcə özümüz baxırıq, onların nə dərəcədə əsaslı olduğunu müəyyənləşdiririk. Məsələn, vətəndaş yol hərəkəti qaydalarını pozduğu üçün DYP tərəfindən protokol tərtib olunub, lakin o, iddia edir ki, cərimə düzgün yazılmayıb. Biz məsələni araşdırdıqda görürüksə ki, protokol qanunamüvafiq tərtib edilib, bu halda aidiyyəti quruma müraciət etmirik, sadəcə vətəndaşa vəziyyəti izah edirik.

Vətəndaşlardan həmçinin yaşadıqları ərazilərə yol çəkilməsi, sənədsiz evlərin kommunal xidmətlərə qoşulması, eləcə də səhiyyə müəssisələrinin fəaliyyəti ilə bağlı şikayətlər daxil olur. Lakin araşdırılmadan, əsassız şikayət əsasında quruma müraciət etmək düzgün deyil, çünki bu halda jurnalist çətin vəziyyətdə qala bilər”.

Q.Ağayev bildirib ki, bəzi hallarda mediada işıqlandırılan problemlər həllini tapır:

“Saytımızda dərc etdiyimiz bir çox problemin sonradan aradan qaldırıldığını müşahidə etmişik. Məsələn, bu yaxınlarda Qış Parkındakı yeraltı keçidlərdə eskalatorların işləməməsi və natəmizliklə bağlı bizə çoxsaylı müraciətlər daxil olmuşdu. Əməkdaşlarımız bu barədə reportaj hazırladılar. Qısa müddət sonra həmin oxucularımız bizə məlumat verdilər ki, həm eskalatorların fəaliyyəti bərpa olunub, həm də təmizlik işləri yaxşılaşdırılıb.
Media nümayəndələri çalışmalıdırlar ki, daxil olan müraciətləri əvvəlcə araşdırsınlar, yalnız bundan sonra onları işıqlandırsınlar. Bundan başqa, bəzi vətəndaşlar aidiyyəti quruma müraciət etmədən birbaşa mediaya üz tuturlar.

Fikrimcə, bu, doğru yanaşma deyil. Əvvəlcə məsələ rəsmi qurumlara təqdim olunmalı, əgər nəticə əldə olunmazsa, ondan sonra media vasitəsinə müraciət edilməlidir”.

Oxu.Az saytının əməkdaşı Məhərrəm Əliyev daha çox mənzil-tikinti kooperativləri (MTK) və qanunsuz tikililərlə bağlı şikayətlər olduğunu söyləyib:

“Sosial sahədən yazdığım üçün bu istiqamətdə şikayətlər işləyirəm. Ən çox şikayətlər MTK-larla bağlı olur. Bir də görürsən ki, binanın ən üst mərtəbəsinə mansard artırırlar, yəni əlavə mənzil tikirlər. Yaxud da MTK-lar bir mənzili bir neçə nəfərə satır. Bununla bağlı şikayətlər olur. 
Həmçinin Bakının bəzi ərazilərinə su və işıqla bağlı şikayətlər daxil olur. Xüsusilə yağışlı havalarda işıqla bağlı şikayətlər artır. 
Poliklinikalarda növbə ilə bağlı şikayətlər çox olur. Vətəndaşlar həkim qəbuluna düşməkdə çətinlik çəkirlər. Bu da onlayn növbə sisteminin effektiv olmaması ilə bağlıdır. 
O cümlədən Bakının bəzi kəndlərində yolların vəziyyətindən narazılıqlar olur. Bu şikayətlər daha çox yağışlı günlərdə daha çox müşahidə olunur.
Bundan əlavə məktəblərdə təmizlik jalüz, fond pulu, eləcə də müəllimlər üçün pul yığılması barədə  çoxsaylı şikayətlər var. Bu şikayətlərin olmasında valideyn komitələrinin rolu böyükdür. Komitənin rəhbəri olan valideyn çalışır ki, müəllimin gözünə girsin, müəllim də onun övladına yaxşı qiymət yazsın. 
Bizim saytda işıqlandırılan materiallar bir çox hallarda həllini tapır. Buna görə də bizə müraciətlərin sayı da çox olur. Vətəndaş şikayətlərini işıqlandırdıqda bizim üçün prioritet daha ictimai xarakter daşıması ilə bağlıdır. Çalışırıq bir çox insanı narahat edən problemlərə üstünlük verək”.

Bizim.media-nın əməkdaşı Günay Şahmar da deyir ki, vətəndaşlar əsasən gündəlik problemlərdən şikayətçi olurlar:

“Nümunə üçün deyim ki, iri şəhərlərdə, xüsusilə Bakıda yaşayanlar ictimai nəqliyyatdan gileylənirlər. Bura metroda qatarlar arasındakı interval, avtobusların sayının azlığı, həmçinin köhnə avtobuslar daxildir. Gediş haqqı son 3 ildə bir neçə dəfə artsa da, avtobus zolaqları çəkilsə də keyfiyyətdəki artımı görmədiklərini deyirlər. 8-9 saatını işdə keçirən biri yolların da yükünü daşımaq istəmir. Yəni paytaxt sakinləri ictimai nəqliyyata cavabdeh qurumlardan narazıdırlar.

Parklanma ilə bağlı da xeyli sayda narazılıq mövcuddur.

Şikayətlərin xeyli hissəsi də xəstəxanalarla bağlıdır. İnsanlar tibbi sığortanın tətbiqindən razılıq etsələr də, xəstəxanalardakı növbələr onları razı salmır. Ağrı ilə əlləşdikləri vaxtda gərginlik, stres keçirir, vaxt itirirlər. Dərman qiymətlərinin baha olması və tez-tez hansısa dərmanın tapılmaması da şikayətlər arasındadır.

Təhsil sahəsindəki şikayətlər iki cür olur, hamının müəyyən vaxtlarda kütləvi şikayəti, yəni şagird yerdəyişməsi, dərsliklərin keyfiyyəti, repetitora ehtiyac və s. Bir də fərdi şikayətlər, yəni hansısa valideyn övladının oxuduğu məktəbdə müəyyən haqsızlıqla qarşılaşır və mətbuata üz tutur.
Biz, əlbəttə, bütün problemlərin həll olunmasını istəyirik, yazıldıqdan sonra həllini tapan problemlər qədər də həssas yanaşılmayan problemlər var”.

Billurə Yunus
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 Oktyabr 2025 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see242

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see221

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see187

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see147

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

22 Noyabr 2025 10:49see138

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see136

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see136

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see133

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see132

Naxçıvanda yol qəzası olub, 4 nəfər xəsarət alıb

22 Noyabr 2025 19:20see128

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see127

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see124

Ən nadir 5 pişik cinsi

23 Noyabr 2025 03:03see124

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see124

Qırğızıstanın sabiq prezidentinin oğlu SAXLANILDI

22 Noyabr 2025 23:03see124

Ləzizbəy üç il “dincələcək”

23 Noyabr 2025 00:57see123

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see122

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see121

Yemək zamanı video izləmək VƏRDİŞİ Hansı psixoloji problemlərin GÖSTƏRİCİSİDİR?

23 Noyabr 2025 20:01see121

Ukrayna Rusiyanın əsas mövqelərinə zərbələr endirdi Əməliyyat kadrlarlı

23 Noyabr 2025 20:06see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri