Onlayn alış verişdə vətəndaşlar ən çox hansı problemlərlə üzləşir?
Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Son illərdə onlayn alış-verişə marağın artması ilə yanaşı, istehlakçıların qarşılaşdığı problemlər də gündəmə gəlir.
AZXEBER.COM xəbər verir ki, vətəndaşların əsas şikayətləri sifariş edilən məhsulun təqdim olunan görüntüdən fərqli olması, keyfiyyətsiz və ya qüsurlu məhsul göndərilməsi, gecikmiş çatdırılma və ödənişlə bağlı məsələlərlə əlaqələndirilir.
Bəzi hallarda isə alıcı məhsulu geri qaytarmaq və ödədiyi vəsaiti geri almaqla bağlı çətinlik yaşayır. Xüsusilə sosial şəbəkələr üzərindən fəaliyyət göstərən bəzi səhifələrdə satıcının hüquqi məlumatlarının tam təqdim edilməməsi istehlakçı üçün əlavə risk yarada bilər.
Digər problem isə saxta kampaniya və endirimlərdir. Məhsulun əvvəlki qiymətinin süni şəkildə artırılaraq daha sonra "böyük endirim” adı ilə təqdim edilməsi alıcının real qiyməti müəyyənləşdirməsini çətinləşdirə bilər.
Mütəxəssislər onlayn alış-veriş zamanı satıcının məlumatlarının, məhsulun xüsusiyyətlərinin, çatdırılma və geri qaytarma şərtlərinin əvvəlcədən yoxlanılmasını tövsiyə edirlər. Həmçinin ödəniş qəbzinin, sifariş məlumatlarının və satıcı ilə yazışmaların saxlanılması sonradan yarana biləcək mübahisələr zamanı əhəmiyyətli ola bilər.
Şahanə Ziyad
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 24 Avqust 2026 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















