Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

ChatGPT də problem yarandı

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Samiq Sadıxov vəzifəsindən azad edildi

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Veysəloğlu ərzaq təhlükəsizliyi və müştəri məmnuniyyətinə önəm verir ARAŞDIRMA

Veysəloğlu ərzaq təhlükəsizliyi və müştəri məmnuniyyətinə önəm verir ARAŞDIRMA

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Şəbəkə marketlərinin ərzaq təhlükəsizliyi və müştəri məmnuniyyətində rolu


"İstəyirik ki, mağazalarımızda məhsullarımız hər zaman təzə və keyfiyyətli olsun"


"Müştərilər üçün çeşidli və çoxsaylı endirim kampaniyaları təşkil olunur"


"Müasir texnologiyalardan, süni intellektin üstünlüklərindən yararlanılır"


Müasir dövrdə istehlakçılar ücün ərzaq təhlükəsizliyi və müştəri məmnuniyyəti başlıca prioritetlərdən biridir. Ələlxüsus böyük ticarət şəbəkələrində bu faktorlar şirkətin bazardakı mövqeyini müəyyənləşdirir. Pərakəndə satış şəbəkələrində ərzaq təhlükəsizliyinin və müştəri məmnuniyyətinin təmin olunmasında təchizat zənciri və topdansatış mərhələsi mühüm rol oynayır. Bu mərhələ məhsulların təchizatçılardan alınması, saxlanması, nəqliyyatı və mağazalara çatdırılması proseslərini əhatə edir. Məhsulların keyfiyyəti, təzəliyi və təhlükəsizliyi baxımından bu mərhələdə həyata keçirilən fəaliyyətlər son dərəcə əhəmiyyətlidir. Azərbaycanda pərakəndə satış bazarının önəmli oyunçularından biri olan Veysəloğlu Şirkətlər Qrupu, daxilində olan marketlər vasitəsilə bu sahədə ciddi nəzarət prosedurları tətbiq edir. Qrupun təchizat zəncirindəki mövqeyi və idarəetmə mexanizmləri, məhsulların tarladan mağazaya qədər olan yolunda təhlükəsizlik standartlarına uyğunluğunu və keyfiyyətin qorunmasını təmin edir. Soyuducu sistemlərlə təchiz edilmiş anbarlar, temperaturun daim izlənməsi və real vaxtda məhsul hərəkətinin izlənilməsi kimi tədbirlər məhsulların təzə və təhlükəsiz şəkildə mağazalara çatdırılmasına xidmət edir. Bu mərhələdəki fəaliyyətlər müştəri məmnuniyyətinin formalaşması və ərzaq təhlükəsizliyinin təmin olunması baxımından birbaşa təsirə malikdir. Veysəloğlu Şirkətlər Qrupunun təchizat zənciri və topdansatış mərhələsindəki fəaliyyəti, yalnız məhsul dövriyyəsini təmin etməklə kifayətlənmir. Eyni zamanda pərakəndə satış şəbəkələrinin ərzaq təhlükəsizliyi, keyfiyyət sabitliyi və istehlakçı etimadının formalaşmasına strateji töhfələr verir. 


Veysəloğlu Şirkətlər Qrupu və şəbəkə marketləri..


Veysəloğlu Şirkətlər Qrupuna daxil olan brendlər arasında ARAZ, OBA, SPAR, Favorit, Rossmann kimi tanınmış market şəbəkələri mövcuddur. Həmçinin, Qrup nəzdində "Sirab", "Badamlı" mineral suları, "Xonça" fabriki, "Ulduz" şokolad fabriki, "VİP-Prod" fabriki və s. şirkətlər fəaliyyət göstərir. Hazırda ölkə üzrə 1600-dən çox satış nöqtəsi ilə fəaliyyət göstərən VŞQ yüzminlərlə müştəriyə geniş çeşidli və təhlükəsiz məhsullar təqdim edir. Qida məhsullarının topdan və pərakəndə satışı üzrə ölkədə aparıcı mövqeyə malik Şirkətlər Qrupu dünyanın tanınmış markalarının 4025 çeşiddən çox məhsulunun ölkə üzrə distribusiyasını da həyata keçirir. Veysəloğlu Şirkətlər Qrupu marketçilik təcrübəsini 2010-cu ildə "Bolmarket" mağazasını quraraq əldə edib. İlk cəhd kifayət qədər uğurlu olmasa da, şirkətə dəyərli təcrübələr qazandırıb. 2011-ci ildə ARAZ supermarketlər brendini yaradan Şirkətlər Qrupu 2014-cü ildə ölkəyə ilk dəfə beynəlxalq pərakəndə markasını - SPAR-ı gətirməyə nail olur. 2016-cı ildə yüksək endirimli (hard-discount) mağazaçılıq modelini - OBA marketlər şəbəkəsini yaradır. 2017-ci ildə ölkənin ilk supermarketlərindən olan "Favorit" şəbəkə marketlərini satın alaraq pərakəndə ticarət şəbəkəsini genişləndirir. 2022-ci ildə Almaniya brendi olan "Rossmann" mağazalar şəbəkəsini yerli istehlakçılara təqdim edir. 


Ərzaq təhlükəsizliyi və müştəri məmnuniyyətinə verilən xüsusi önəm..


Pərakəndə satış mərhələsi ərzaq məhsullarının istehlakçılarla birbaşa təmasda olduğu ən həssas mərhələlərdən biridir. Ona görə də geniş çeşidli məhsul təklif etməklə yanaşı, istehlakçıların sağlamlığını və məmnuniyyətini qorumaq üçün müxtəlif qaydalara və standartlara əməl edilir. Marketlər beynəlxalq və yerli ərzaq təhlükəsizliyi standartlarına (ISO 22000, HACCP) uyğun məhsullar təklif edirlər. Yüksək keyfiyyətli məhsulların təmin olunması üçün etibarlı təchizatçılarla əməkdaşlıq edir, heyət və avadanlıqlar gigiyena standartlarına uyğunlaşdırılır. ARAZ, OBA, SPAR və Rossmann hər biri öz spesifik hədəf auditoriyasına xidmət etsələr də, ortaq məqam - ərzaq məhsullarının təhlükəsiz şəkildə təqdim olunması və yüksək müştəri məmnuniyyətinin təmin edilməsidir. "Araz" marketləri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin müvafiq reyestrində qeydiyyatdan keçmiş müəssisələrlə əməkdaşlıq edərək yalnız laborator analizlərdən keçmiş məhsulları müştərilərə təqdim edir. “Araz” supermarketlər şəbəkəsi, onların ərazisində fəaliyyət göstərən “Xonça” şirniyyat bölmələri, həmçinin ictimai iaşə obyektləri AQTA-nın müvafiq reysterindən keçərək qida təhlükəsizliyi qeydiyyatına alınıb. Bu barədə müvafiq sənədlər də istehlakçıla üçün əlçatan edilib və giriş qapısında xüsusi "QR" kodlar yerləşdirilib. Bu "QR" kodları oxutmaqla müştərilər alış-veriş etdikləri mağazaların, onların ərazisindəki “Xonça” şirniyyat bölmələri və kafelərin qida təhlükəsizliyi qeydiyyatından nə zaman keçdiyini, müvafiq çıxarışları və digər sənədləri əldə edə bilərlər. OBA Market daha kiçik formatda fəaliyyət göstərməsinə baxmayaraq, sürətli xidmət və əlçatanlıq xüsusiyyəti ilə fərqlənir. SPAR brendi beynəlxalq pərakəndə satış təcrübəsini yerli bazara gətirərək həm xidmət keyfiyyəti, həm də ərzaq təhlükəsizliyi sahəsində qabaqcıl təcrübələrdən istifadə edir. Bütün bu fəaliyyətlərin arxasında Veysəloğlu Şirkətlər Qrupunun strateji idarəetməsi dayanır.


Müştəri məmnuniyyəti və ərzaq təhlükəsizliyi arasında əlaqə var


Müştəri məmnuniyyəti pərakəndə satış sektorunda şirkətin uğurunun əsas göstəricilərindən biri olmaqla yanaşı, ərzaq təhlükəsizliyi ilə birbaşa bağlıdır. Təhlükəsiz ərzaq təklifi istehlakçının özünü rahat və güvənli hiss etməsinə səbəb olur. Əgər müştəri aldığı məhsulun təzə, etibarlı olduğundan əmin olursa, bu, alıcının həmin mağazaya və brendə qarşı loyallığını artırır. Araz, OBA, SPAR və Rossmann-da müştəri yalnız məhsulun dadı və qiyməti ilə deyil, onun təqdimat şəraiti, saxlanılma şərtləri və personalın peşəkarlığı ilə də məmnunluq hissi yaşayır. Təhlükəsiz ərzaq təminatı yüksək müştəri məmnuniyyətinin təməlini təşkil edir. Veysəloğlu Şirkətlər Qrupu bu iki anlayışı paralel şəkildə inkişaf etdirərək, bazarda dayanıqlı mövqe tutmaqla yanaşı, müştəri etimadını da davamlı şəkildə möhkəmləndirir.


Müştərilər üçün çeşidli və çoxsaylı endirim kampaniyaları təşkil olunur


Marketlər şəbəkəsi müştərilərə müxtəlif büdcələrə uyğun keyfiyyətli məhsullar təqdim edir. Adekvat qiymətlər və endirim kampaniyaları alıcıların loyallığını artırır. Supermarketlər şəbəkəsi mütəmadi olaraq müxtəlif endirim kampaniyaları ilə yeni fürsətlər yaradır. Müştəriləri “Endirimlər zəng çalır”, “30 manatda fürsət var”, “Kassirdən soruş”, “Daim aşağı qiymət”, “Agent-009”, “Çarxı çevir, endirim qazan” və s. kimi kampaniyalar çərçivəsində müxtəlif şərtlərlə endirimlərdən yararlana bilirlər. OBA marketləri də keyfiyyətli məhsulları əlverişli qiymətlərlə təqdim edir və müştərilərin məhsulları 14 gün ərzində qaytarmaq hüququnu təmin edir. Raf və kassadakı qiymətlər arasında fərq olduqda, ən aşağı qiymət tətbiq edilir və müştərilərə kassa çeki təqdim olunur. Həmçinin, OBA-da "Qonşuda fürsət səbəbi", "Qənəti tətbiqlə et", "Qonşuda həftəsonu endirimləri", "Təzə və ləzzətli endirimlər" kimi ardıcıl kampaniyalar keçirilir. Avropanın “Rossmann” və “Pepco” kimi aparıcı brendlərinin yüksək keyfiyyətli, sərfəli məhsulları da “Araz” və müstəqil mağazalarda müştərilərə təqdim olunur. 


"Ulduz" Şokolad Fabrikinin uğurları..


Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Ulduz" Şokolad Fabriki, qida təhlükəsizliyi baxımından qlobal standartlara cavab verən "BRC" sertifikatına malikdir.  Dünyanın ən çətin yoxlama sistemi olan "BRC"nin ən yüksək dərəcəli “A” sertifikatını almaq üçün istənilən istehsalat müəssisəsi üç şərtə cavab verməlidir: qida təhlükəsizliyi, məhsulların yüksək keyfiyyəti və müəssisədəki bütün prosedurların Avropa Birliyi standartlarına uyğunluğu. Şirkət məhsulların keyfiyyətinə zəmanət vermək üçün ciddi nəzarət mexanizmləri tətbiq edir və bu sahədə peşəkar mütəxəssislər çalışır. Bu tədbirlər vasitəsilə Veysəloğlu Şirkətlər Qrupu, istehlakçılara keyfiyyətli və təhlükəsiz ərzaq məhsulları təqdim etməklə, ərzaq təhlükəsizliyini yüksək səviyyədə təmin edir. 


"Müasir texnologiyalardan istifadə olunmalı, istehsal prosesləri avtomatlaşdırılmalıdır"


Qida Təhlükəsizliyi üzrə ekspert Asim Vəliyev bildirib ki, qida istehsalında təhlükəsizlik səhvləri həm insan sağlamlığı, həm də iqtisadi itkilər baxımından ciddi problemlər yaradır: "Qida istehsalı prosesində gigiyenik normaların pozulması mikrobioloji çirklənməyə səbəb ola bilər. Bu səbəbi aradan qaldırmaq üçün işçilərə gigiyena qaydaları barədə mütəmadi təlimlər keçirilməlidir. Zavodlarda gigiyena standartlarına uyğun olaraq əl yuma məntəqələri və dezinfeksiya vasitələri təmin edilməlidir. Həmçinin xammalın və avadanlıqların gigiyenik vəziyyəti mütəmadi yoxlanılmalıdır. İlk daxil olan məhsulun ilk istifadə olunması prinsipinə (FIFO – First In, First Out) riayət edilməlidir. İstehsal prosesində beynəlxalq standartlara (HACCP, ISO 22000) əməl edilməməsi istehlakçıların sağlamlığı üçün risklər yaradır. Müasir texnologiyalardan istifadə olunmalı, istehsal prosesləri avtomatlaşdırılmalıdır". 


"İstəyirik ki, mağazalarımızda məhsullarımız hər zaman təzə və keyfiyyətli olsun"


"Araz" supermarketlər şəbəkəsinin rəhbəri Rəşad İbrahimov deyib ki, keyfiyyət bütün sahələrdə, əsas da qida sektorunda ən vacib göstəricidir. Çünki qidanın keyfiyyəti insanların sağlamlığına birbaşa təsir edir: "Buna görə də satdığımız məhsulların keyfiyyəti ilə bağlı daima düşünürük. Burada vacib olan odur ki, tədarük zənciri, yəni məhsulların daşınması və saxlanılması prosesi düzgün qurulsun. Biz istəyirik ki, mağazalarımızda məhsullarımız hər zaman təzə və keyfiyyətli olsun. Veysəloğlu Şirkətlər Qrupu səviyyəsində qida keyfiyyətinə nəzarət edən peşəkar komanda var ki, müvafiq qurumlarla əməkdaşlıqla bu məsələni ciddi nəzarət altında saxlayır. Fəaliyyətimizin əsasında xidmətdə yenilik, müştəri məmnuniyyəti və sədaqəti üçün çalışmaq dayanır. Bu, korporativ mesaj kimi səslənə bilər. Amma biz doğrudan da belə edirik. Gəlin sizə misal çəkim. Mağazalarımızda görmə zəifliyi ilə əlaqədar məhsulları seçməkdə çətinlik çəkən müştərilərimiz üçün lupalı arabalar mövcuddur. İstehlakçıların demək olar ki, hər gün ehtiyac və gözləntiləri dəyişir. Ona görə gözləntiləri qarşılamaq və bəzən üstələmək üçün dayanmadan çalışırıq". 


Müştəri rahatlığı üçün yeni texnologiyalar tətbiq edilir


"Araz" marketləri ərzaq təhlükəsizliyi və təchizat zəncirinin şəffaflığını artırmaq məqsədilə süni intellekt və blokçeyn kimi qabaqcıl texnologiyalardan faydalanır. Yalnız laborator analizlərdən keçən məhsullar müştərilərinə təklif olunur. Onlayn platformalar müştərilərə öz cihazlarından rahat şəkildə alış-veriş etməyə imkan verir, növbə gözləmək ehtiyacını azaldır. Mağazadaxili rəqəmsal ekranlar və interaktiv displeylər ani məhsul məlumatı və resept təklifləri ilə alış-veriş təcrübəsini daha cəlbedici edir. Mobil ödəniş seçimləri və rəqəmsal pul kisələri təhlükəsiz və əngəlsiz ödəniş üsulları təklif etməklə ödəniş prosesini sadələşdirir. Süni intellekt həmçinin anbarları və çatdırılma xidmətlərini avtomatlaşdırır və robotlar və dronların köməyi ilə səmərəliliyi artırır. Nəticədə, süni intellekt və blokçeyn kimi texnologiyalar qida pərakəndə satış sənayesini əsaslı şəkildə dəyişir. 


Məqalə Veysəloğlu Şirkətlər Qrupunun, Azərbaycan Mətbuat Şurasının və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin “Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Aprel 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see260

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see229

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see219

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see204

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see203

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see181

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see179

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see164

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see154

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see145

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see134

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see132

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see132

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see131

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see124

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see123

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see123

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see122

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see122

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri