Icma.az
close
up
RU
Vətəndaşlar tibbi arayış almaq üçün zülm çəkir

Vətəndaşlar tibbi arayış almaq üçün zülm çəkir

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Bu nə sistemdir yaratmısınız?"


Adil Qeybulla: "Bütün vətəndaşların sağlamlıq haqqında məlumatları ümumi bir proqramda olmalıdır ki, arayış vermək proseduru asanlaşsın"


Tədris ili boyunca valideynlər də, uşaqlar da, məktəblilər də min-bir əziyyət çəkir. Uşaq bağçasına, məktəbə qəbul üçün elektron müraciətlə başlanan həngamə, qəbul, “KSQ”, “BSQ”, summativlər, əlavə testlərə, vəsaitlərə xərcələnən pullar, müəllimlərə, direktora alınan hədiyyələr, sınaq imtahanları, buraxılış imtahanları, qəbul imtahanları, ixtisas seçimi, yerləşdirmə kimi ağrılı-acılı mərhələlər, sonunda isə poliklinika dəhlizlərində var-gəl etmək!.. Söhbət orta ümumtəhsil, eləcə də ali məktəblərə qəbul olunanların tibbi arayış almaq məşəqqətindən gedir. Hamı bu prosesdən bezardı. Həmkarımız Ramilə Qurbanlı bununla bağlı sosial şəbəkə hesabında status paylaşıb. Ərazi üzrə poliklinikada nə cür əziyyət görübsə, dilə gəlib. Acınacaqlı vəziyyətin aradan qaldırılmasına çağırış edib: 

- Özümə görə yazmıram, mən aldım, amma bu cür davam etməz, edə bilməz, insanlara etdiyiniz bu zülmlə siz də davam edə bilməzsiniz! Sizə TƏBİB-dən söz açım. Uşağa sağlamlıq haqqında arayış almaq üçün 3 poliklinikaya, 20 həkimə baş çəkməli oldum. Birində analiz-filan verdik,  göndərdilər ikinciyə ki, sistemə orada vurulmalıdır. Gedib orda həkimlərdən də keçməli idik, getdik, birindən keçdik, ikincidən, üçüncü üçün dedilər üçüncü xəstəxanaya getməlisiniz. Tüstülənmədimmi? İşdən 1 saatlıq icazə almışam, çünki uşaq özü o qədər məsafəni ictimai nəqliyyatla bir günə qət edə bilməz. Biri şəhərin bir başında, digəri o biri, üçüncü daha da uzaq. Bir sağlamlıq arayışı üçün daha nə qədər məsafə qət etməli, neçə kabinetə girib, nə qədər həkimlə cəhləşməliyik? Biri deyir indi əlimdə işim var, günortadan sonra gəl, o biri ümumiyyətlə yerində yoxdur. Sahə poliklinikasına gedib 20 manat verib bir dəqiqənin içində həll etdiyim vaxtlar üçün qəribsədim. Bu nə sistemdir yaratmısınız? Məqsədiniz nədir? Niyə öz poliklinikamızdan ala bilmirik bu arayışı? Niyə məzuniyyətdə olan həkimi əvəz edən yoxdur, biz niyə əziyyət çəkməliyik? Sistem niyə hər bir poliklinikanın özündə deyil? Uşaq qəbul alıb, getməlidir, vaxt dardır, amma günlərlə arayış arxasınca qaçmalıdır? Mən jurnalist olduğum üçün yaxşı adamlar çox sağ olsunlar, köməklik etdilər, həkimləri səfərbər edib süründürməçiliyin qarşısını aldılar, bəs, binəva millət necə eləyir, neçə günə, hansı zülmlərlə alır o arayışı? Yazıq deyilmi insanlar? Xəbəriniz varmı, o sistem əlindən həkimlər özləri intiharlıq olublar? Hamı boğaza yığılıb. Qanun belədir deyə işlətdiyiniz bu nə sistemdirsə, özünü doğrultmur, ziyanlıdır, niyə sırıyırsınız bizə? Bir sağlamlıq arayışına görə uşaqlı-böyüklü əsəb sistemimiz sıradan çıxacaqsa..., üzrlü sayın, heç kimə lazım deyil o sistem. Zəhmət çəkin, dəyişin qaydalarınızı, yaratdığınız sistem insanların sağlamlığına və rahatlığına xidmət etsin, asanı qəlizləşdirib "hər şey sizin məmnuniyyətiniz üçün" deməklə gözdən pərdə asmayın!”.

Həmkarımızın statusuna yazılan rəylərdən də görünür ki, vətəndaşlar poliklinikalarda tibbi arayış almaq üçün olmazın əziyyət çəkirlər: 

Rumiyyə Miraslan: İndi də 20 manata görə o qədər çərlədirlər. Pul verməyənə düşmən kimi baxırlar.

Ramilə Qurbanlı: Məncə, elə onun üçün edirlər ki, keçirsinlər pulluya.

Sevda Həsənova: Ona görə də adamlar bezir hər şeydən. Təsəvvür elə ki, heç kimi olmayan xəstəyə münasibət necədir...

Sevinc Elsevər: 2 günə aldım. Axırda məlum oldu ki, portala yükləmək lazım deyilmiş. Belə tələb çıxmadı) Birinci gün səhər 9-dan saat 1-ə kimi dedilər sistem çöküb. O qədər gözlədik, həkimlərin bir çoxunun iş saatı bitdi, çıxıb getdilər. Nəticədə ertəsi günümüz də poliklinikada keçdi. Məcbur qalmasam dövlət xəstəxanasına getmirəm o sistemin ucbatından. Pulun varsa get həkimə, yoxdursa zülm çək. Nəticə budur. 

Sevinc Mikayılova: Poliklinikalarda gedəcəyin həkim üçün çek almalısan, elə sıx növbə olur ki, sistemləri də dəqiqə başı donur, həm vaxt gedir, həm əsəb, həm də hərədən bir virus yoluxur. Cavabdeh şəxslər xəbərdar olsalar da, saat altı olan kimi beyinlərini söndürüb hər şeyi unudurlar. Yəqin ki, güclü kompüter yerinə zəiflərini alıb paylaşdırıblar, güclü proqramın yerinə zəifini otuzdurdular, qazandıqlarını da çoxdan udublar. Vəssalam! Qəbiristanlıqdakı ölü də geri qayıtmaz. Dəyişməyəcək. Olan da bizə olur. Getdikcə hər bir işdə geriləyirik.

Arzu Qaziyeva: TƏBİB özü ləğv olunmalıdır. “Bir qızın iki adaxlısı” ola bilməz. Ya Səhiyyə Nazirliyi qalsın, ya da TƏBİB. 

Terane Nuri: Adı bir həkim məsləhətinə görə saatlarla növbələrdə dayanırsan. O qədər analizlərə göndərirlər. Hərəsi də bir dərədə. Hamısında da növbə. 

Aləsgər Vəlizadə: Belə edirlər ki, 20 manatı yalvara-yalvara verəsiz.

İlhamə İsabalayeva: Arayış almaq məsələsini həqiqətən çox bezdirici ediblər. İş düşünülmüş şəkildə təşkil edilməyib, prosesi getdikcə asanlaşdırmaq əvəzinə daha da çətinləşdiriblər.

Dilavər Nəcəfov: Düzəlməyəcək də...

Asim Məmmədov: Qəbələdə iki nəvəm (biri Bakı qeydiyyatında olmaqla) çox asanlıqla bir günə bütün yoxlanışlardan keçdilər,səhərə bircə qan analizinin cavabı qaldı, ədalət naminə deməliyəm ki, heç bir pul və süründürməçilik söhbəti olmadı.

Aynur Xan İsmayılova: İndi görün ki, “şəkərə” görə hər ay iynə-dərman üçün nə əziyyətlər çəkirik. Hər ay belədir. Səhər çıx, axşam beşdə qayıt… 

Reyhan Rəsul: Adını "mərkəzləşdirilmiş xəstəxana" qoyub, həkimləri 3-4 yerə səpələmek de yeni taktikadir.

Gülüstan Əkbər: İstər arayış, istər sağlamlığımıza görə həkim müayinəsinə düşmək, indi dəhşətlidir. Məzuniyyətə çıxandan həkimə getmişəm, 2 günə həkimin qəbuluna düşmüşəm 1 günə analiz vermək üçün növbə. Amma hələ də aparata düşmək üçün 16 gündür gedirəm, səhər 9-dan sıralama mənə çatanda deyirlər 30 nəfər bitdi.

Elnarə Ağaoğlu: İlkin hərbi qeydiyyatdan keçmək üçün Abşeron Xəstəxanası ilə Ailə Sağlamlıq Mərkəzi arasında var-gəl etdik günlərlə. Oxşar hadisə yaşamışıq, dəhşətdir. 

Kamil Mustafayev: Nə işləyir ki, TƏBİB də işləsin?!

Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybulla “Şərq”ə açıqlamasında qeyd etdi ki, arayış sistemi formal olaraq qalmaqdadır. Xeyli də problem yaradır insanlara. Tibbi arayışların verilməsi üçün elektronlaşdırılmış sistem lazımdır. Sağlamlıq arayışı hər bir vətəndaşın tibbi məlumatları, "Check-up" (çekap) müayinə məlumatları  sistemə yüklənməli, elektron sistemdə yerləşdirilməlidir. Bizdə səhiyyə sistemə çevrilə bilməyib hələ. Bütün vətəndaşların sağlamlıq haqqında məlumatları ümumi bir proqramda olmalıdır ki, arayış vermək proseduru asanlaşsın. Problem nə qədər ki var, poliklinikalarda da, xəstəxanalarda da belə xoşagəlməz hallar yaranır, süründürməçilik davam edir və  vətəndaşların haqlı narazılığına səbəb olur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Sentyabr 2025 03:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri