Icma.az
close
up
RU
Vəzifəli şəxslər 1 milyonu aralarında belə bölüblər AzPolitika onlayn siyasiictimai qəzet

Vəzifəli şəxslər 1 milyonu aralarında belə bölüblər AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Cinayət yolu ilə pul qazanmaq məqsədilə yaradılmış 299 sayda şirkətin rəhbərlərindən biri-axtarışda olan musiqiçi həbs edilib.

"AzPolitika"nın "Qafqazinfo”-ya istinadən verdiyi məlumata görə, 37 yaşlı Yasin Əhmədov adına rəsmiləşdirilmiş şirkətlər vasitəsilə xüsuilə külli miqdarda dövlət vəsaitinin yeyintisində iştirakda ittiham edilir.

Maliyyə Monitorinqi Mərkəzinin izləmələri ilə şirkətlərin şübhəli əməliyyatlar apardığı üzə çıxıb. Məlum olub ki, Yasin Əhmədov və əlbir olduğu digər şəxslərin adına olan şirkətlər ölkə xarici və daxildəki müəyyən hesablara milyonlarla pul köçürüb. Pullar xaricə guya hansısa xidməti avadanlıqların alınması üçün köçürülsə də, heç bir alış-veriş aparılmayıb. Yeganə məqsəd cinayət yolu ilə qazanılmış pulları leqallaşdırmaq olub.

Cinayətdə adı hallanan Yasin bu prosesə qoşulana kimi incəsənətlə məşğul olub, ona sözügedən iş üzrə nisbətən kiçik fiqur da demək olar. Elə toy danışığı zamanı müştərilərdən biri ona belə bir işə qoşulmağı təklif edib. Musiqiçi ilə razılaşma belə olub ki, adına şirkətlər yaradılacaq, o, əziyyət çəkmədən hər mədaxil nəticəsində pul qazanacaq. Yasini bu işə cəlb edən daha böyük "baş”lar var. Onlar da istintaqa cəlb edilib, həbsdədirlər.

Hazırkı təqsirləndirilən şəxsi ona görə nisbətən kiçik fiqur adlandırırıq ki, onun qazancı hər köçürülən məbləğdən cəmi 200-300 manat olub. Məsələn, dövlət qurumlarının birindən 20 min manat pul köçürülübsə, oradan Yasinə 200-300 manat çatıb. O, istintaq müddətində özünü qismən təqsirli bilib.

Y.Əhmədov barəsində bu ilin iyulunda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində 179.4-cü (mənimsəmə-xüsuilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Həmin vaxt Yasin istintaqdan gizlənib, bu səbəbdən axtarışa verilib. O, bir neçə gün əvvəl tutulub, barəsində 2025-ci ilin yanvarın sonuna kimi həbs qətimkan tədbiri seçilib.

İstintaq cinayət məqsədilə istifadə edilən şirkətlərin hansı vəzifəli şəxslərlə iş gördüyünü üzə çıxarıb.

Süni şəkildə tenderlərdə qalib gələn şirkətlərə pul köçürüb mənimsəmə edən həmin şəxslərin adları istintaq materiallarında yer alıb:

- "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədrinin köməkçisi Abdullayev Samir Ramiz oğlu;

- "Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanası”nın baş həkimi Xudiyev Azər Mənaf oğlu;

- "Bakı şəhər Baş Səhiyyə İdarəsinin Təcili Yardım Avtobaza”sının direktoru Məmmədov Yaqub Şəmsi oğlu;

- "Abşeron Regional Elektrik Şəbəkəsi” MMC-nin direktoru Vəliyev Elman İsrafil oğlu;

- "Xızı rayon Şorabad bələdiyyəsi”nin sədri İsmayılov Fazil Şükür oğlu;

- "Dəmiryolservis” MMC-nin sabiq direktoru Lütfəlibəyov Əli Əşrəf Orxan oğlu;

- "5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin sabiq baş mühəndisi Sadıqov İsmayıl Lətif oğlu;

- "Bakı Xareoqrafiya Akademiyası”nın sabiq baş mühasibi Əzimov Sahib Şakir oğlu.

Adları keçən şəxslər xidmət göstərilməsi üçün 299 şirkətə dəyərindən artıq dövlət vəsaiti köçürüblər. Ümumilikdə qurumlardan 5 milyondan artıq pul köçürülüb, onun 1 milyondan bir qədər çox hissəsi sahibkarlarla köçürmə edən vəzifəlilər arasında bölüşdürülüb.

Məsələn, qurumlardan biri iki il ərzində mal-materiallar alınması üçün şirkətlərə dəyərindən 160 min manat artıq pul köçürüb.

Korrupsiya cinayətlərində əsas məqsəd dövlətə dəymiş ziyanın ödənilməsidir. Bu əsasla adları çəkilən vəzifəlilərin hamısına vurduqları ziyan tam ödətdirilib. Həmçinin cinayət məsuliyyətindən azad olunmaları üçün vurduqları ziyanın 25-50 faizi miqdarında dövlət büdcəsinə ödəniş də edilib. Bu səbəbdən qanunun müddəasına əsasən, onlar barəsindəki xüsusilə külli miqdarda mənimsəmə cinayətinə bəraətverici əsaslar olmadan xitam verilib.

Musiqiçi şirkət rəhbərinə gəlincə, o, əməlinə görə hələ mühakimə ediləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 Dekabr 2024 20:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri