Icma.az
close
up
RU
Vətənə sədaqətli oğul FOTO

Vətənə sədaqətli oğul FOTO

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ulduzlu dünyanın 27 yaşlı zəfər şəhidi Ruhid İslamlı

Şanlı Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsinə yollanan qəhrəmanlardan biri də 21 yaşlı Ruhid İslamlı idi. Ruhid Uğur oğlu İslamlı 1999-cu il aprelin 1-də Lerik rayonunun Çeşman kəndində anadan olub. O, Vətənini, xalqını, dövlətini sevən əsl vətənpərvər insanların əhatəsində böyüyüb. Ruhid hələ kiçik yaşlarından müxtəlif idman növlərinə maraq göstərib. Məşğul olduğu idman növləri üzrə beynəlxalq, regional tədbir və yarışlarda iştirak edərək yüksək nəticələr sərgiləyib. Həmçinin, məktəbdə oxuduğu vaxtlarda intellektual oyunlar, olimpiada və hərbi yarışlarda fəal iştirak edib. O zəkası, səlis nitqi, sosial aktivliyi və ən əsası, Vətənə sevgisi ilə daim yaşıdlarına örnək olub.

Ruhid 2016-cı ildə Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində yerləşən 315 saylı məktəbi bitirib. Naxçıvan Muxtar Respublikası Müəllimlər İnstitutunun Təhsildə sosial psixoloji xidmət ixtisasına daxil olub. Niyyəti Vətəninə, xalqına fayda vermək olan Ruhid Tələbə biletini alan gündən özünü daha da püxtələşdirməyə can atıb. Sağlam əqidəsi, yüksək mədəniyyəti, dərin zəkası sayəsində institutda onu tanıyan hər kəsin gözündə ucalıb, ehtiram sahibi olub. Məhz elə buna görə də Ruhid Gənclər Birliyinə sədr seçilib, Azərbaycan Maarifçilər Birliyinin üzvü olub. O, 2020-ci ildə ali təhsilini uğurla başa vurub.

2020-ci ildə Ruhid İslamlı həqiqi hərbi xidmətə yollanıb. 27 sentyabr Vətən müharibəsi başlananda o, minlərlə qəhrəman oğul kimi sinəsini Vətənə tuşlanan güllələrə sipər edib. Qanlı müharibədə Talışkənd, Suqovuşan istiqamətində, Murov zirvəsində işğalçılara qarşı döyüşüb. Ruhid torpaq uğrunda son nəfəsə qədər vuruşmağa and içib. Oktyabrın 6-da - müharibənin qızğın vaxtında Goranboyun Gülüstan kəndi yaxınlığında strateji əhəmiyyətə malik yüksəklikdə - Çənlibel postunda qəhrəmancasına şəhid olub.

Ruhid və onun kimi qəhrəman oğulların adı Vətənin qürur tarixinə əbədi həkk oldu. Bu qısa ömründə qəhrəmanlıq payı böyük olan Ruhid İslamlı ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü", "Vətən müharibəsi iştirakçısı" medallarına layiq görüldü. Doğma Çeşman kəndində isə onun adına bulaq inşa edildi. Kənd sakinləri buranı özlərinə ən müqəddəs and yeri bilirlər.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Aprel 2026 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see759

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see687

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see265

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see250

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see232

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see228

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see227

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see219

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see201

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see196

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see188

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see182

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see181

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see178

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see178

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see175

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see173

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see169

Kanada ABŞ a dizel yanacağı ixracını artırmağı planlaşdırır

12 Oktyabr 2026 04:50see167

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri