Icma.az
close
up
RU
Vətəni niyə sevirik?

Vətəni niyə sevirik?

Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Nizami Novruzov,

Göyçə mahalı, Kiçik Məzrə kənd icmasının sədri,  Fəlsəfə doktoru

***

Vətəni niyə sevirik?

Bəlkə ona görə ki, ilk dəfə gözümüzü bu torpaqda açmışıq, ilk addımlarımızı bu yerlərdə atmışıq, onun torpağında yeriyib, suyundan içmiş, havası ilə nəfəs almışıq...

Bəli, bu da var. Amma vətən sevgisi təkcə bunlarla izah olunacaq qədər sadə deyil.

Çünki vətən – doğulduğumuz əsrin, ilin, ayın, günün təqvimdəki ünvanı deyil yalnız, həm də alnımıza yazılmış ilahi qismətin təcəssümüdür.

Vətəni sevmək – Tanrının bizə bəxş etdiyi yazıya, ayaq basdığımız torpağa, bu torpaqda bizdən əvvəl yaşamış, indi isə onun bağrında uyuyan əcdadlarımıza, bizi dünyaya gətirən valideynlərimizə, bu torpağın üzərində bizimlə birgə nəfəs alan həmvətənlərimizə ehtiramımızdır.

Elə buna görə də insanlığın iftixarı, aləmlərin nuru  Həzrət Məhəmməd Peyğəmbər (s.ə.s.) buyurmuşdur:
“Vətənə məhəbbət – imandandır.”

Məhz bu ruhun daşıyıcısı olan, "Dədə Ələsgər İrsinin Tədqiqi və Təbliği Mərkəzinin" direktoru, mərifət və ədəbiyyat aşiqi Hacı Abbas Bağırovun qələmə aldığı “Nərimanlı – Hüseynağalı aşıqları və şairləri” kitabı vətənə duyulan tükənməz sevginin daha bir təcəssümüdür.

Bu kitabda Nərimanlı kəndinin sözünə, sazına könül vermiş 44 nəfər aşıq və şairin həyat yolu və yaradıcılığından nümunələr yer alır. Onların misralarında Göyçənin küləyi pıçıltı kimi dolaşır, Nərimanlının daşı, torpağı, ahı və duası bir nəfəsə çevrilib ürəklərə hopur.

Dərin minnətdarlıq hissi ilə qeyd etmək yerinə düşər ki, əslən Göyçə mahalının Basarkeçər rayonundan – Nərimanlı kəndindən olan Abbas Göyçəgölün bu əsəri vətən həsrəti ilə yaşayanların, yurd nisgilini könlündə yaşadanların ruhuna bir təsəlli, qəlbinə bir nur olacaqdır.

Əziz oxucu!

Bu kitab – ömrünü halallıqla yaşayan bir insanın halal zəhmətinin, min bir çətinliklə ərsəyə gətirdiyi söz xəzinəsidir.

Bu əsər bizi həm ruhən, həm də mənəvi olaraq birliyə, mübarizəyə, öz ata-baba torpaqlarımıza – necə ki Qarabağa qayıtdıq, eləcə də Qərbi Azərbaycanımıza dönüşə səsləyir.

Bu yolda iradəniz sarsılmasın, yolunuz açıq, qismətiniz mübarək olsun!

Mahir Bayram

Dünya ilə halallığa gəlmiş idik,

Gör, nə qədər sarsıntılar udduq, yedik!

Candan əziz çox canları qeyb elədik,

“Dünya haqsız, ədalətsiz!” – gileyləndik...

Bəxtimizi böləmmədik dünya ilə,

Baş qaldırdıq haqsızlığa, gah da felə!

Ha söysək də bu dünyanı belə-belə...

Dünya bizə əl eylədi: – “Gülə-gülə...”

Hardan bilək, haqlı bizik, yoxsa dünya?!

Yaşamımız həqiqətmi, yoxsa röya?!

Sonu varmı sualların, gəlmir saya?!

Ömür, sorğu ümmannında düşüb suya!

Çoxu yaman cəhd eləyir, görür guya.

***

Abbas Göyçəgöl

Gözlərin məluldur, baxışın dərin,

Heyran oldum baxışına, ay QAĞA.

Alnından üzünə tökülən tərin,

Qoşulaydım axışına, ay QAĞA.

Dağ çayısan, sularında durullam,

Sən ocaqsan, ocağında qor ollam.

Bir yox, beş yox, gündə yüz yol vurullam,

Bu həyata naxışına, ay QAĞA.

Köhlənini dağlara çap, rahat sür,

Qoy olmasın nə taleyin, bəxtin kür.

Səcdə edib, baş əyərəm bir ömür,

Şimşək kimi çaxışına, ay QAĞA.

Düzlüyündü əyriliyi edən ram,

Almasan da arzulardan doyub kam.

Heyran-heyran boylanaram, baxaram,

O getdiyin yoxuşuna, ay QAĞA!

***

Aşıq Fətullah

Səksən səkkizdən bağlanıb

O Göyçəyə gedən yollar.

Sinəmi yaman dağlayıb,

O Göyçəyə gedən yollar.

Bax, qərib bir duman ötər,

Gedib Ağbulaqdan içər.

Gəlib Məzrələrdən keçər,

O Göyçəyə gedən yollar.

Nərimanlıdan Kəlbəcərə,

Cənnət olar o dağ, dərə.

Fətullahı salıb dərdə,

O Göyçəyə gedən yollar.

***

Xəstə Bayraməli

Ay el-oba, mənim dəli könlümün

Nə vaxtdı arzusu gözdə qalıbdı.

Qəlbinizmi qəlbimdədi, bilmirəm,

Yoxsa ürəyimmi sizdə qalıbdı?

Sona yetmir ayrılığın zəmisı,

Bu aradan il ötüşüb cəmisi.

Yoxa çıxıb yarım vüsal gəmisi,

Hicran adlı bir dənizdə qalıbdı.

Düşsə Bayraməli min qeylü-qala,

Yenə də sadiqdi ilkin minvala.

Qoy zaman atını çapsın dördnala,

Əsrin sədəqəti bizdə qalıb    

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://mia.az
archiveBu xəbər 25 Oktyabr 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri