Icma.az
close
up
RU
Vətəndaşların çoxu bu xidmətin pulsuz olduğundan xəbərsizdir Detallar

Vətəndaşların çoxu bu xidmətin pulsuz olduğundan xəbərsizdir Detallar

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son zamanlarda şəcərə araşdırması üçün Milli Arxiv İdarəsində müraciət məsələləri təkrar gündəmə gəlib. Artıq soy araşdırması etmək istəyənlərin sayının getdikcə artdığı bildirilir.

Məlumata görə, arxiv sistemində təqdim olunan xidmətlərin əksəriyyəti pulsuzdur. Yalnız bəzi istisna hallarda, məsələn, sənədin surəti və ya onunla bağlı arayış tələb olunduqda ödəniş zərurəti yaranır. Hər kəs bura müraciət edərək müəyyən sənədlər əsasında soy-kökünü araşdıra bilər.

Ümumiyyətlə, Milli Arxiv İdarəsindəki məlumatların dəqiqliyi, obyektivliyi nə dərəcədə güvənilirdi? Kimsə öz şəcərəsi haqda məlumatları inandırıcı saymasa,  bununla razılaşmasa, apelyasiya vermək, yeni araşdırma tələb etmək haqqına sahibdirmi?

Globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, Azərbaycanda dövlət arxivləri vətəndaşların şəxsi və ictimai maraqlarına xidmət edən mühüm hüquqi institutlardan biridir:

“Şəcərə araşdırması prosesi ilk baxışda sırf tarixi-mədəni xarakter daşısa da, əslində mülki, miras və inzibati hüquq ilə birbaşa bağlı olan məsələdir. Bu səbəbdən, mövcud normativ-hüquqi aktların analitik baxışla təhlili vacibdir. Şəcərə araşdırmasının hüquqi əsası bir sıra qanunvericilik aktları ilə müəyyən olunub. Konstitusiyanın 50-ci maddəsi hər kəsin informasiya əldə etmək hüququnu təsbit edir.

Azərbaycan Respublikasının Arxiv Fondu haqqında” Qanun dövlət arxivlərində saxlanılan sənədlərdən vətəndaşların istifadəsi hüququnu, “İnformasiya əldə etmək haqqında” Qanun vətəndaşın informasiya əldə etmək mexanizmlərini, “Vətəndaşların müraciətləri haqqında” Qanun dövlət orqanlarının cavablarının apelyasiya olunması imkanını təmin edir. “İnzibati icraat haqqında” Qanun isə inzibati orqanların aktlarının, hərəkət və ya hərəkətsizliyinin apelyasiya qaydasını müəyyən edir. Sadaladığım normativ baza göstərir ki, şəcərə araşdırması yalnız arxiv xidməti deyil, həm də inzibati hüquqi münasibət xarakteri daşıyır”.


Ellada Bayramova 

Hüquqşünasın sözlərinə görə, vətəndaş şəcərə araşdırması ilə bağlı müəyyən hüquqlara malikdir:

“Vətəndaşlar arxiv sənədlərindən çıxarış və məlumat əldə etmək, əlavə sənədlərin nəzərə alınması ilə yeni araşdırma aparılmasını tələb etmək hüququna sahibdirlər. Habelə şikayət və apelyasiya hüququ – arxiv orqanının qərarı, hərəkəti və ya hərəkətsizliyindən yuxarı instansiyaya müraciət edə bilərlər. Bundan əlavə, inzibati məhkəməyə iddia ərizəsi ilə müraciət etmək də mümkündür.

Apelyasiya və məhkəmə mübahisələri əsasən iki istiqamətdə cəmlənir:

– inzibati aktın qanunauyğunluğu – arxiv idarəsinin verdiyi cavabın, yəni şəcərə barədə təqdim edilən məlumatın düzgünlüyü;

– inzibati hərəkətsizlik – arxiv orqanının müraciəti vaxtında araşdırmaması, vətəndaşın təqdim etdiyi əlavə sübutları nəzərə almaması”.

E.Bayramova əlavə edib ki, İnzibati Prosessual Məcəllənin (İPM) 52-ci maddəsinə əsasən, sübutetmə yükü inzibati orqanın, yəni arxiv idarəsinin üzərinə düşür:

“Şəcərə mübahisələrində sübutların toplanması və təqdim olunması xüsusi əhəmiyyət kəsb edir. İPM-nin 75-ci maddəsinə görə, bütün sübutlar məhkəmə vasitəsilə tərəflərin iştirakı əsasında araşdırılmalıdır. İnzibati aktın verilməsi və ya hərəkətsizlikdən şikayət üçün ümumi müddət 30 gündür. Bu müddət ərzində şikayət edilmədikdə, yalnız məhkəmə qaydasında hüququn bərpası mümkündür.

Hüquqi dövlət prinsipi tələb edir ki, heç bir inzibati qərar vətəndaşın etirazı və sübutları nəzərə alınmadan yekun həqiqət kimi qəbul edilə bilməz”.

Ləman İmran
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Avqust 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see344

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see247

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see211

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see204

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see190

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see188

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see162

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see159

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see158

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see152

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see145

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see142

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see142

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see140

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see140

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see140

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see138

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see136

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see135

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri