Icma.az
close
up
RU
Vətənə bağlılıq nümunəsi FOTO

Vətənə bağlılıq nümunəsi FOTO

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İmaməli Şəfəqqət oğlu Əhədzadə bu işıqlı dünyaya Lənkəran şəhərində gəlmişdi. O, Vətənini, xalqını öz canından artıq sevirdi. İnsan həyatının dəyərin də el-obaya təmənnasız xidmətdə görürdü. Lap kiçik yaşlardan vətənpərvər, qeyrətli böyümüşdü. 18 yaşına çatanda yaşadığı cəmiyyətdə hamı onu xalq üçün çalışan, xeyirxah məqsədlərə can atan Vətəninə bağlı bir gənc kimi tanıyırdı.
2015-ci ildə İmaməlini Milli Ordu sıralarına çağırırlar. Ürəyinin istəyini əsas götürərək cəbhə bölgəsində xidmət etmək istəyir. Belə də olur. Vətənini canından əziz bilən İmaməli məqamı gələndə onun daşına belə qurban getməyə and içir. Və ilk gündən vətəndaşı olduğu Azərbaycanın qarşısında övladlıq borcunu şərəflə verir. Həm də İmaməlinin son dərəcə mərdliyi, cəsurluğu, vətənpərvərliyi, ağıllı davranışı komandirlərində, əsgər yoldaşlarında ona böyük inam, etibar yaradır. Hər əməli insanlıqdan, millətə sevgisindən xəbər verir. Torpaqları düşmən tapdağında olan Qarabağın taleyi onu daha çox düşündürür. Əsgər yoldaşları ilə danışanda qəlbindəki qəzəblə bərabər, çəkdiyi əzablarda dilə gəlir. Daxili bir hiss- Vətən, torpaq naminə öyrənmək həvəsi onu hərbi təlimlərin qalib döyüşçü edir. İmaməlinin 2016-cı ildə baş vermiş Aprel döyüşlərində Lələ-təpənin və strateji mövqelərin alınmasında hünəri böyük olur. Beləcə Vətəni sevə-sevə, yağıya nifrət bəsləyə-bəsləyə 2017-ci ilin aprel ayında xidmətini nümunəvi başa vurub evinə, ata-anasının yanına qayıdır.
27 sentyabr 2020-ci il tarixindən başlayan və 44 gün davam edən, xalqımıza zəfər sevinci gətirən II Qarabağ müharibəsinə könüllü qoşulan İmaməli Füzuli istiqamətində gedən ağır döyüşlərdə iştirak edir, yüksək şücaət göstərir. Əynində cəngavər libası Füzuli- Cəbrayıl istiqamətində yağı düşməni lərzəyə salır, neçə-neçə erməni faşıstin, texnikasının axırına çıxır. Hər müharibə meydanına girəndə azad olmuş Vətən torpaqları ona yeni güc verir. Torpaq uğrunda can qoyub mərdliklə şəhid olan anda da İmaməli əsgər yoldaşlarını qələbəyə səsləyir. O qələbəyə ki, artıq biz onun hesabına bütün dünyada qəhrəman xalq olduğumuzu sübut etdik.
İndi Lənkəran camaatı İmaməlinin keçdiyi şərəfli ömür yoluna əsl qəhrəmanlıq məktəbi kimi baxırlar. Onunla qürur duyur, belə bir ömür yaşamağı müqəddəslik sayırlar. Dövlət də öz növbəsində İmaməli Əhədzadənin torpaqların azadlığı uğrunda rəşadətini nəzərə alaraq onu ölümündən sonra “Füzulinin azad olunmasına görə”, "Vətən uğrunda" medallarına layiq görmüşdür.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Avqust 2026 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri