Veteran pulu ilə bağlı yeni XƏBƏR
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanda 80 manat məbləğində aylıq Prezident təqaüdü verilən müharibə veteranlarının sayı məlum olub.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, 2026-cı ildə 182 961 veteran Prezident təqaüdü alır.
Bu göstərici onu deməyə əsas verir ki, hər ay 14 636 880 manat vəsait müharibə iştirakçılarına sosial müavinət kimi ödənilir.
Təqaüd alan veteranların sayı 2025-ci 184 696, 2024-cü ildə 183 967, 2023-cü ildə 182 176, 2022-ci ildə 95 417, 2021-ci ildə isə 94 915 olub. 2021-2025-ci illər arasında onların sayı 2 dəfəyədək artıb.
Respublikanın rayonları arasında bölgü
Ölkə üzrə ən çox təqaüd alan veteran Qazax-Tovuz iqtisadi rayonunda qeydiyyatdadır. Belə ki, hazırda bu bölgədə təqaüd alanların sayı 19 431-dir. Təqaüd alanların say azlığına görə seçilən bölgə isə Dağlıq Şirvan iqtisadi rayonudur. Burada hazırda 4 988 nəfərə təqaüd verilir.
Təqaüd alan sakinlərinin sayının çoxluğuna görə ilk sıralarda Sumqayıt (6 087) və Gəncə (6 085) şəhərləri yer alır. Bu mənada ən aşağı göstəricilər isə Sədərək (339) və Xızı (348) rayonlarındadır.
Milli.Az
Baxış sayı:207
Bu xəbər 13 Aprel 2026 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















