Icma.az
close
up
RU
Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarına ADA Universitetində birillik təlim keçirilib FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarına ADA Universitetində birillik təlim keçirilib FOTOLAR

Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ADA Universitetində Veysəloğlu Şirkətlər Qrupunun rəhbər mövqedə çalışan əməkdaşları üçün təşkil edilən “Biznesin İdarəedilməsi üzrə​ Kompleks Bacarıqların Gücləndirilməsi Proqramı” başa çatıb.

Mia.az xəbər verir ki, bu münasibətlə ADA Universitetində yekun tədbir keçirilib, iştirakçılara sertifikatları təqdim edilib.

Tədbirdə çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev vurğulayıb ki, şirkətlərin inkişafı insan resurslarının potensialından asılıdır: "Sevindiricidir ki, Veysəloğlu Şirkətlər Qrupu əməkdaşlarının inkişafını təmin etmək üçün onları iş mühitindən universitet mühitinə keçid etməyə təşviq edib. ADA Universiteti isə onları uzunmüddətli öyrənmə prosesinə cəlb edib. İştirakçılar isə öz növbələrində Şirkətin gələcəyini qurmaq, onu qabağa aparmaq üçün əhəmiyyətli olan, dövrün tələbləri ilə uzalaşan bacarıqlar əldə ediblər".

Veysəloğlu Şirkətlər Qrupunun Təsisçisi və Baş İcraçı Direktoru Aydın Talıbov çıxışında vurğulayıb ki, ötən illər ərzində şirkət tərəfindən əməkdaşların bilik və bacarıqlarının, həmçinin təcrübələrinin artırılması ilə bağlı təlim proqramlarında iştiraka xüsusi önəm verilib: "Adətən əməkdaşların bənzər təlimlərdə iştirak üçün xarici ölkələrə göndərildiyini deyən Aydın Talıbov ADA Universiteti ilə tanışlıqdan sonra belə təlimlərin ölkəmizin hüdudları daxilində də yüksək səviyyədə verilə bilməsindən məmnunluğunu ifadə edib".

Daha sonra, Proqram iştirakçılarından İnsan Resursları direktoru Ziya Rəcəbov və “OBA” Marketlər Şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova təəssüratlarını bölüşərkən söyləyiblər ki, sözügedən proqram universitet-sənaye əməkdaşlığının uğurlu nümunələrindən biridir, insan kapitalına qoyulan səmərəli investisiyadır.

Təlimçi qismində fikrlərini bölüşən Şəmsiyyə Mustafayeva deyib ki, intensiv seanslar vasitəsilə liderliyin müxtəlif ölçüləri araşdırılıb, iştirakçılara nəzəriyyənin praktiki tətbiqinə cavab verən zəngin öyrənmə mühiti təqdim edilib.

Qeyd edək ki, rəhbər mövqedə fəaliyyət göstərən əməkdaşların bilik və bacarıqlarının artırılması üçün təşkil edilən bir illik proqram 600-dan çox dərs saatını əhatə edib.

7 modul üzrə iştirakçılar emosional zəka, strateji planlaşdırma, liderlik, idarəçilik, kommunikasiya və digər bacarıqlarını inkişaf etdiriblər.

Öz sahələrində ixtisaslaşmış yerli və xarici ekspertlərin iştirakı ilə tədris edilən modullar qrup işi, real hadisə analizi, simulyasiya kimi interaktiv formatlarda təşkil edilib.

Xatırladaq ki, “Biznesin İdarəedilməsi üzrə​ Kompleks Bacarıqların Gücləndirilməsi proqramı” ADA Universiteti və Veysəloğlu Şirkətlər Qrupu ilə arasındakı əməkdaşlıq memorandumdan irəli gələrək həyata keçirilib.

ADA Universitetində Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşları üçün təşkil edilən birillik təlim başa çatıb.

Mia.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://mia.az
archiveBu xəbər 20 Dekabr 2024 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri