Icma.az
close
up
RU
“Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur” Rəsmi

“Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur” Rəsmi

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sosial şəbəkələrdə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin (AEM) adından istifadə edilməklə vətəndaşları aldatmağa yönəlmiş saxta məlumatlar və sənədlər yayılır. 

Bu barədə Hurriyyet.Media  Mərkəzdən məlumat verilib. 

Qeyd olunub ki, həmin məlumatlarda guya AEM-in hansısa "Sandoz Pharma Departamenti" ilə birgə fəaliyyət göstərdiyi, "barkodçu" vəzifəsinə işçi qəbulu apardığı və namizədlərin məlumatlarının AEM-in daxili reyestrində qeydiyyata alındığı iddia olunur: “Tam məsuliyyətlə bildiririk ki, bu məlumatlar həqiqəti əks etdirmir və saxtadır.

Yayılan saxta sənədin sonunda guya "Analitik Ekspertiza Mərkəzi Sandoz Pharma Departamentinin İnsan Resursları Departamentinin Etibar Abdalov" adlı şəxsin imzası göstərilib. Bildiririk ki, AEM-də Etibar Abdalov adlı şəxs çalışmır. Bundan əlavə, sənəd avqustun 2-də yayılsa da, onun üzərində "03.08.2026" tarixi qeyd olunub. Bu ziddiyyət sənədin saxta olduğunu açıq şəkildə göstərir”.

Açıqlamada həmçinin qeyd olunub ki, bundan başqa, işə qəbul adı altında vətəndaşlarla əlaqə saxlayan şəxs özünü "Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin tabeçiliyində fəaliyyət göstərən Sandoz Pharma şirkətinin İnsan resursları üzrə baş koordinatoru Fariz Heydərov" kimi təqdim edir və vətəndaşdan guya "müqavilə rekvizitlərinin rüsumu" adı ilə müəyyən bank hesabına pul köçürməsini tələb edir: “Bir daha bildiririk ki, Analitik Ekspertiza Mərkəzinin tabeliyində nəinki "Sandoz Pharma", ümumiyyətlə heç bir özəl şirkət fəaliyyət göstərmir;

AEM belə ad altında işə qəbul aparmır;

AEM tərəfindən işə qəbul zamanı heç bir ödəniş tələb edilmir;

Vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur.

Həmçinin sosial şəbəkələrdə yayılan "barkodçu" vəzifəsi ilə bağlı məlumatlar da həqiqəti əks etdirmir.

Məlumat üçün bildiririk ki, Analitik Ekspertiza Mərkəzi dərman vasitələrinə xətti barkod (GTIN/EAN) vermir.

GTIN (Global Trade Item Number) məhsulun beynəlxalq identifikasiya nömrəsidir və istehsalçı və ya qeydiyyat vəsiqəsinin sahibi tərəfindən GS1 beynəlxalq standartları əsasında əldə edilir. Başqa sözlə, GTIN və xətti barkod AEM tərəfindən deyil, məhsulu istehsal edən və ya qeydiyyatdan keçirən şirkət tərəfindən rəsmiləşdirilir.

GS1 məhsulların beynəlxalq identifikasiyası üçün standartlar hazırlayan qeyri-kommersiya təşkilatıdır. Bu standartlar məhsulların bütün təchizat zənciri boyunca izlənilməsinə və məlumat mübadiləsinin vahid qaydada aparılmasına xidmət edir.

Analitik Ekspertiza Mərkəzinin tətbiq etdiyi Dərman vasitələrinin təqib və izləmə sistemi çərçivəsində isə dərman vasitələrinin hər bir satış qablaşdırması üçün DataMatrix identifikasiya kodu formalaşdırılır. Bu kodun tərkibində GTIN, unikal seriya nömrəsi, partiya (lot) nömrəsi və son istifadə tarixi yer alır. Məhz bu məlumatlar dərman vasitələrinin istehsaldan son istehlakçıya qədər hərəkətinin izlənilməsinə, saxta dərman vasitələrinin dövriyyəsinin qarşısının alınmasına və təchizat zəncirində şəffaflığın təmin edilməsinə imkan verir”.

AEM-dən əlavə edilib ki, dərman vasitələrinə GTIN (xətti barkod) AEM tərəfindən deyil, beynəlxalq GS1 standartlarına uyğun olaraq istehsalçı və ya qeydiyyat vəsiqəsinin sahibi tərəfindən verilir. AEM-in səlahiyyətlərinə dərman vasitələri üçün xətti barkodun verilməsi aid deyil: “AEM vətəndaşlara bir daha müraciət edərək bildirir ki, işə qəbul, ödəniş və ya digər rəsmi prosedurlarla bağlı yalnız Mərkəzin rəsmi məlumatlarına etibar etsinlər, naməlum şəxslərin göndərdiyi sənədlərə və ödəniş tələblərinə inanmasınlar, heç bir halda şəxsi məlumatlarını və pul vəsaitlərini üçüncü şəxslərə təqdim etməsinlər.

Faktla bağlı Analitik Ekspertiza Mərkəzi tərəfindən müvafiq dövlət strukturlarına müraciət ediləcək və qanunvericiliyə uyğun olaraq zəruri hüquqi tədbirlər görüləcək.

Analitik Ekspertiza Mərkəzi vətəndaşlara xatırladır ki, rəsmi işə qəbul elanları yalnız Mərkəzin rəsmi internet səhifəsi və rəsmi sosial media hesabları vasitəsilə yayımlanır”.




Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 23 Avqust 2026 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see360

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see340

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see333

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see282

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see278

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see268

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see252

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see243

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see243

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see240

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see235

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see229

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see225

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see218

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see210

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see209

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see207

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see206

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see204

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri