Icma.az
close
up
RU
Veteranlar Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ETDİLƏR

Veteranlar Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ETDİLƏR

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Tədbir daha sonra Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında davam edib

Redaktor.az xəbər verir ki, bu gün 8 Noyabr zəfərinin 4-cü ildönümü münasibətilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri Təşkilatın sədri polkovnik Cəlil Xəlilovun rəhbərliyi altında Fəxri Xiyabanı ziyarət edib, Ulu öndər Heydər Əliyevin məzarı önünə əkil qoyublar. Daha sonra akademik Zərifə Əliyevanın məzarını və Şəhidlər Xiyabanını ziyarət edən veteranlar vətən yolunda həlak olanlara sevgi və ehtiramlarını bildirib, onların məzarı üstünə gül dəstələri qoyublar. Daha sonra tədbir Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında davam edib. 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, “Modern Ailə və İnkişaf” İctimai Birliyi və “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı tərəfindən birgə təşkil edilən tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Ümummilli lider Heydər Əliyevin, eləcə də dövlətimizin ərazi bütövlüyü uğrunda həlak olan şəhdilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 8 Noyabr zəfərinin tarixi əhəmiyyətindən, Silahlı Qüvvələrimizin bu müharibədə göstərdiyi qəhrəmanlıqlardan danışıb:

“8 Noyabr zəfəri Azərbaycanın dövlətçilik tarixində müstəsna əhəmiyyət kəsb edən bir zəfərdir. Bu, o qədər böyük qələbədir ki, bunun nəticəsi sadəcə Azərbaycanla məhdudlaşmadı. Bu, regionda və dünyada baş verən hadisələrə ciddi təsir göstərdi, qlobal aləmdə yeni status-kvo formalaşdırdı. Bu zəfər bütün anti-Azərbaycan qüvvələrinə göstərdi ki, xalqımız hər cür təhdid və təhlükəni dəf etməyə qadirdir və o, heç vaxt öz azadlığının bir zərrəsindən, öz torpağının bir qarışından belə imtina etməyəcək. 

44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında çox böyük qəhrəmanlıqlara imza atdı, sözün həqiqi mənasında XXI əsrin müharibəsini reallaşdırdı. Təsadüfi deyil ki, bu gün də Rusiya, ABŞ, Çin kimi nəhəng dövlətlər Vətən müharibəsini, ordumuzun bu müharibədə tətbiq etdiyi yenilikləri diqqətlə öyrənməkdədir. 

Biz əldə etdiyimiz bu böyük, şanlı zəfərə görə şəhdilərimizə, veteranlarımıza, xalqımıza, Prezidentimizə, vətəndaşlarımızın göstərdiyi yüksək həmrəyliyə borcluyuq və bu həmrəyliyi bundan sonra da qoruyub saxlamalı, inkişaf etdirməliyik”.

Tədbirdə çıxış edən “Modern Ailə və İnkişaf” İctimai Birliyinin sədri Zərifə Quliyeva da 8 Noyabr zəfərinin tarixi önəminə toxunub:

“8 Noyabr zəfəri Azərbaycanın hərb tarixində mühüm yer tutan böyük qələbələrdəndir. Bu qələbə bizə uzunmüddətli düşmən işğalına son qoymağa, öz ərazi bütölüyümüzü, suverenliyimizi bərpa etməyə kömək etdi. Biz ərazi bütövlüyümüzlə yanaşı, həm də milli qürurumuzu bərpa etdik. Biz bu zəfərlə bütün dünyaya nümayiş etdirdik ki, Azərbaycan məğlubedilməzdir və hər zaman da beləcə yenilməz qalacaq.

Bu böyük qələbənin müəllifi isə heç şübhəsiz, Müzəffər Ali Baş Komandanımız, Silahlı Qüvvələrimiz, şəhidlərimiz və veteranlarımızdır”.

Tədbirdə çıxış edən millət vəkili Mehriban Vəliyeva ölkəmizin inkişafında, gülü ordunun formalaşmasında Ulu öndər Heydər Əliyev amilinə diqqət çəkib. Millət vəkili qeyd edib ki, məhz Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan milli inkişaf siyasəti, nizami ordunun formalaşdırılması sonrakı dönəmdə Prezidnt İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilmiş, nəticə etibarı ilə 8 Noyabr zəfərinin ortaya çıxmasını şərtləndirmişdir.

Tədbirdə çıxış edən veteranlar da 8 Noyabr zəfərini Azərbaycan tarixinin ən böyük zəfərlərindən biri kimi dəyərləndirib, şəhidlərimizə, veteranlarımıza, ordumuza sevgi və ehtiramlarını bildiriblər. 

Tədbirin sonunda vətənpərvərlik tərbiyəsinin təbliğindəki xidməltərinə görə fərqlənən veteranlar Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Fəxri Fərmanla təltif ediliblər. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Noyabr 2024 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri