Icma.az
close
up
RU
ADA Universitetində Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşları üçün təşkil edilən birillik təlim başa çatıb Doğru Xəbərlər

ADA Universitetində Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşları üçün təşkil edilən birillik təlim başa çatıb Doğru Xəbərlər

Dogru.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ADA Universitetində Veysəloğlu Şirkətlər Qrupunun rəhbər mövqedə çalışan əməkdaşları üçün təşkil edilən “Biznesin İdarəedilməsi üzrə​ Kompleks Bacarıqların Gücləndirilməsi Proqramı” başa çatıb. Bu münasibətlə dekabrın 18-i ADA Universitetində yekun mərasim keçirilib, iştirakçılara sertifikatları təqdim edilib.

Mərasimdə çıxəş edən ADA Universitetinin Rektoru Hafiz Paşayev çıxışı zamanı vurğulayıb ki, şirkətlərin inkişafı insan resurslarının potensialından asılıdır. Sevindiricidir ki, Veysəloğlu Şirkətlər Qrupu əməkdaşlarının inkişafını təmin etmək üçün onları iş mühitindən universitet mühitinə keçid etməyə təşviq edib.

ADA Universiteti isə onları uzunmüddətli öyrənmə prosesinə cəlb edib. İştirakçılar isə öz növbələrində Şirkətin gələcəyini qurmaq, onu qabağa aparmaq üçün əhəmiyyətli olan, dövrün tələbləri ilə uzalaşan bacarıqlar əldə ediblər.

Veysəloğlu Şirkətlər Qrupunun Təsisçisi və Baş İcraçı Direktoru Aydın Talıbov çıxışında vurğulayıb ki, ötən illər ərzində şirkət tərəfindən əməkdaşların bilik və bacarıqlarının, həmçinin təcrübələrinin artırılması ilə bağlı təlim proqramlarında iştiraka xüsusi önəm verilib. Adətən əməkdaşların belə təlimlərdə iştirak üçün xarici ölkələrə göndərildiyini deyən Aydın Talıbov ADA Universiteti ilə tanışlıqdan sonra belə təlimlərin ölkəmizin hüdudları daxilində də yüksək səviyyədə verilə bilməsindən məmnunluğunu ifadə edib.

Daha sonra, Proqram iştirakçılarından İnsan Resursları direktoru Ziya Rəcəbov və Natavan İbrahimova təəssüratlarını bölüşərkən söyləyiblər ki, sözügedən proqram Universitet-Sənaye əməkdaşlığının uğurlu nümunələrindən biridir, insan kapitalına qoyulan səmərəli investisiyadır.

Dünya Bankının gender bərabərliyi üzrə aparıcı eksperti, dayanıqlı inkişaf üzrə müşavir Şəmsiyyə Mustafayeva təlimçi qismində fikrlərini bölüşərkən deyib ki, intensiv seanslar vasitəsilə liderliyin müxtəlif ölçüləri araşdırılıb, iştirakçılara nəzəriyyənin praktiki tətbiqinə cavab verən zəngin öyrənmə mühiti təqdim edilib.

Qeyd edək ki, rəhbər mövqedə fəaliyyət göstərən əməkdaşların bilik və bacarıqlarının artırılması üçün təşkil edilən bir illik proqram 600-dan çox dərs saatını əhatə edib.

7 modul üzrə iştirakçılar emosional zəka, strateji planlaşdırma, liderlik, idarəçilik, kommunikasiya və digər bacarıqlarını inkişaf etdiriblər.

Öz sahələrində ixtisaslaşmış yerli və xarici ekspertlərin iştirakı ilə tədris edilən modullar qrup işi, real hadisə analizi, simulyasiya kimi interaktiv formatlarda təşkil edilib.

Xatırladaq ki, “Biznesin İdarəedilməsi üzrə​ Kompleks Bacarıqların Gücləndirilməsi proqramı” ADA Universiteti və Veysəloğlu Şirkətlər Qrupu ilə arasındakı əməkdaşlıq memorandumdan irəli gələrək həyata keçirilib.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://dogru.az
archiveBu xəbər 19 Dekabr 2024 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri