Vətəndaşların rəqəmsal bacarıqlarını artırmaq üçün maarifləndirmə aparılır
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 8 may, AZƏRTAC
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi tərəfindən əhalinin rəqəmsal bilik və bacarıqlarının artırılması məqsədilə maarifləndirmə tədbiri keçirilib.
Bu barədə AZƏRTAC-a DOST Agentliyindən məlumat verilib.
Bildirilib ki, Qarabağ Regional DOST Mərkəzində keçirilən tədbirdə DOST Agentliyinin, Bərdə Rayon İcra Hakimiyyətinin, dövlət və özəl qurumların, eləcə də yerli vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri iştirak ediblər.
Təlimə əsasən pensiya yaşına çatmış və pensiya yaşına yaxınlaşan vətəndaşlar cəlb olunublar.
Tədbirdə çıxış edənlər bu cür maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, dövlət xidmətlərinin elektronlaşdırılması və rəqəmsal həllərin gündəlik həyatda daha geniş tətbiqi əhali arasında rəqəmsal bacarıqların artırılmasını zəruri edir.
Təlim zamanı iştirakçılara SİMA rəqəmsal imza vasitəsilə qeydiyyat prosesi, elektron qaydada pensiya müraciətinin edilməsi, rəqəmsal bankçılıq xidmətlərindən istifadə, eləcə də sosial mühəndislik üsulları ilə həyata keçirilən rəqəmsal dələduzluq hallarından qorunma yolları barədə məlumat verilib. Təlimlər Qarabağ Regional DOST Mərkəzinin mütəxəssisləri tərəfindən həyata keçirilib.
Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Daha sonra tədbir iştirakçıları DOST Yaradıcılıq və İnkişaf Mərkəzinin Qarabağ DOST Evi ilə tanış olublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 08 May 2026 17:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















