Vətəndaşlıq üçün 30 il yaşamaq MÜTLƏQDİR: Avropanın ən qapalı ölkəsi
News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yüksək həyat standartları, sabit iqtisadiyyatı və sakit dağ mənzərələri ilə tanınan Lixtenşteyn, vətəndaşlıq almaq istəyənlər üçün olduqca sərt şərtlər qoyur. Avstriya, İsveçrə və Lixtenşteyn üçbucağında yerləşən bu kiçik Avropa dövləti, qanunlarına əsasən vətəndaşlıq üçün 30 il fasiləsiz yaşayış tələb edir.
News24.az xəbər verir ki, cəmi 150 km² ərazisi və 39.850 nəfərlik əhalisi olan Lixtenşteyn, yüksək bankçılıq sektoru ilə dünya maliyyə mərkəzlərindən birinə çevrilib. Borcsuz iqtisadiyyatı ilə seçilən ölkə, Avropanın ən kiçik və ən zəngin dövlətlərindən biridir.
Ancaq vətəndaşlıq almaq asan deyil. Yalnız nadir hallarda – məsələn, yerli bələdiyyələrin icazəsi, evlilik və ya ortaq uşağa sahiblik halında bu müddət 5–10 ilə endirilə bilər. Amma bütün hallarda ikiqat vətəndaşlığa icazə verilmir — Lixtenşteyn yalnız öz vətəndaşlığını tanıyır.
Vətəndaşlığı avtomatik qazanmağın yeganə yolu isə valideynlərdən birinin Lixtenşteyn vətəndaşı olmasıdır. Doğum yeri fərq etmədən, bu halda uşaq birbaşa vətəndaş hesab olunur.
Xeyrənsə Piriyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 18 İyul 2025 20:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















