Icma.az
close
up
RU
Vətəndən Vətənə mühacirət edən şair

Vətəndən Vətənə mühacirət edən şair

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Neftçala rayonu Q.Nuralıyev adına Xol Qaraqaşlı kənd tam orta ümumtəhsil məktəbində görkəmli Azərbaycan şairi  Əli Tudənin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

525.az xəbər verir ki, tədbiri giriş sözü ilə məktəbin direktoru Ruhəngiz Nəcəfova açıb. Sonra Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz, AYB-nin Muğan bölməsinin sədri, yazışı-publisist Nəbi İbrahimov, Azərbaycan Coğrafiya Cəmiyyətinin həqiqi üzvü, tədqiqatçı- müəllim  Nadir Rüstəmov, Neftçala RİH başçısının Xol Qaraqaşlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin vəzifələrini müvəqqəti icra edən Hilal Əhmədov, Neftçala RİH-nin Başçısının Xol Qarabucaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi Əsgərov Gündüz, məktəb direktorları, məktəbin şəhid məzunlarının valideynləri, müəllim və şagird kollektivi iştirak ediblər.

Tədbirin aparıcısı R.Nəcəfova Əli Tudənin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Bildirilib ki, Əli Tudənin əslən Ərdəbilin Çanaxbulaq kəndindən olan valideynləri Şimali Azərbaycana köçüb, şair 1924-cü il yanvarın 31-də Bakıda dünyaya gəlib. O, Bakıdakı 150 saylı orta məktəbdə oxuduğu illərdə Bakı Pionerlər Sarayının nəzdində şair Osman Sarıvəllinin rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin fəal üzvlərindən biri olub. Artıq 13 yaşında ikən ilk şeirləri Heydər Rzazadə imzası ilə "Kommunist", "Yeni yol" qəzetlərində çap olunub. 1938-ci ildə repressiya dövründə 7-ci sinifdə oxuyarkən o, Cənubi Azərbaycan mənşəli olduğundan nənəsi ilə birlikdə İrana sürgün edilib.  1940-cı illərdə Cənubi Azərbaycanda başlanan azadlıq hərəkatına qoşulub, silahı və qələmi ilə mübarizə aparıb.

Tədbirdə çıxış edənlər Əli Tudənin, çətin, məşəqqətli, lakin mənalı, mübariz həyat yolu haqqında danışıb, onun ədəbiyyatımızın inkişafında xidmətlərindən söz açıblar.

AYB-nin Cənubi Azərbaycan Şöbəsinin rəhbəri Sayman Aruz tədbirin təşkilində fəal iştirakına və səmərəli yaradıcılıq uğurlarına görə məktəbin direktoru R.Nəcəfovaya şair Əli Tudənin 100 illiyinə həsr olunmuş Fəxri Fərmanı və yubiley medalını təqdim edib.

Sonra məktəblilərin ifasında Ə.Tudənin şeirlərindən nümunələr səsləndirilib.

Nəbi İbrahimli

AYB-nin Muğan Bölməsinin sədri, yazıçı-publisist

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:372
embedMənbə:https://525.az
archiveBu xəbər 06 May 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see297

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see292

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see283

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see270

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see263

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see259

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see245

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see234

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see228

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see220

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see209

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see204

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see182

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri