Icma.az
close
up
RU
Vətənə sədaqətli xidmət nümunəsi

Vətənə sədaqətli xidmət nümunəsi

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan tarixində elə günlər var ki, onlar yalnız bir siyasi hadisə kimi deyil, bütöv bir xalqın taleyini dəyişən dönüş nöqtəsi kimi yaddaşlarda qalır. 3 oktyabr 1993-cü il məhz belə günlərdən biridir. Həmin gün Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi və ölkənin gələcək inkişaf istiqamətləri tamamilə yeni bir mərhələyə qədəm qoydu. Bu günün mahiyyəti yalnız seçki nəticəsi ilə məhdudlaşmırdı, əksinə, Azərbaycan xalqının dövlətçilik yolunda xilasedici qərarı kimi tarixə düşdü. 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan qısa müddət ərzində ciddi sınaqlarla üz-üzə qaldı. Sovet İttifaqının dağılmasından sonra siyasi idarəetmə sistemində yaranmış boşluq ölkəni dərin böhranlara sürüklədi. Hakimiyyətin tez-tez dəyişməsi, sabitliyin olmaması, daxildə separatizm meyllərinin güclənməsi və iqtisadi tənəzzül cəmiyyətdə böyük gərginlik yaratmışdı. Xalq öz gələcəyindən nigaran idi və müstəqilliyin əldən çıxma təhlükəsi reallığa çevrilmişdi.Belə bir çətin məqamda Azərbaycan xalqının ümid yeri yalnız bir şəxsiyyətə – Heydər Əliyevə bağlı idi. 1993-cü ilin iyununda xalqın təkidli çağırışı ilə Bakıya qayıdan Ulu Öndər, qısa müddətdə ölkədə sabitlik yaratmağa nail oldu. Onun qətiyyətli siyasəti sayəsində vətəndaş müharibəsinin qarşısı alındı, dövlət institutlarının iflası dayandırıldı və xalqın dövlətə inamı bərpa edildi. Lakin bu prosesin ən mühüm təsdiqi məhz 3 oktyabrda keçirilən prezident seçkilərində xalqın yekdil iradəsi ilə Heydər Əliyevin dövlət başçısı seçilməsi oldu. Bu seçkilər yalnız siyasi proses deyil, milli qurtuluş yolunun başlanğıcı idi. Azərbaycan xalqı öz gələcəyini Heydər Əliyevin təcrübəsinə, müdrikliyinə və qətiyyətinə etibar etdi. Xalqın sarsılmaz dəstəyi ilə Prezident seçilən Ulu Öndər bütün varlığını dövlətin və millətin xidmətinə həsr etdi. Onun siyasi fəaliyyətinin hər bir mərhələsi vətənə sədaqətli xidmətin parlaq nümunəsi kimi tarixə yazıldı. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan dövlətçiliyi yeni mərhələyə qədəm qoydu. Əgər bu liderlik olmasaydı, ölkə parçalanaraq bölgələrə bölünə bilər, müstəqillik isə qısa ömürlü olardı. Xalqın verdiyi bu tarixi qərar ölkəni xaosdan çıxardı və sabitlik yoluna yönəltdi.Ulu Öndərin ən böyük xidmətlərindən biri ölkədə vətəndaş müharibəsinin qarşısını alması oldu. Onun rəhbərliyi altında milli həmrəylik bərpa edildi, sosial və siyasi sabitlik təmin olundu. Heydər Əliyev hər addımında xalqın birliyini qorumağa çalışırdı. O, milli həmrəyliyin bərpasını ölkənin yaşaması üçün əsas şərt hesab edirdi.Onun rəhbərliyi ilə dövlət institutları möhkəmləndirildi. Qanunvericilik bazası təkmilləşdirildi, hüquqi dövlətin təməlləri qoyuldu. Yeni Konstitusiya qəbul edildi və demokratik dövlətin əsasları müəyyənləşdi. Dövlətin idarəetmə strukturları yenidən formalaşdırıldı, xalqın inamı tədricən gücləndi.

Heydər Əliyevin ən mühüm təşəbbüslərindən biri də ordunun yaradılması idi. O, yaxşı bilirdi ki, güclü ordu olmadan müstəqilliyi qorumaq mümkün deyil. Ona görə də nizami, peşəkar və intizamlı ordunun qurulmasına xüsusi diqqət yetirdi. Sonrakı illərdə Azərbaycan Ordusu məhz onun qoyduğu təməl üzərində formalaşdı və inkişaf etdi. Sabitlik yaradıldıqdan sonra iqtisadi islahatlara başlanıldı. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandı və Azərbaycan dünya enerji xəritəsində mühüm mərkəzə çevrildi. Bu müqavilə təkcə iqtisadi deyil, həm də siyasi baxımdan ölkənin mövqeyini möhkəmləndirdi. Azərbaycan artıq beynəlxalq güclərin diqqət mərkəzinə düşmüşdü. Heydər Əliyevin xarici siyasəti də milli qurtuluş yolunun mühüm tərkib hissəsi idi. O, balanslaşdırılmış siyasət yürüdərək həm region ölkələri ilə münasibətləri tənzimlədi, həm də Qərb və Şərq arasında körpü rolunu oynadı. Azərbaycanın beynəlxalq təşkilatlara üzv olması, siyasi nüfuzunun artması məhz onun diplomatik fəaliyyətinin nəticəsi idi. Əslində, 3 oktyabr 1993-cü il hadisəsi bir daha sübut etdi ki, əsl lider millətini ən çətin anlarda tərk etmir. Heydər Əliyev şəxsi rahatlığını, təhlükəsizliyini düşünmədən bütün varlığını dövlətin və xalqın gələcəyinə həsr etdi. Onun göstərdiyi sədaqət və fədakarlıq Azərbaycan xalqı üçün əbədi nümunəyə çevrildi. Heydər Əliyevin irsi bu gün də yaşayır. Onun müəyyən etdiyi inkişaf yolu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın iqtisadi, siyasi və hərbi sahələrdə qazandığı uğurlar, ərazi bütövlüyünün bərpası məhz Ulu Öndərin qoyduğu möhkəm təməllərin bəhrəsidir. Azərbaycan xalqı hər il 3 oktyabr tarixini xatırlayarkən yalnız bir seçki gününü deyil, milli qurtuluşun başlanğıcını yad edir. Bu tarix həm də dövlətçiliyə sədaqətin, lider-xalq birliyinin və vətənə xidmət nümunəsinin təntənəsidir.

Ulu Öndərin fəaliyyətinin dərinliyini yalnız siyasi və iqtisadi sahədə deyil, həm də sosial və mənəvi aspektdə görmək mümkündür. Onun təhsil, mədəniyyət və elmi inkişaf sahələrinə yönəlmiş siyasəti ölkənin gələcək nəsilləri üçün əvəzsiz töhfələr verdi. Eyni zamanda Heydər Əliyev milli dəyərlərə, tarixə və adət-ənənələrə böyük hörmətlə yanaşırdı ki, bu da xalqın dövlətə bağlılığını gücləndirdi.

Heydər Əliyev sübut etdi ki, milli qurtuluş yalnız bir şəxsin iradəsi ilə deyil, xalqın birliyi və dövlət başçısının qətiyyəti ilə mümkündür. Onun fəaliyyəti və xidmətləri göstərdi ki, əsl lider millətini çətin anlarda tərk etməz, əksinə, onun gələcəyi naminə bütün gücünü səfərbər edər

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 Oktyabr 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İkra yeməsəm, bu qədər gözəl ola bilərəm? (Video)

30 Avqust 2026 14:09see362

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see334

Dağıstanda təxminən 33 min abonent işıqsız qalıb

30 Avqust 2026 14:34see300

“Kurtlar vadisi”nin “Deryası”ndan “Polat” haqda şok sözlər (Foto)

30 Avqust 2026 15:51see267

Trampdan sərt ittihamlar: Vicdansız media

30 Avqust 2026 23:54see256

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see236

Qızı Rüfət Axundovu sevindirdi ÖZƏL

30 Avqust 2026 19:48see230

Qırmızı və yaşıl almaların faydaları Hansını yemək daha yaxşıdır?

31 Avqust 2026 03:05see228

Oksana Rəsulovanın azyaşlı ilə bağlı paylaşımı gündəm oldu VİDEO

30 Avqust 2026 14:52see227

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see224

Həkimlər dəhşətli bir diaqnoz qoyublar…

30 Avqust 2026 20:49see217

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see216

Ermənistanda siyasi DƏYİŞİKLİK: Paşinyan rəqiblərinə qarşı hərəkətə keçdi

30 Avqust 2026 22:25see213

Orqanizminizdə iltihab varsa qəhvə için

31 Avqust 2026 02:04see212

Fizioterapiya ilə bağlı vacib məqamlar Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

31 Avqust 2026 11:56see210

Rusiya marafon yarışına “İsgəndər”lə hücum etdi Ölənlər var

30 Avqust 2026 18:05see210

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see200

Natavan Həbibinin hovuz paylaşımı müzakirə yaratdı (Foto Video)

30 Avqust 2026 17:06see182

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see178

“Soçi” Şeydayevin iştirakı ilə üç xal qazandı

31 Avqust 2026 01:52see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri