Icma.az
close
up
RU
Menu

Müharibə riski ciddi olaraq qalır

Mənsum İbrahimov: Cabir İmanovun hər sözü, hər kəlməsi daxildən gəlirdi, təmənnasız idi

“Cabir İmanovla bir məktəbdə oxumuşuq”

İtaliya prezidentinin səfəri yeni əməkdaşlıq perspektivlər üçün zəmin yaradacaq

PSJ nin müdafiəçisi: “Dünyanın ən yaxşı komandasıyıq”

Hər gün onun ruhu ilə məsləhətləşirəm Polşanın yeni lideri

250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? 11 şübhəli var

Nazir: Naxçıvanda “Yaşıl Enerji Zonası” modelinin qurulması üçün tədbirlər görülür

Xocalı və Ağdərədə bir qrup sakin üçün kiçik bizneslər yaradılıb FOTO

“Paşinyan Zəngəzur dəhlizi layihələrini seçkilərə qədər tamamlamğa çalışacaq” Elçin Mirzəbəyli

Cabir İmanov əvvəldə də infarkt keçirib?

Tramp Rusiyanı yenə kağız pələng adlandırdı

Beyin mərkəzlərinin əməkdaşlığı: Türk dünyasının intellektual gücü birləşir

Türkiyə Ukrayna münaqişəsi ilə bağlı daha çox məsuliyyəti öz üzərinə götürməyə hazırdır

Qəhvə iç və daha uzun yaşa...

Nazir sammitdə təhsildən danışdı

UEFA ÇL: “Qalatasaray qalib gəlib, Kayrat” 5 qol buraxıb

Vətən müharibəsinin beşinci günü Azərbaycan Ordusu düşmənə zərbələr endirir

Konqonun keçmiş prezidenti edam olunacaq Vətənə xəyanət ittihamı ilə

Qrizmannın 200 cü qolu “Qarabağ”ın daha bir rəqibinin darmadağınına səbəb olub VİDEO

Veteran futbolçular dünya çempionatında meydan sulayırlar

Veteran futbolçular dünya çempionatında meydan sulayırlar

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Klublararası dünya çempionatında (KDÇ) arxada qalan ilk iki turda diqqəti cəlb edən məqamlardan biri veteran futbolçuların çıxışı ilə bağlıdı.

"Football-plus.az" xəbər verir ki, yaşı 35-dən yuxarı olanlardan bəziləri mundialda sözün həqiqi mənasında meydan sulayırlar.
İndi onların ilk matçlardakı oyununa və yaxın gələcəkdəki aqibətinə nəzər salacağıq.
Ramos “Real” ilə oyuna can atır?
Belə desək, Avropa futbolunu fəth edən Serxio Ramos bu ilin əvvəlində Amerikaya üz tutdu. Fevralda Meksikaya yollanan ispaniyalı müdafiəçi “Monterrey”lə müqavilə bağladı.
“Real”ın formasında keçirdiyi 16 il (2005-21) ərzində bütün mümkün titulları qazanan dünya və Avropa çempionu karyerasının qürub çağını yaşayır. Buna baxmayaraq, təcrübəli futbolçu hələ də yaşıl meydandakı bacarıqlarını yüksək səviyyədə nümayiş etdirə bilir. İlk turun “İnter”ə qarşı oyununda künc zərbəsindən göndərilən topa başı ilə özünəməxsus tərzdə toxunaraq hesabı açdı. Məhz Ramosun vurduğu qol komandasına UEFA Çempionlar Liqasının (ÇL) son finalçısından xal almaq (1:1) imkanı yaratdı. “River Pleyt” ilə növbəti oyunda hesab açılmadı. Və burda da Serxionun müdafiə xəttindəki inamlı çıxışı sözünü dedi.
“İnter”ə vurduğu qolu zəngi imitasiya etməklə qeyd etdi. Deyilənə görə, bununla karyerasını “Real”da başa vurmaq istəyinə bir daha işarə vurub. Bunun üçün dünyanın dörd bir yanından aldığı cəlbedici təklifləri geri çevirməyə hazır idi. Lakin Madriddə onu yada salan olmamışdı.
39 yaşlı mərkəz müdafiəçisi “Monterrey”də keçirdiyi qısa müddətdə özünəməxsus karyerasını əks etdirməyə nail olub. KDÇ-yə qədər Meksika klubunun formasında müxtəlif turnirlərdə meydana çıxdığı 8 oyunda 3 qol vurub, üstəlik birbaşa qırmızı vərəqə də alıb.
Yəqin ki, Serxio hazırkı komandası ilə klubların mundialında oynayacağı oyunları səbirsizliklə gözləyib. Birincisi, məhz Amerika qitəsində keçirilən turnirə maraq getdikcə artır. İkinci amil isə ABŞ-yə “Real”ın da gəlməsi ilə bağlıdı.
Onun hazırkı və sabiq komandası fərqli qruplarda mübarizə aparır. Amma “Monterrey” ilə “Real”ın pley-offun hansısa mərhələsində (təbii ki, qrupdan çıxacaqları halda) qarşılaşmaq ehtimalı var. Bu hadisə baş tutsa, çox maraqlı mənzərə formalaşacaq.
“Monterrey” artıq ilk oyundaca avropalılar üçün qapazaltı uşaq rolunda çıxış etmək fikrindən çox uzaq olduğunu göstərib. Ramos isə yüksək səviyyəli oyun vərdişlərini davam etdirə bildiyini nümayiş etdirib. Axı milanlıların qapısına yeganə qolu məhz o vurub!
Messi, sadəcə, futboldan həzz alır
Lionel Messinin bu turnirdə nəyisə sübut etməsinə ehtiyac yoxdu. O, əvvəlcə “Barselona”nın formasında 2004-21-ci illərdə saya-hesaba gəlməyən titul və mükafatlara sahib çıxıb. Sonra Argentina yığması ilə bütün mümkün titulları qazanaraq adını dünya futbolu tarixinə böyük hərflərlə yazmağı bacarıb. 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatı Lionel üçün şanlı karyerasında kuliminasiya nöqtəsi oldu. Məhz bu turnirin Fransa ilə sonuncu oyunundan sonra başı üzərinə qaldırdığı kubok onun parlaq futbolçu həyatında olan böyük boşluğu aradan qaldırdı.
Lionel məhz Qətərdəki turnirdən sonra digər titulları unudaraq futboldan həzz almağa başladı. 2023-cü ilin yayında PSJ-dən ayrılaraq Amerikaya üz tutdu. Sabiq ingilis futbolçu Devid Bekhemin MLS-də yaratdığı yeni layihəyə qoşuldu. “İnter Mayami”də “Barselona”dan olan sabiq oyundaşları Xordi Alba, Serxio Buskets və Luis Suares ilə yenidən çiyin-çiyinə oynamaq imkanı qazandı. Bu kompaniyada özünü rahat hiss edən 38 yaşlı Lionel dostları ilə birlikdə meydana çıxır, özü üçün futbol oynayır və səhnəyə yenicə çıxan klubu üçün fərq yaradır.
KDÇ mayamililər üçün heç də asan başlamadı: “Əl-Əhli” ilə ilk oyunda hesab açılmadı. Halbuki Mahmud Trezeqe misirlilərə qələbə qazandıra bilərdi. Amma ev sahiblərinin qapıçısı Oskar Ustari hücumçunun penalti zərbəsini dəf etdi. “Portu” ilə növbəti matçın daha çətin keçəcəyi gözlənilirdi. Avropalılar əla keçirdikləri ilk hissəni erkən qolla öndə başa vurdular. Lakin fasilədən dərhal sonra meydandakı mənzərə dəyişdi. Əvvəlcə Telasko Seqoviya hesabı bərabərləşdirdi. 54-cü dəqiqədə isə səhnəyə çıxan Messi baxımlı cərimə zərbəsi ilə qələbə qolunu vurdu.
İyunun 24-də 38 yaşı tamam olan argentinalının çox sayda titullardan sonra motivasiyasının qalmadığını düşünmək olar. Ancaq o, yenə də meydana çıxır və fenomenal bacarıqları ilə futbolu milyonlara sevdirir!
Modriç ilə Müller klublarıyla vidalaşacaqlar
Yaxın keçmişdə “Bavariya” və “Real”ın əfsanələri sayılan bir sıra futbolçular, necə deyərlər, artıq təqaüddədilər. Bəziləri isə təqaüdə çıxmağa hazırlaşırlar. Tomas Müller ilə Luka Modriç həqiqətən də, Almaniya və İspaniya nəhənglərinin formasında parlaq karyera qura biliblər. Amma ambisiyalı klublar yalnız irəli addımlamaq istəyir, yeni uğurları planlaşdırırlar. KDÇ veteranlar üçün klublarında sonuncu turnir olacaq.
Yəqin ki, Modriç tezliklə “Real”ı məyus və küskün şəkildə tərk edəcək. Xorvatiyalı yarımmüdafiəçi 2012-ci ildən formasını daşıdığı komandada daha bir mövsüm top qovmaq arzusunda idi. Xabi Alonso onu istəyinə çatdırmağa hazır idi. Lakin prezident Florentino Peres yeni baş məşqçinin xahişini geri çevirib.
Son xəbərlərə görə, Çempionlar Liqasında dəfələrlə qalib gələn və bir dəfə “Qızıl top”a layiq bilinən Modriçin yeni mövsümə “Milan”ın formasında başlamaq şansı çoxdu. Zarafat deyil, sentyabrın 9-da 40 yaşını tamamlayacaq. Hətta bu yaşında belə ağ formada daha bir titul qazanmağa həvəslidi və ona klubların mundialında veriləcək şansdan maksimum yararlanmağa çalışacaq.
Müllerli “Bavariya” turnirə fırtına kimi başladı. Almaniya nəhəngi ilk matçda dünya çempionatının aşkar autsayderi sayılan “Oklend Siti”nin qapısını, necə deyərlər, aşsüzənə çevirdi – 10:0!
Müller darmadağında iki qolla pay sahibi oldu. Onun komandası “Boka Xuniors” üzərində qələbədən (2:1) sonra turnirin favoritlərinin sırasındakı yerini bir qədər də möhkəmlədib. Münhenlilərin bu statusunu nə dərəcədə doğruldacaqlarını zaman göstərəcək.
Hələlik dəqiq olan bir fakt varsa, o da 35 yaşlı Tomasın 2008-ci ildən şərəfini qoruduğu “Bavariya”nı tərk edəcəyidi.
Veteranlar “İnter”ə soyuqqanlılıq verirlər
“İnter” “Bavariya” və “Mançester Siti” ilə birlikdə mundialın ən təcrübəli komandalarının sırasındadı. Milanlıların üç oyunçusu karyerasının qürub çağını yaşayır. Qərbi Avropada Dortmund, Mançester, London, Roma və Milan kimi aparıcı “futbol şəhərləri”nə ayaq basan Henrix Mxitaryan son illər “İnter”də titullar qazanıb, iki dəfə ÇL-in finalının həyəcanını yaşayıb.
Çox güman ki, Simone İnzaqinin gedişindən sonra 36 yaşlı yarımmüdafiəçiyə əsas heyətdə yer tapılmayacaq. Kim bilir, bəlkə də KDÇ-dən sonra İtaliya klubuna lazım olmayacaq.
Françesko Açerbi son üç mövsümdə milanlıların arxa xəttinin dəyişməz üzvlərindən biri olub. 37 yaşlı futbolçu oyun sisteminin əvəzolunmaz elementlərindən sayılır. Yan Zommer də onunla eyni kampaniyadadı. Bəlkə də Manuel Noyer 2023-cü ilin yanvarında ağır zədə almasaydı, isveçrəli üçün uzun müddət ciddi şans yetişməyəcəkdi.
“Bavariya” əsas qapıçısını əvəzləmək üçün Yanı tələm-tələsik “Borussiya”dan (Münhenqladbax) transfer etdi. O isə bir neçə aydan sonra İtaliyada qərar tutdu: “İnter” “Mançester Yunayted”ə satdığı Andre Onananın yerinə məhz Yanı layiq bildi. 36 yaşlı əlcək sahibi son iki mövsümdə milanlıların ona bəslədikləri ümidləri artıqlamasıyla doğruldub.
Bu üç futbolçu “İnter”ə təcrübə və soyuqqanlılıq verir. Doğrudu, komandanın orta yaş göstəricisinin çox olması “Monterrey” kimi nisbətən cavan rəqiblə matçda çətinliklər yaratdı. Meksikalılar hesabı açmaqla italiyalıların işini mürəkkəbləşdirdilər. Sürətdə bir qədər geri qalması avropalıları sonda 1:1 hesabına razılaşmağa vadar etdi. İstənilən halda təcrübə və soyuqqanlılıq KDÇ-də Kristian Kivunun yeni komandasına üstünlüklər qazandırır.
Argentinalılar “Benfika”nı hara qədər daşıya biləcəklər?
Nikolas Otamendi ilə Anxel Di Mariya son illər “Benfika”nın aparıcı oyunçularından sayılırlar. Argentinalıların hələ də böyük təcrübəsi sayəsində lissabonlulara fayda verdikləri şübhəsizdi. Müdafiəçi Otamendi KDÇ-də 1, yarımmüdafiəçi Di Mariya isə 3 qol (hamısı penalti ilə) vurub.
“Boka Xuniors” ilk matçın 27-ci dəqiqəsində iki top fərqi ilə önə keçsə də, Bruno Lajenin komandası əsla təslim olmadı. Qalan vaxtda məhz Di Mariya ilə Otamendi gənclik illərində olduğu kimi, əzmkar mübarizə ilə yadda qalaraq “qartallar”ı məğlubiyyətdən xilas etdilər. Di Mariya “Oklend Siti” ilə növbəti oyunda qazanılan 6:0 hesablı qələbədə 2 qol, Otamendi isə 1 məhsuldar ötürmə ilə rol oynadı.
Maraqlıdı, 37 yaşlı Nikolas ilə Anxel “Benfika”nı mundialda hara qədər daşıya biləcəklər?

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 İyul 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Müharibə riski ciddi olaraq qalır

30 Sentyabr 2025 13:01see241

Mənsum İbrahimov: Cabir İmanovun hər sözü, hər kəlməsi daxildən gəlirdi, təmənnasız idi

30 Sentyabr 2025 13:31see240

“Cabir İmanovla bir məktəbdə oxumuşuq”

30 Sentyabr 2025 13:37see227

İtaliya prezidentinin səfəri yeni əməkdaşlıq perspektivlər üçün zəmin yaradacaq

01 Oktyabr 2025 18:21see222

PSJ nin müdafiəçisi: “Dünyanın ən yaxşı komandasıyıq”

30 Sentyabr 2025 09:48see176

Hər gün onun ruhu ilə məsləhətləşirəm Polşanın yeni lideri

30 Sentyabr 2025 15:06see156

250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? 11 şübhəli var

30 Sentyabr 2025 13:49see151

Nazir: Naxçıvanda “Yaşıl Enerji Zonası” modelinin qurulması üçün tədbirlər görülür

30 Sentyabr 2025 10:20see149

Xocalı və Ağdərədə bir qrup sakin üçün kiçik bizneslər yaradılıb FOTO

30 Sentyabr 2025 15:08see139

“Paşinyan Zəngəzur dəhlizi layihələrini seçkilərə qədər tamamlamğa çalışacaq” Elçin Mirzəbəyli

30 Sentyabr 2025 13:29see136

Cabir İmanov əvvəldə də infarkt keçirib?

30 Sentyabr 2025 12:42see134

Tramp Rusiyanı yenə kağız pələng adlandırdı

01 Oktyabr 2025 01:12see128

Beyin mərkəzlərinin əməkdaşlığı: Türk dünyasının intellektual gücü birləşir

30 Sentyabr 2025 11:07see126

Türkiyə Ukrayna münaqişəsi ilə bağlı daha çox məsuliyyəti öz üzərinə götürməyə hazırdır

30 Sentyabr 2025 22:13see124

Qəhvə iç və daha uzun yaşa...

30 Sentyabr 2025 22:16see123

Nazir sammitdə təhsildən danışdı

30 Sentyabr 2025 16:20see122

UEFA ÇL: “Qalatasaray qalib gəlib, Kayrat” 5 qol buraxıb

01 Oktyabr 2025 01:04see122

Vətən müharibəsinin beşinci günü Azərbaycan Ordusu düşmənə zərbələr endirir

01 Oktyabr 2025 08:31see122

Konqonun keçmiş prezidenti edam olunacaq Vətənə xəyanət ittihamı ilə

01 Oktyabr 2025 01:08see121

Qrizmannın 200 cü qolu “Qarabağ”ın daha bir rəqibinin darmadağınına səbəb olub VİDEO

01 Oktyabr 2025 01:58see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri