Icma.az
close
up
RU
® “Veysəloğlu” Acarıstanda: yeni tərəfdaşlıqlar və investisiya imkanları gündəmdə

® “Veysəloğlu” Acarıstanda: yeni tərəfdaşlıqlar və investisiya imkanları gündəmdə

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

“Veysəloğlu Şirkətlər Qrupu” Acarıstan Muxtar Respublikasında keçirilən yüksəksəviyyəli biznes görüşlərində iştirak edərək regionun investisiya potensialı, iqtisadi inkişaf perspektivləri və Azərbaycan şirkətləri ilə mümkün əməkdaşlıq istiqamətlərini müzakirə edib.

Görüşlər 2–5 sentyabr 2026-cı il tarixlərində Batumidə keçirilən “Grand CEO Tour” işgüzar səfər proqramı çərçivəsində baş tutub. Səfərdə “Veysəloğlu Şirkətlər Qrupu”nun Qrup CEO-nun Korporativ Funksiyalar üzrə müavini İlqar Nuri iştirak edib.

Səfərin əsas istiqamətlərindən biri Azərbaycan və Gürcüstan arasında biznes və investisiya əlaqələrinin inkişaf etdirilməsi, şirkətlər arasında yeni tərəfdaşlıq imkanlarının müəyyənləşdirilməsi və Acarıstanın prioritet iqtisadi sahələr üzrə potensialının Azərbaycan biznes dairələrinə təqdim olunması olub.

İlqar Nuri Acarıstan Muxtar Respublikasının hökumət başçısı Zurab Pataradze və maliyyə və iqtisadiyyat naziri Ednar Nataridze ilə keçirilən görüşlərdə iştirak edib. Müzakirələr zamanı regionun iqtisadi inkişaf strategiyası, investisiya mühiti, biznes imkanlarının genişləndirilməsi və Azərbaycan şirkətləri üçün potensial əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib.

Görüşlərdə, həmçinin Acarıstanın turizm və infrastruktur sahələrində inkişaf dinamikası, həyata keçirilən və perspektiv layihələr, eləcə də regionun yeni investisiyaların cəlb edilməsi baxımından imkanları barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan biznes çevrəsinin iştirakı ilə keçirilən görüşlər şirkətlərin regional biznes əlaqələrinin inkişaf etdirilməsi, yeni tərəfdaşlıqların araşdırılması və potensial investisiya imkanlarının dəyərləndirilməsi baxımından əhəmiyyət daşıyıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Acarıstan Muxtar Respublikasının hökumət başçısı Zurab Pataradze, maliyyə və iqtisadiyyat naziri Ednar Nataridze, Batumi şəhərinin meri Qiorqi Tsintsadze, eləcə də DEİK Türkiyə-Gürcüstan İşgüzar Şurasının sədri Osman Çalışkan Mzhavanadze və assosiasiya üzvləri ilə görüşlər keçirib.

Sentyabrın 3-də Zurab Pataradze ilə keçirilən görüş zamanı Acarıstan Muxtar Respublikasına “Caspian Business Award” mükafatı təqdim olunub. Acarıstan “Turizm sektoruna investisiya üçün ən əlverişli region” (“Best Region for Investment in the Tourism Sector”) nominasiyası üzrə birinci yerə layiq görülüb.

Bununla yanaşı, səfərdə iştirak edən şirkətlərin nümayəndələri potensial yerli biznes tərəfdaşları ilə fərdi B2B görüşlər keçiriblər. Görüşlər zamanı qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub, gələcək biznes əlaqələri üçün ilkin razılaşmalar və yeni işgüzar kontaktlar formalaşdırılıb.

Proqramın investisiya yönümlü hissəsi çərçivəsində iştirakçılar Gürcüstanın Goderdzi dağ-xizək kurortunda keçirilən “Investment Forum”da iştirak edib, Batumi Dəniz Limanı, Nobel Qardaşları Texnologiya Muzeyi və bir sıra istehsal müəssisələri ilə tanış olublar. Bu səfərlər regionun turizm, logistika, istehsal və infrastruktur imkanlarının daha yaxından öyrənilməsinə şərait yaradıb.

“Grand CEO Tour” haqqında

“Grand CEO Tour” “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının (MİLLİ.BİZ) birgə təşkilatçılığı, “Caspian Service” şirkətinin sponsorluğu ilə keçirilib. Proqramın əsas məqsədi Azərbaycan və Gürcüstan biznes dairələri arasında birbaşa əlaqələrin qurulması, investisiya və tərəfdaşlıq imkanlarının araşdırılması, eləcə də regional biznes dialoqunun genişləndirilməsi olub.

Səfərdə “Amexline”, “Azərsun Holding”, “Azmetco”, “Bureau 19”, “Caspian Services”, “Certspmc Services Limited”, “Debet Safety”, “Eight Group”, “Liv Hospital”, “Sabah Investment Group”, “Veyseloğlu Group of Companies” və digər şirkətlərin rəhbər və nümayəndələri iştirak ediblər.

“Caspian Energy Holding” haqqında qısa məlumat

İnvestisiya-konsaltinq holdinqi formatında fəaliyyət göstərən“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında birləşmiş bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid "Milli.Biz" ekosistemi daxilində konsolidasiya etmək məqsədilə təsis edilmişdir. "Milli.Biz" ekosistemi əsasında “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradılacaq.

“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir: “Caspian Energy Club”, “Caspian Energy Club International”, “Caspian Energy EXIFOR Group”, “Caspian Energy International Media Group”, “Award Organizers Group”, “Caspian Energy Research Group”,“Caspian Energy Entertainment Group”, “Caspian Energy Jobs Group”.

“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid "Milli.Biz" ekosistemi çərçivəsində hal-hazırda mövcud olan bütün xidmətlərlə yanaşı, hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. "Milli.Biz" ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.

2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılmışdır. Bu strukturun nəzdində idarə olunan və 2034-cü ilə qədər dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Sentyabr 2026 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see332

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see326

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see322

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see309

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see307

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see304

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see299

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see297

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see291

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see267

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see266

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see265

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see262

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see261

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see257

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see253

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see251

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see248

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see228

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri