Icma.az
close
up
RU
Veteran pulu ilə bağlı müjdəli xəbər

Veteran pulu ilə bağlı müjdəli xəbər

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Müharibə veteranlarına verilən aylıq 80 manatlıq müavinətin artırılması ilə bağlı müzakirələr əsasən sosial təminat siyasəti və ümumi iqtisadi şəraitlə əlaqələndirilir. Bu mövzu cəmiyyətdə tez-tez gündəmə gəlir. Bəs, bu müavinətin artırılması hansı iqtisadi və sosial amillərlə bağlıdır və ümumiyyətlə yenidən baxılması ehtimalı nə dərəcədə realdır?
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Razi Abasbəyli bildirib ki, 2026-cı ilin dövlət büdcəsində bir sıra sosial ödənişlərdə artımlar müşahidə olunub.

iqtisadçı ekspert Razi Abasbəyli


"Xüsusilə pensiya və müavinətlərin həcmi artırılıb. Eyni zamanda pensiyaların indeksləşdirilməsindən sonra təxminən 9,5%-ə qədər artım qeydə alınıb. Lakin bəzi sahələrdə artımlar həyata keçirilməyib. Xüsusilə minimum əməkhaqqının artırılması və yaşayış minimumu ilə bağlı gözlənilən artımlar baş verməyib. Bununla belə, Azərbaycanda artıq hökumətin bir neçə dəfə dövlət büdcəsinə yenidən baxmaq və xərclər istiqamətində düzəlişlər etmək imkanı var. Əvvəllər belə bir çevik mexanizm mövcud deyildi. Lakin 2026-cı ildən gözləntilər var ki, büdcəyə yenidən baxılarkən sosial müavinətlər, minimum əməkhaqqı və yaşayış minimumu ilə bağlı əlavə artımlar həyata keçirilə bilər".
Ekspert bildirib ki, əsas gözləntilərdən biri də 2020-ci ildən bu günə qədər müharibə iştirakçılarına verilən 80 manatlıq sosial müavinətlərin artırılmasıdır. 
"Ehtimala görə, ilin sonuna qədər veteranlara verilən sosial yardımlarda müəyyən artımlar ola bilər. Son aylarda neft qiymətlərinin yüksək olması da büdcə gəlirlərinə təsir edib. Cari ilin dövlət büdcəsində neftin qiyməti 65 dollar səviyyəsində proqnozlaşdırılsa da, faktiki qiymətlər bundan xeyli yüksək olub, bəzi dövrlərdə 70–80% daha yüksək göstəricilər qeydə alınıb. Nəticədə həm Dövlət Neft Fondu, həm də vergi daxilolmaları üzrə büdcəyə əlavə vəsaitlər daxil olub. Bu isə imkan verir ki, ilin ikinci yarısı üçün nəzərdə tutulan büdcə xərcləri və proqnozlarda dəyişiklik edilsin".
Onun sözlərinə görə, gözləntilərə görə, bu dəyişikliklər minimum əməkhaqqı, yaşayış minimumu və veteranlara verilən sosial ödənişlərin artırılmasına səbəb ola bilər. Hazırda belə artımlar üçün hökumətin əlində proqnozdan kənar əlavə maliyyə imkanları formalaşıb.
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 May 2026 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see551

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see409

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see281

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see279

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see266

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see262

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see248

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see236

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see236

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see235

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see231

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see228

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see223

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see222

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see217

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see191

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see187

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see185

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see184

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri