Icma.az
close
up
RU
Vəzifədən yola salınan bu məmuru həbs gözləyir

Vəzifədən yola salınan bu məmuru həbs gözləyir

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nəzarəti altında təşkil olunan “Dövlət Satınalmaları”nda iştirak edən sahibkarların şikayətləri  artmaqdadır.

Son günlər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəhbərliyində bir neçə vəzifəli şəxsin işdən kənarlaşdırılması bu qurumun fəaliyyətini yenidən aktuallaşdırıb.

Gununsesi.info-nun bu araşdırmasında Antiinhisar Agentliyinin faəliyyətinə nəzər salınıb.

Dövlət tərəfindən  “e-tender” platforması üzərindən təşkil olunan Dövlət Satınalmalarının effektivliyinin daha da artırılması üçün kifayət qədər  vəsait xərclənsə də  məlum olur ki, bu sahədə şəffaflıq təmin olunmayıb.

Belə ki, mətbuatda, eləcə də müxtəlif kurs və seminarlarda Dövlət Satınalmalarının şəffaflığından danışaraq bütün proseslərin tam qaydalara uyğun olaraq keçirldiyi illuziyasını yaradan məmurlar  sonradan öz kabinetlərinə keçdikdə danışdıqlarının əksini edirlər.

 Adıçəkilən formada Dövlət Büdcəsinin talanmasında kifayət qədər iştirakı olan məmurlar  isə illərdir ki,  Antiinhisar və İstehlak Xidmətinin Şöbə Müdiri vəzifəsində işləmiş hal-hazırda isə müxtəlif qanunsuz əməlləri aşkar olunduğundan şöbə müdiri vəzifəsindən azad olunaraq müşavir vəzifəsinə təyin olunan Əhməd Həsənovdur. Son təsdiqlənməmiş məlumatlara görə Əhməd Həsənov bu vəzifəsindən də kənarlaşdırılıb.

Bəzi iddialara görə, hüquq-mühafizə orqanları Əhməd Həsənov barəsində araşdırmalara başlayacaq.

Bildirilir ki, bu araşdırmalar nəticəsində  Əhməd Həsənovun çoxsaylı qanunazidd əməlləri üzə çıxa bilər.

Bu isə yüz milyonlarla vəsaitin planlı şəkildə talanması deməkdir.

Bildirilir ki, Əhməd Həsənov müxtəlif vaxtlarda kifayət qədər iri həcmli tenderlərə müdaxilə edərək satınalan təşkilatların təsdiq üçün göndərdikləri qalibləri kənarlaşdıraraq artıq qiymətlərlə iştirak edən 2-3 cü yerlərdə olan iddiaçıları qalib elan etmişdir.

Şirkətlər tələb olunan alqı-satqı və xidmətlər üzrə əsas tələbləri ödədiyi halda heç bir əhəmiyyət kəsb etməyən əlavə şərtlər və tələblər yerləşdirməklə şirkətlərin tenderlərdə iştirakını məhdudlaşdırmış və ya prosesdən kənarlaşdırmışdır. Eləcə də müxtəlif satınalan təşkilatlarla sövdələşmə edərək tenderlərdə alqı -satqı və xidmətlər üçün tələblər xanasında şişirdilmiş rəqəmlər qeyd etməklə, öz qalib edəcəkləri şirkəti məlumatlandırıblar.

Belə ki, onlara həmin xanaları boş saxlamaq və ya realdan dəfələrlə aşağı qiymət yazdırmaqla ən aşağı qiymətlə qalib gəlmələrini təmin ediblər.

Bu prosesə bələd olan sahibkarlar deyir ki, qalib elan olunan  şirkətlərin adı qalmaqallarda, vergi borclarında və dələduzluqda hallanıb.

Bu proses zamanı isə tenderlərə qatılmaq istəyən şirkətlərin narazılıqları araşdırılmayıb.

Antiinhisar və İstehlak Xidməti birbaşa belə halların aşkarlanaraq müvafiq addımlar atmalı olduğu halda onlarla ünvanlanmış müraciətləri araşdırmadan, şablon cavablar verməklə kifayətlənib.

Hal- hazırda Portal üzərindən təşkil olunmuş müxtəlif tenderlər Satınalan təşkilatlar tərəfindən təsdiq olunması üçün göndərilsə də heç bir səbəb olmadan aylarla gözlədilir.

Bu isə qanunvericiliyin ciddi şəkildə pozulması deməkdir.

Bugün Azərbaycanın yeni maliyyə naziri  Sahil Babayevin apardığı siyasət dövlət büdcəsi xərclərində israfçılığın qarşısının alınması, qənaət prinsipinə söykənib. Azərbaycan hökumətinin əsas prioriteti isə işğaldan azad olunmuş torpaqlarda yeni həyat üçün işlərdir.

Belə bir məqamda Əhməd Həsənov kimi məmurlar açıq-aydın dövlətin büdcəsini talan etməklə məşğuldurlar. Lakin yenə də diqqətçəkən məqam ondan ibarətdir ki,  bu şəxsin fəaliyyəti ifşa olunsa da heç bir şey olmamış kimi sadəcə vəzifəsindən azad olunaraq yola salınır.

Nəzər alsaq ki, bu günə kimi Dövlət Büdcəsini talan etmiş müxtəlif məmurlar, hətta nazirlər belə cinayət məsuliyyətinə cəlb olunub.

Amma nədənsə Əhməd Həsənov sərbəstdir. İddialara görə müxtəlif vaxtlarda Əhməd Həsənovun komandasında onunla birlikdə işləmiş Zəminə Əliyevanın,Tural İsmayılovun və eləcə də Elşən Cəfərovun da adları bu qanunsuzluqlarda hallanır.

Əgər hüquq-mühafizə orqanları Antiinhisar Agentliyinin fəaliyyətini ciddi araşdırsa o zaman yuxarıda adıçəkilən şəxslərin də məsuliyyəti müəyyən ediləcək.

Əks təqdirdə bu şəxslərin sadəcə xidmətdən azad olunaraq yola salınması isə gələcəkdə bu cür talamaların davam etməsinə yaşıl işıq deməkdir.

Antihinsar Agentliyinin rəhbəri Elnur Bağırovdur.

Bu o şəxsdir ki, fəaliyəti Konstitutsiya Qanunu ilə tənzimlənən İnsan Hüquqları Üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyevanın sorğusunu belə cavabsız qoyur. 

Görünür, problem həm də Elnur Bağırovun fəaliyyətindədir.

Elmar

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 Dekabr 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see264

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see176

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see174

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see170

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see168

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see167

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see166

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see166

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see166

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see165

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see164

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see164

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see163

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see162

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see162

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see161

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see161

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see159

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see157

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri