Icma.az
close
up
RU
Vətəndaşların diqqətinə: Bu tarixdə səfər etməyin

Vətəndaşların diqqətinə: Bu tarixdə səfər etməyin

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Xəbər verildiyi kimi, bu gün qarlı hava şəraiti ilə əlaqəli olaraq 15 nəfər xəsarət alıb. Səhiyyə nazirliyindən verilən məlumata görə, yaralanan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub. İki nəfərə cərrahi müalicə tətbiq olunub.

Bu cür hadisələrdən necə qorunmaq olar?

Globalinfo.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib ki, əlverişsiz hava şəraitində istər nəqliyyat vasitəsi ilə, istərsə də piyada hərəkəti zamanı təhlükəsizlik məsələləri nəzərə alınmalıdır:

“Şaxtalı havalarda, buzlu yollarda səfər etmək vacib deyilsə, bunu fərqli zamana planlamaq daha yaxşı olardı. Avtomobillərin qış mövsümünə, xüsusilə də qarlı havalara həm texniki, həm də sürücünün peşəkarlığı baxımından hazır olması vacibdir. Ehtiyac olmadığı təqdirdə maşından istifadəni təxirə salmaq olar. Piyadalar isə xüsusilə düzgün ayaqqabı seçimi etməli, sürüşmə riski olan yerlərdən ehtiyatlı keçməlidirlər. Bunlar pilləkanlar, səkilər və məhz hərəkət yolu ola bilər”.

Elmar Nurəliyev

Ekspert valideynlərə də müraciət edib:

“Uşaqları nəzarətsiz qoymaq olmaz. İstər oyun oynayarkən, istərsə də səfər zamanı valideynlər diqqət etməlidirlər. Vətəndaşlar qarlı havanın yarada biləcəyi təhlükələri nəzərə almalı və işlərini buna uyğun qurmalıdırlar”.

Qeyd edək ki, fevralın 21-dən sonra isə hətta gündüz saatlarında temperaturun 0 dərəcədən aşağı olması, yolların buz bağlaması gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, qeyri-sabit hava şəraiti 5 gün ərzində davam edəcək və bu, qışın ən uzunmüddətli soyuq dövrü olacaq.

Əliyar Xəlil
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Fevral 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri