Millimizin məşqçisi: Komandamız EYOF dan Vətənə medallarla qayıdacaq”
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Takevondo üzrə gənclərdən ibarət Azərbaycan millisinin məşqçisi Fəridə Əzizova Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) komanda üzvlərinin medal qazanacağına ümid edir.
İdman.biz "Report"a istinadən xəbər verir ki, mütəxəssis bu barədə Milli Olimpiya Komitəsinin rəsmi saytına açıqlama verib.
O, taekvondonun ilk dəfə bu turnirin proqramına daxil edildiyini xatırladıb: "Bu da 34 illik tarixə malik olan festivalda bir yenilikdir. Komandamız bu yarışda 5 oğlan, 3 qız olamaqla 8 idmançı ilə təmsil olunacaq. Millimizin heyətində təcrübəli və perspektivli idmançılar yer alıb. İlin əvvəlindən iki yarışda iştirak etmişik. Həmin yarışlar bir növ bu festival üçün hazırlıq xarakteri daşıyıb. Komandamız artıq hazırlığın son mərhələsindədir. Təbii ki, bu yarışdır, öncədən proqnoz vermək çətindir. Amma idmançılarımız məşqlərdə intensiv şəkildə çalışırlar. Özlərini yaxşı formada hiss edirlər. Heyətdə nəticə verə biləcək idmançılarımız var. Ümid edirəm ki, komandamız festivaldan Vətənə medallarla qayıdacaq”.
Qeyd edək ki, Avropa Gənclər Yay Olimpiya Festivalının taekvondo yarışları iyulun 23-25-də Skopye Bədən Tərbiyəsi Universitetində keçiriləcək.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 09 İyul 2025 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















