Icma.az
close
up
RU
Vətəni təmənnasız sevməyin bədəli: Yelmar Məmmədovun doğum gününə

Vətəni təmənnasız sevməyin bədəli: Yelmar Məmmədovun doğum gününə

Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.

Mərhum sənətkarımız Səxavət Məmmədovla bağlı yazı hazırlayırdım, bunun üçün bir çox insanlarla həmsöhbət oldum, bir çox mənbələrlə tanış oldum. Onun haqqında yazılan xeyli məqalələr oxudum və təəssüf hissi ilə məqaləni yazdım. Deməli, təəssüfümün bir hədəfi vardı: Bu vətəni sevən, Azərbaycan üçün çarpışan, ömrünü, ailəsini, karyerasını, gələcəyini təhlükə altına alıb vətəni üçün çalışanların böyük bir qisminin "mükafatı " ölüm olduğunu anladım. Zatən bunu əvvəllər də bilirdim. Qarabağ döyüşlərində xəyanət nəticəsində öldürülən komandirlərin, şərəfli zabitlərin bir günahı vardı, o da vətəni səmimi qəlbdən sevmək, onun uğrunda özünü fəda etmək! Vətəni təmənnasız sevənlər, özlərini vətənə fəda edənər!
O, siyahıda qubadlı balası Yelmar Məmmədovun da adı var. Vətəni təmannasız sevmək və hər şeyini vətənə fəda etmək. Təbii ki, bu sevginin "bədəli" harda olursa, olsun, gəlib Yelmarı tapmalıydı və onu ən qaynar, ən çoşğulu zamanında - 38 yaşında axtarıb tapdı.
Bu gün bu ləyaqətli eloğlumuzun doğum günüdür. Yaşasaydı 68 yaşı olardı. Bilirsiniz vətənimiz üşün nə qədər təmənnasız, lazımlı işlər görərdi?
Çox təəssüf, çox heyif...
O fədaini siz də tanıyın!
Yelmar Məmmədov 28 iyun 1957-ci ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində kolxozçu ailəsində anadan olub. Çox kiçik yaşlarından anasını itirərək yetim qalan balaca Yelmar hələ uşaq ikən həyatın acılarını dadır, yoxsulluğun, zəhmətin nə olduğunu öyrənir.
Orta məktəbi bitirəndən sonra Bakıya gələrək ali məktəbə imtahan verir, ancaq müsabiqədən keçə bilmir. Bundan sonra doğulduğy rayona qayıtmaqdan vaz keçən Y.Məmmədov 1975-1976-cı illərdə Bakıda qalıb zavodda fəhlə işləyir.
1976-cı ildə onu hərbi xidmətə aparırlar. Hərbi xidmətini Rusiyanın Çita şəhərində başa vurur.
Hərbi xidmətdən sonra, 1978-ci ildə tale təsadüfən onu Özbəkistanın paytaxtına - Daşkəndə gətirir. Şəhər və adamları onun xoşuna gəlir. Bir müddət Daşkənddə qalıb fəhlə işləyir, eyni zamanda 1983-cü ildə Daşkənd Ali Milis Məktəbinə daxil olur. Sonralar isə Moskvada Ümumittifaq Ali Hüquq Məktəbinin qiyabi şöbəsində təhsil alır.
Ehtiyac üzündən Daşkəndi tərk etməyə məcbur olan Yelmar Məmmədov Rusiya Federasiyasının Komi Muxtar Respublikasındakı Uxta şəhərinə gedib çıxır. Uxta şəhərində Neft Kəşfiyyatı İdarəsində işə girən Yelmarın bəxti nəhayət üzünə gülür. O, əvvəlcə fəhlə, sonra usta, mühəndis, şöbə rəisi və baş mühəndisin müavini olur.
1988-ci ildə SSRİ dağılmağa yaxın ərəfədə sahibkarlıq haqqında qanunun çıxmasından faydalanan Y.Məmmədov əvvəlcə dörd nəfərlik "Trud" kooperativini açır. Kooperativin ilk işi bir zavodun damını örtmək olur. Bu işdən əldə olunan gəlirlə yeni avadanlıq alır, əlavə işçi qəbul edir. Artıq 1 ildən sonra onun işçilərinin sayı min nəfər olur. Az sonra Komi Muxtar Respublikasında tanınmış sahibkara çevrilən Yelmar Məmmədov burada xalq deputatı da seçilir.
O, 1990-cı ildə "Mariya" Assosiasiyasını təsis edir. Bundan sonra fəaliyyəti bir qədər də genişlənir. Bir neçə şəhərdə "Mariya" Assosiasiyasının filiallarını yaradır. Eyni zamanda bir neçə bank açır. Rusiya televiziyası ilə göstərilən "Mariya Assosiasiyası" adlı sənədli filmdən sonra keçmiş SSRİ-nin hər yerində rəsmi milyonçu azərbaycanlı tanınmağa başlayır. Həm milyonçu, həm də səxavətli adam kimi şöhrətlənən Yelmarın sorağı vətəni Azərbaycana da gəlib çatır.
Yelmar Məmmədovun assosiasiyası Almaniya və Finlandiyada müxtəlif müqavilələr bağlayır, Ermənistan istisna olmaqla, keçmiş sovet respublikaları ilə əlaqələr yaradır. Fəaliyyət dairəsini daha da genişləndirib, ABŞ-la iqtisadi əlaqələrə malik olur.
Yelmar və Azərbaycan
O, 1992-ci ilin avqust ayında müvəqqəti Azərbaycana qayıdır. Bu vaxt artıq SSRİ dağlmış, müstəqil respublikalar arasında əlaqələr qırılmış, münaqişələr başlamışdı. Azərbaycan da Ermənistanla ədalətsiz müharibəyə cəlb edilmişdi.
Təbii ki yurduna olan qəsbkar hücumlar, cəbhədəki ( rusların yaratdığı ermənipərəst durum) məğlubiyyətlər Yelmar Məmmədovda acı təsir buraxır . Məhz buna görə də xaricdə bir təyyarə icarəyə götürür, cəbhə üçün paltar, müxtəlif ərzaq malları yükləyib Bakıya gəlir. Azərbaycanda vəziyyətlə tanış olandan sonra görür ki, cəbhəyə humanitar yardım yox, həqiqi kömək lazımdır. Elə bu məqsədlə də Bakıda "Yelmar İnterneyşil" kooperasiyasını yaradır. Həmin kooperasiyaya 3 tikinti idarəsi, 3 müstəqil bank, ticarət mərkəzi, sığorta şirkəti və s. daxil idi. Tezliklə "Yelmar İnterneyşil"də çalışanların sayı 3000-dən yuxarı qalxır.
O, Bakıda olduğu dövrdə əqidəli insanlara dəstək nümayiş etdirərək Azərbaycan Yurddaş Partiyasının sədr müavini seçilir. Vətən oğlunun xeyirxah əməllərinə görə Bakıda "General Məhəmməd Əsədov" mükafatına layiq görülür. Bu mükafatın 7 dayıyıcılarından biri olur. Bu onu Azərbaycanin xeyri üçün yeni işlər görməyə daha da həvəsləndirirdi.
Mənbələrdə deyilir ki, Yelmar Məmmədov Bakıya gələndə Zeynalabdin Tağıyevin qızı Sara xanım ağır xəstə idi, həm də qulaqları eşitmirdi. Pis ev şəraitində yaşayır, dava-dərman və ərzaq almağa pul tapmırdı. Yelmar Sara xanıma baş çəkir, ev şəraitini yaxşılaşdırır. Eyni zamanda onun dolanışıq və müalicə xərclərini öz üzərinə götürür. Müsahibəsində deyir: “Nəinki Azərbaycandakı, Rusiyadakı müəssisələrimin gəlirini də Azərbaycana xərcləyirəm. Təki müharibə bizim xeyrimizə qurtarsın. Vətən, torpaq hamınındır. Fəhlə də, milyarder də, nazir də, alim də öz övladlıq borcunu verməlidir.”

Artıq bədxahlar da anlayırdı ki 38 yaşlı Yelmar Məmmədov Azərbaycan üçün böyük işlər görə bilər.. Odur ki onun qətlinə fərman verilir. 
Tam 30 il əvvəlin 12 apreli - Yəni 1995-ci ilin o fəlakət günü bədniyyətlər bir həmvətənlimizin həyatına qıydılar. Bəli, məhz qıydılar. Kim qıydı, bilən də olmadı. Həyat yoldaşı Nəzakət Qocayeva birgə Daşkənddə olan Yelmar Məmmədov çox müəmmalı şəkildə ölür. Onlar Yasamal qəbiristanlığında dəfn olunur. O vaxt rəsmi məlumatlarda bildirilirdi ki, onlar yatdıqları otağa qaz sızması olub və tanınmış iş adamı xanımı ilə birgə qazdan boğulub ölüblər. Amma buna inananlarla müqayisədə 38 yaşlı Yelmar Məmmədovun qəsdən öldürüldüyü qənaətinə gələnlər daha çox idi.
Yelmarın varidatı, şirkətləri, zavodları necə oldu, kimin zavalına gəldi, kim talayıb adına keçirdi bilən də olmadı.
Mərhum Yelmar Məmmədovun dörd övladı – iki qızı, iki oğlu yadigar qalıb.

Belə... Vətəni sevmək əsl kişiərə, əsl övladlara məxsusdur. Vətəni sevənləri Vətən heç vaxt yadından çıxarmır.  Baxın,  1995-ci ildə   ölmüş hansı məmur kimin yadındadır yaxud,   vecinədir! Amma Yelmar kimi oğullar 100 il də keçsə, unudulmayacaqadı gələndə hər kəs ayağa qalxacaq, ehtiramla yad ediləcək! Vətəni sevmək, ona fəda olmaq nə qədər  çətin, risqli olsa da, bir o qədər şərəfli bir işdir!Şərəfli insanları isə, nə tarix unudur, nə xalq... Məkanın hər zaman cənnət olsun Fədai Yelmar!

 Əntiqə Rəşid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://adalet.az
archiveBu xəbər 29 İyun 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“2020 ci ildə başladığımız Vətən müharibəsi tarixi zərurət idi”

27 Sentyabr 2025 10:27see177

İlham Əliyevin BMT dəki tarixi çıxışı və Azərbaycanın qlobal diplomatiyadakı rolu

27 Sentyabr 2025 14:12see161

“Şamaxı” “Araz Naxçıvan”a, “Neftçi” “Karvan Yevlax”a qarşı YENİLƏNİR

27 Sentyabr 2025 09:17see155

Azərbaycan dünyanın logistik xəritəsini yenidən çəkir

27 Sentyabr 2025 10:28see155

FİFA 7 oyunçunu futboldan kənarlaşdırdı

27 Sentyabr 2025 10:27see153

İnstaqramı döndəriblər ginekoloji stola

27 Sentyabr 2025 21:43see145

DSX Komandanı II Fəxri xiyabanda

27 Sentyabr 2025 09:26see141

Bir damla qan, min ümidə can devizi ilə qanvermə aksiyası təşkil olunub

27 Sentyabr 2025 13:24see140

AFB Bank bayrağımızı təhrif edib FOTO

27 Sentyabr 2025 22:49see132

Onkoloji xəstəlikdən əziyyət çəkənlər günlərdir dərman ala bilmirlər

28 Sentyabr 2025 00:25see130

Dini konfessiyaların rəhbərləri Zəfər parkını ziyarət ediblər

27 Sentyabr 2025 10:28see128

Məşhur atlet boksçudan ayrıldı

28 Sentyabr 2025 07:12see127

İspaniya La Liqası: Madrid derbisində darmadağın

28 Sentyabr 2025 01:41see126

Skuterdə sürəti aşdı, başı svetafora girdi

27 Sentyabr 2025 22:51see126

III MDB Oyunlarında üzgüçülük yarışının medalçılar bəlli olub

28 Sentyabr 2025 10:50see126

Xankəndiyə döyüşərək girən, Qarabağ Universitetində təhsil alan İlqar: Elə burada da evlənəcəm...

27 Sentyabr 2025 23:30see125

“Tramp dilemma qarşısında: Ukraynaya dəstək və Rusiyanın enerji bazarı arasında seçim“ “The Wall Street Journal“

27 Sentyabr 2025 13:39see123

Bakıda 76 yaşlı kişini maşın vurub öldürdü

27 Sentyabr 2025 19:33see122

Balakəndən keçən İnterçaydan sel keçir

27 Sentyabr 2025 13:35see121

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri