Icma.az
close
up
RU
Vəzifəli şəxsi ayı parçaladı

Vəzifəli şəxsi ayı parçaladı

Rusiyanın Kamçatka vilayətində ayı kişini dərəyə sürükləyib.

"Ölkə.az" xəbər verir ki, hadisə Klyuçi kəndindən 200 kilometr aralıda yerləşən Ozernovski mədən-metallurgiya zavodunun ərazisində baş verib.

Məlumata görə, heyvan zavodun ərazisinə daxil olub 46 yaşlı kişini tutaraq 50 metr məsafəyə sürükləyib. Fəhlələr yalnız kişinin qışqırtısını eşidəndə vəziyyətdən xəbərdar olublar.

Təhlükəsizlik xidmətinin rəisi yırtıcını güllələyib. Zərərçəkmiş kişi isə başından və ayaqlarından xəsarətlər alıb, həkimlər onu xilas edə bilməyiblər.

Məlum olub ki, həmin şəxs zavodun sahibi olan qızıl mədən şirkətində texnologiya üzrə direktor müavini olub.(lent.az)

seeBaxış sayı:60
embedMənbə:https://olke.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri