Icma.az
close
up
RU
Avropanın ən zəngin ölkəsi bəlli oldu

Avropanın ən zəngin ölkəsi bəlli oldu

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Dünya iqtisadiyyatı deyildikdə ilk növbədə ABŞ və Çin yada düşsə də, bu iki nəhəngdən dərhal sonra gələn ölkə Asiyada və ya Şimali Amerikada deyil, Avropada yerləşir.

"Cebheinfo.az" xəbər verir ki, son məlumatlar Avropanın ən zəngin ölkəsinin açıq fərqlə Almaniya olduğunu aydın şəkildə göstərir.

“World Population Review” platformasının 2026-cı il məlumatına görə, Almaniyanın ümumi daxili məhsulu (ÜDM) 4,74 trilyon dollar səviyyəsindədir.

Bu rəqəm İngiltərə, Portuqaliya və Yunanıstanın birlikdə malik olduğu iqtisadi böyüklüyü belə geridə qoyur.
Avropanın ən böyük iqtisadiyyatları:

*Almaniya: 4,74 trilyon dollar

*İngiltərə: 3,84 trilyon dollar

*Fransa: 3,21 trilyon dollar

*İtaliya: 2,42 trilyon dollar

“Rusiya: 2,08 trilyon dollar.

Siyahının aşağı pillələrində yer alan Portuqaliya 321 milyard dollar, Yunanıstan isə 267 milyard dollar ÜDM-ə malikdir.
Bu da Almaniyanın təkbaşına İngiltərə və bu iki ölkənin cəmi iqtisadiyyatından daha böyük olduğunu göstərir.

Almaniyanın iqtisadi gücünün əsasını inkişaf etmiş və şaxələndirilmiş sənaye strukturu təşkil edir. Ölkə Avropanın ən böyük istehsalçısıdır və qitənin ümumi sənaye istehsalının təxminən üçdə birini təkbaşına həyata keçirir.

Almaniya, eyni zamanda dünyanın üçüncü ən böyük ixracatçısı mövqeyini qoruyur. 2024-cü ildə 1,66 trilyon dollar dəyərində mal və xidmət ixrac edən ölkə 255 milyard dollarlıq xarici ticarət profisiti əldə edib.

Əsas ixrac məhsulları arasında avtomobil sənayesi məhsulları, maşın və avadanlıqlar, kimya sənayesi məhsulları, elektrik-elektronika, əczaçılıq və plastik məmulatlar yer alır.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Dekabr 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see972

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see441

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see343

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see262

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see249

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see248

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see240

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see229

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see219

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see208

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see204

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see197

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see195

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see192

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see190

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see189

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see185

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see183

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see180

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri