Icma.az
close
up
RU
“Vətənə medallarla qayıtmaq istəyirik”

“Vətənə medallarla qayıtmaq istəyirik”

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Qadın güləşi üzrə U17 milli komandanın böyük məşqçisi Həsrət Məmmədyarovun müsahibə verib.

Futbolpress.az xəbər verir ki, o, ölkə birinciliyi haqda fikirlərini bölüşüb:

– İlk dəfə Astarada keçirilən qadın güləşi üzrə U15 və U17 ölkə birinciliyi haqqında təəssüratlarınız necədir?
– Sözsüz, bu yarışın gələcəkdə idmançılarımıza çox böyük xeyri dəyə bilər. Əvvəllər ordan-burdan 1-2 qız tapırdıq. Amma indi güləşlə məşğul olan qızların sayı çoxdur. Bu sayın mütəmadi olaraq artması və uşaqların inkişafı biz məşqçilərdən asılıdır.

– Ölkə birinciliyindən sonra Türkiyədə hər il keçirilən “Zəfər kuboku” turnirində iştirak etdiniz. Ancaq medal olmadı…
– Türkiyədə keçirilən yarış haqqında onu deyə bilərəm ki, mən ora ölkə birinciliyinin qaliblərini aparmışdım. Astarada 40 kq-da yarış olmamışdı. Bu çəkidə yeganə idmançımız olan Günel Quliyevi apardım, yoxladım. Ən çox ümid bəslədiyimiz güləşçilər Nəzrin Əhmədli, Esra Məmmədli və Fatimə Bayramova idi. Onların üçü də zədəliydi. Yarışda sınadım ki, görüm ayyarımdan sonra Avropa çempionatında necə güləşəcəklər. Normal qiymətləndirə bilərəm. Bəziləri öz kateqoriyasında yox, bir çəki yuxarı güləşdi. İlk dəfə beynəlxalq yarışa çıxan qızlarımız da oldu. Təcrübə qazanmaları üçün bu turnirdə iştirak çox vacib idi. Etiraf edək ki, bəzi çəkilərdə rəqiblərlə müqayisədə zəifik. Fikrimcə, ölkədə qız güləşçilərin sayı artdıqca keyfiyyət də artacaq.

– İyunda keçiriləcək U17 və U15 Avropa çempionatlarına hazırlıq necə gedir?
– Federasiya rəhbərliyinə təşəkkür edirəm ki, yüksək səviyyədə hazırlıq keçmək üçün hər cür şərait yaradılıb. Hal-hazırda Abşeron Olimpiya İdman Kompleksində təlim-məşq toplanışındayıq. Gözəl məşqlərimiz keçir. Gündə 3 məşqimiz olur. Qadın güləşi üzrə koordinator Mariya Stadnik də bizimlədir. Demək olar ki, o da bizim bir məşqçimizdir. Hər şeydə kömək edir, məsləhət verir, birgə işləyirik. Əhval-ruhiyyəmiz də əladır. Belə toplanışlar çox olarsa, əminəm ki, gələcəkdə qadın güləşində çox böyük irəliləyiş olacaq.

– Avropa çempionatında hansı nəticəyə ümid edirsiniz?
-İndi böyüklər və gənclərdən ibarət komandamız Qubada hazırlıq prosesi keçir. Məşqçilər korpusu olaraq bir araya gəlib, AÇ üçün yekun heyəti müəyyənləşdirəcəyik. Vətənə medallarla qayıtmaq istəyirik. Bəzi güclü güləşçilərimizin U20 yaş qrupuna keçməsi heyətimizi bir qədər zəiflətdi. Ötənilki heyətdən 2-3 nəfər qalıb. Onlara yeni simalar qoşulub. İnanıram ki, gələcəkdə əvvəlkindən də güclü nailiyyətlərə nail ola bilərik.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 05 May 2026 21:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see297

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see292

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see283

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see270

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see263

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see259

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see245

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see234

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see228

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see220

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see209

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see204

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see182

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri