Icma.az
close
up
RU
Menu

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

“Vətənə bağlılıq ana dilinə sevgidən qaynaqlanır”

“Vətənə bağlılıq ana dilinə sevgidən qaynaqlanır”

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ağa Ağayev: “Ana dilinin qorunması məsələsi xaricdəki hər bir soydaşımız üçün önəmlidir”

Layihə çərçivəsində Alman-Azərbaycan Mədəniyyət Evinin rəhbəri Ağa Ağayevlə müsahibəni təqdim edirik. Xatırladaq ki, Ağa Ağayev 1978-ci ildə Füzuli rayonunda anadan olub. Ali təhsillidir. 20 ildən arıqdır ki, Almaniyada yaşayır. Evlidir, 3 övladı var və onlar Almaniyda doğulub boya-başa çatsalar da hər biri Azərbaycan dilində sərbəst danışırlar.

- Vətənə bağlılıqda ana dilinə sevgi nə dərəcədə önəmlidir?

- Dünyanın harasından yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının bir vətəni var-Azərbaycan. Möhtəşəm himnimiz də müqəddəs “Azərbaycan” kəlməsilə başlayır. Vətənə bağlılıq, dövlətə və dövlətçiliyə əhəmiyyətli dərəcədə xidmət etmək hər bir azərbaycanlının müqəddəs amalı və vəzifəsidir. Sevgilərin ən dəyərlisi olaraq vətəni, ana dilini sevmək, onu daima düşünmək və eyni zamanda çiçəklənməsi üçün çalışmaq bir nömrəli vəzifə kimi insanlarımız qarşısında durmalıdır. Çünki Azərbaycan dili bizim milli kimliyimizdir. Vətənə bağlılıq məhz elə ana dilinə sevgidən qaynaqlanır.

- Ana dilimiz azərbaycançılıq ideologiyasında özünü necə büruzə verir?

- Faktdır ki, dövlətçilik hisslərinə malik olmayan xalq milli dövlətini inkişaf etdirə bilməz. Bu mənada, azərbaycançılıq ideologiyası milləti, xalqı, dövləti qəlbən sevməyi, onun naminə yorulmadan çalışmağı bütün mahiyyəti ilə təşviq edir. Əlbəttə, azərbaycançılığın milli mahiyyətini xalqımızın milli-etnik soykökünə qayıdışı, əsrlər boyu əxz etdiyi milli-mənəvi dəyərlər, ana dilimiz və düşüncə sisteminə söykənərək özünüməxsusluğunu qoruması təşkil edir. Azərbaycançılığın əsasında yer alan ünsiyyət birliyi vahid ana dilimiz vasitəsilə həyata keçirilir. Azərbaycan dili milliliyin ifadə vasitəsi olduğu üçün azərbaycançılıq ideologiyasının komponenti kimi çıxış edir. Ana dilinin varlığı, anadilli məktəblərin formalaşdırılması, milli mədəniyyətimizin təşəkkülü azərbaycançılığın əsas hərəkətverici qüvvəsi kimi özünü təqdim edib.

- Xaricdəki azərbaycanlı uşaq və gənclərdə ana dilinə sevgi hissi oyatmaq üçün valideynlərin üzərinə hansı məsuliyyət düşür?

- Hazırda azərbaycanlılar dünyanın dörd bir yanında yaşayıb-yaradırlar. Onların arasında həkimlər, müəllimlər, mühəndislər və başqa sənət sahibləri var. Eyni zamanda yaşadıqları ölkələrdə körpələr dünyaya gətirmişlər, bu da təqdirəlayiqdir. Ancaq bu uşaqları Azərbaycana bağlı ruhda böyütmək və onlarda ana dilinə sevgi hissi oyatmaq lazımdır. Bunun üçün birinci növbədə valideynlərin üzərinə çox böyük məsuliyyət və vəzifə düşür. Hər bir evdə Azərbaycanın dövlət bayrağı olmalıdır və dövlət himnimiz əzbərlənməlidir. İnsan harada yaşmasından asılı olmayaraq milli kimliyini, ana dilin, vətənini heç vaxt unutmamalıdır. Milli mənsubiyyəti olmayan, ana dilini bilməyən, azərbaycançılıq ruhu olmayan insan vətənini sevə bilməz.

Azərbaycanın tarixini, ərazi bütövlüyünü, həmçinin ana dilimizi həmişə təbliğ etmək ziyalılarımızın, ümumiyyətlə, hər birimizin borcudur. Diasporumuz ana dilində dərs ləvazimatları, kitablar və ədəbiyyatlardan istifadə etməklə övladlarında Azərbaycan dilinə sevgi yaratmalıdır. Bu da birinci növbədə evlərdən və valideynlərin təbliğindən başlayır. Dövlətimiz də bu yolda Diasporla İş üzrə Dövlət Komitəsinin xətti ilə müəyyən işlər görür. Həmin ədəbiyyatların, dərs ləvazimatlarının azərbaycanlıların yaşadıqları ölkələrə göndərilməsi və onlardan istifadə edilməsi çox əhəmiyyətlidir. Bu işlərin yerlərdə həyata keçirilməsi maarifləndirməyin və təbliğatın əsasıdır.

- Bəzi ölkələrdə azərbaycanlı uşaqların əksərəyyəti ana dilimizdə danışmaqda çətinlik çəkirlər. Bu, milli diasporun inkişafı üçün nə dərəcədə təhlükəlidir?

- Ana dilinin qorunması məsələsi xaricdəki hər bir soydaşımız üçün önəmlidir. Xaricdəki azərbaycanlı gənc nəslin dil problemi, demək olar ki, bütün ölkələrdə var. Biz Almaniyada uşaqlarımızın assimilyasiya olmaması üçün mübarizə aparırıq. Bunun üçün də öncə onların dilimizi bilməsi vacibdir. Artıq bu məsələnin həlli yolunda da mühüm addımlar atılıb. Düşünürəm ki, xaricdə həftəsonu Azərbaycan məktəblərinin sayını artırmaq lazımdır. Çünki burada tariximiz, mədəniyyətimiz, adət-ənənələrimizlə yanaşı, ana dilimiz də uşaqlara öyrədilir. Xarici ölkələrdə yaşayan övladlarımız və gənclərimiz birinci növbədə ana dilimizi mükəmməl bilməlidirlər. Bu mütləqdir. Ana dilini bilməyən ana vətənin nə olduğunu dərk etməz. Dövlətə və dövlətçiliyin qorunmasına xidmət hər bir azərbaycanlının borcudur.

Fürsətdən istifadə edərək, “Ana dilini unutmuruq” layihəsini həyata keçirdiyinə görə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinə və layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürümüzü bildiririk.

Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının və dövlət qurumlarının xaricdə ana dilimizin təbliğinə göstərdiyi diqqət bizim məsuliyyətimizi daha da artırır və bu, bizə ana dilimizin təbliği istiqamətində əlavə motivasiya verir.

Cavid Şahverdiyev

Müsahibə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ana dilini unutmuruq” layihəsi çərçivəsində hazırlanıb. Müsahibədə qeyd olunan fikir və mülahizələr müsahibə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 06 May 2026 23:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see282

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see274

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see269

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see265

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see263

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see259

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see249

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see244

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see229

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see219

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see218

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see208

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see206

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see205

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see202

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see202

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see198

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see196

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see190

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri