Icma.az
close
up
RU
Vətəndaşların diqqətinə Bu yolla ucuz ev almaq olar

Vətəndaşların diqqətinə Bu yolla ucuz ev almaq olar

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakıda daha 150 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edib. Bildirilib ki, mənzillərin yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 954 manatdan başlayır.

Kirayə mexanizmi ilə mənzil satışı ölkədə daşınmaz əmlak bazarına necə təsir edir? Bu model qiymətlərin sabitləşməsinə kömək edir, yoxsa bazarda süni qiymət artımı yaradır?

Globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib ki, İpoteka və Kredit Zəmanət Fondunun təqdim etdiyi kirayə mənzillər vətəndaşlara sərf edir:

“Sözügedən sosial layihə vətəndaşların şəraitini yaxşılaşdırmaq üçün həyata keçirilir. Demək olar, İpoteka və Kredit Zəmanət Fondu hər il Bakı və 9 iri şəhərlərdə ictimai sorğu keçirir. Buna əsasən, tələb təyin edilir. Nəticəyə uyğun olaraq, qurum açıq bazarda olan tikinti şirkətlərindən kütləvi şəkildə təmirli mənzillər alır. Sonra isə həmin evləri vətəndaşlara uzunmüddətli kirayə qiymətinə təklif edir. Əgər ipoteka üçün vətəndaş ilkin 15-20 faiz ödəniş etməlidirsə, bu, ən azı 15-20 min manat deməkdir. Kirayə mexanizmi ilə Bakıdan bir az kənarda 12 ayın pulunu öncədən ödəmək daha əlverişlidir. Bundan başqa, vətəndaş ödəniş etdiyi müddət ərzində kirayə qiyməti dəyişmədən qalır. Ümumiyyətlə, kirayə mexanizmi çərçivəsində  satışa çıxarılan mənzillərin sayı çox olmadığına görə ümumi bazarın 1-2 faizini təşkil etmir”.

Elnur Azadov

Ekspert bildirib ki, son illərdə tikinti şirkətlərinin aktivliyi azalıb, binaların sayı məhdudlaşıb:

“Qiymətlər çox bahalaşdığına görə İKZF bazarda ucuz mənzillər tapa bilmir. Nəticədə dövlət və fondun vəsaiti bura yönəldilir. Bazarda təklif çox olsa, tikinti şirkətləri aktivləşsə, seçimlər artardı. Lakin indi fondla əməkdaşlıq edən təşkilatlar da azdır. Yəni seçim az, qiymət nisbətən yüksəkdir”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 May 2025 07:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri