Icma.az
close
up
RU
İcbari Tibbi Sığorta xidmətləri vətəndaşlar üçün daha əlçatan olacaq

İcbari Tibbi Sığorta xidmətləri vətəndaşlar üçün daha əlçatan olacaq

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gəncə şəhərində media nümayəndələri üçün "İcbari tibbi sığorta sisteminin işləmə prinsipləri və tibbi xidmətlərin təşkili" mövzusunda təlim keçirilib. XQ-nin verdiyi məlumata görə, təlim  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən təşkil olunub. Agentliyin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli çıxış edərək bildirib ki, icbari tibbi sığorta ölkədə tibbi xidmətlərə çıxışı təmin edən sosial təminat mexanizmidir: “İxtisaslaşdırılmış tibbi xidmətlərin Xidmətlər Zərfi ilə əhatə olunması vətəndaşların daha geniş spektrdə xidmətlərdən yararlanmasına imkan verir. Əsas məqsəd yalnız xidmət çeşidini artırmaq deyil, həm də bu xidmətlərin ölkə üzrə bərabər şəkildə əlçatanlığını təmin etməkdir. İcbari tibbi sığorta təkcə maliyyə mexanizmi deyil. Sığorta vətəndaşın sağlamlığının qorunmasında onun yanında olan və tibbi yardıma çıxışı təmin edən sistemdir. Bu gün sığorta mexanizmi tibb müəssisələrində xidmət keyfiyyətinin yüksəldilməsinə, həkimlərin peşəkar inkişafına və ən əsası vətəndaşın vaxtında, əlavə maliyyə yükü olmadan müalicə almasına şərait yaradır".

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova  keçirilən təlimdə bildirib ki, cari ilin ilk 10 ayı ərzində 4 milyon 800 mindən çox vətəndaş, yəni əhalinin 50%-i icbari tibbi sığortadan yararlanıb: “Bu müraciətlər üzrə ümumilikdə 77 milyondan çox tibbi xidmət göstərilib. Bu, bizim üçün həm xidmət yükünü, həm də vətəndaşların sistemə olan inamını göstərən mühüm rəqəmlərdir.

Qeyd edim ki, ötən ilin eyni dövrü ilə müqayisədə də artım müşahidə olunur. Keçən il ilə müqayisədə müraciətlərin sayında 4%, xidmətlərin sayında isə 12% artım olub. 

Ötən ilin ilk 10 ayı ilə müqayisədə bu ilin ilk 10 ayında həm əməliyyatların, həm də prosedurların sayında 5% artım olub. Bu artım tibbi xidmətlərə olan əlçatanlığın yüksəldiyini göstərir.

Dövlət tibb müəssisələrində ən çox icra olunan əməliyyatlara gəldikdə isə bir neçə istiqamət ön plana çıxır. Bunlar əsasən ginekoloji, uroloji və oftomoloji əməliyyatlardır. 

Əməliyyatların ən çox icra olunduğu tibb müəssisələri arasında Sabunçu Tibb Mərkəzi, Sumqayıt Tibb Mərkəzi, Yeni Klinika, Gəncə Birləşmiş Şəhər Xəstəxanası və Mərkəzi Neftçilər Xəstəxanası yer alır”.

Sonra, Agentliyin monitorinq şöbəsinin baş məsləhətçisi Kamran İbrahimov, TƏBİB-in ixtisaslı tibbi xidmətin təşkili departamentinin rəhbəri Nəzrin Mustafayeva, TƏBİB-in tibbi sığorta departamentinin rəhbəri Səbinə Quliyeva, TƏBİB-in ictimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova və başqa nümayəndələr də çıxış ediblər. Vətəndaşların ixtisaslaşmış tibbi xidmətlərə yönləndirilməsində göndəriş sisteminin düzgün tətbiqinin vacibliyindən danışıblar.

Qeyd olunub ki, göndəriş mexanizmi yalnız xəstənin ixtisaslaşmış xidmətdən istifadəsini təmin etmir, eyni zamanda tibbi resursların səmərəli bölüşdürülməsi və sistem üzrə vahid qərarvermənin formalaşmasına xidmət edir. Həmçinin o da diqqətə çatdırılıb ki, bu ilin ilk üç rübündə 147 tibb müəssisəsi üzrə 699 monitorinq aparılıb. Monitorinqlər əsasən vətəndaşların tibb müəssisələrinə qəbulu və qeydiyyatının təşkili, laboratoriya xidmətlərinin fəaliyyəti, eləcə də sığorta çərçivəsində tibbi xidmətlər üçün göndəriş vərəqələrinin verilməsi prosesinin düzgün icrası istiqamətlərini əhatə edib. Təlim sual-cavab sessiyası ilə yekunlaşıb.

Fidan SALMANOVA
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Noyabr 2025 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri